Məhkəmə qərarları › İş №3(006)-6277/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6277/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6277/2025 03.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikasının Mərkəzi Bankının 13 avqust 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X2 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mərkəzi Bankının 13 avqust 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərarı ilə İXM-ınin 430.4-ci maddəsi ilə 1892,82 ABŞ dolları məbləğində cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, o, 81000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixində xaricə köçürmüş və 2 il müddət keçsə də, 18928,82 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şikayətçi qeyd edir ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsinə əsasən tərtib edilmiş protokol və qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cii maddəsi və “Azərbavcan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında vurğulanmışdır ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-ci maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülrnəməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cii maddəsi ilə nəzərdə tııtıılan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu ilin 19 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, İXM yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəvyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Şikayətçi qeyd edir ki, onun əməkdaşlıq etdiyi şirkətlə 2 ayrı-ayrı müqaviləsi mövcuddur. Belə ki. xx.xx.2023-ci il tarixli, Bk230505-isd06 nömrəli və xx.xx.2023-cü il tarixli, BK231009-isd07 nömrəli müqavilə vardır. Bk230505-isd06 müqavilə ilə 81000 ABŞ dolları xaricə köçürülmüşdür. Son 18928,22 ABŞ dolları hissənin gəlişində fikir ayrılığı yaranıb. Belə ki, mühasib texniki-mexaniki səhv olaraq gömrük bəyannaməsində xx.xx.2023-cü il tarixli BK231009isd07 nömrəli müqaviləyə istinad etmişdir. Halbuki bəyannamədə xx.xx.2023-cü il tarixli. Bk230505-isd06 nömrəli müqavilə qeyd olunmalı idi. xx.xx.2023-cü il tarixli BK231009isd07 nömrəli müqavilə ilə ölkədən bank vasitəsi ilə, yəni 70000 ABŞ dolları Yellobank vasitəsi ilə göndərilmiş və həmin müqavilə ilə ölkəyə gömrük bəyannaməsi üzrə xx.xx.2024-cü ildə (sorğu nömrəsi **********9305) 80519,99 ABŞ dolları dəyərində mal daxil olmuşdur. Bk230505-isd06 nömrəli müqavilə ilə isə 81000 ABŞ dolları xaricə köçürülmüşdür. Həmin müqavilə üzrə 4071,53 ABŞ dolları, daha sonra 58000,25 ABŞ dolları, sonra isə 36949,82 ABŞ dolları ölkəyə daxii olmuşdur. Nəticə etibarı ilə əlavə etdiyi qısa idxal bəyannaməsindən də göründüyü kimi xx.xx.2025-ci il tarixində 36949,82 ABŞ dolları ölkəyə daxil olmuşdur. Faktiki olaraq gecikmə 5 gün olmuşdur. Lakin həmin 5 günlük gecikmə isə şikayətçinin təqsiri və ya hərəkətsizliyi səbəbindən baş verməmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, malların təhvil verilməsi tranzit ölkə olaraq İran üzərindən həyata keçirilirdi. Yəni mallar Bəndər-Abbas limanı üzərindən gəlirdi. Lakin məlum olduğu kimi X3 Ştatları arasında baş vermiş hərbi gərginlik nəticəsində həmin limanda güclü yanğın baş vermiş və liman uzun müddət bağlı vəziyyətdə qalmışdır. Yəni gecikmənin səbəbi limanda baş vermiş problemlərlə əlaqəli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi və inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdirlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 13 avqust 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1892,82 ABŞ dolları məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, X2 81000 ABŞ dolları məbləğində vəsaiti 08 may 2023cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 18928,22 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 09 may 2025-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadıqda inzibati məsuliyyət yaranır. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda baş verir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 tərəfindən müvafiq malların alınması üçün 08 may 2023-cü il tarixdə 81000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş edilmiş, lakin 2 il müddət keçsə də 18928,22 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şikayətçi öz şikayətində bunu bəyannamədəki texniki səhv ilə əlaqələndirmiş, həmçinin inzibati xətanın obyekti olan vəsait hesabına alınan malların 14 may 2025-ci il tarixində ölkə ərazisinə idxal edildiyini qeyd edərək, bunun onun iradəsindən asılı olmayan səbəblərdən baş verdiyini bildirmişdir. İnzibati tənbeh vermə haqqında qərardan isə görünür ki, inzibati xəta 09 may 2025ci il tarixdə törədilmişdir. Yəni şəxs tərəfindən inzibati xəta hadisəsi törədildikdən sonra inzibati xətanın obyekti olan vəsait hesabına alınan mallar ölkə ərazisinə idxal edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçinin öz müdafiəsi üçün gətirdiyi dəlillər Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinə əməl edilməməsinə səbəb ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, X2 düzgün olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 13 avqust 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermək haqqında qərarla cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 57, 106, 128, 129, 130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 13 avqust 2025-ci il tarixli, EP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar