Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6286/2025 14.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:59-da etibarnamə əsasında idarə etdiyi “BMW” markalı “530E Plug-in hibrid m sport package minik” modelli **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Nəsimi rayonu H.Seyidzadə küçəsi ilə körpünün üzərində Hüseynbala Əliyev küçəsi ilə kəsişməsi istiqamətə-“Yeganə” şadlıq sarayı istiqamətə hərəkətdə olarkən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuunun 50-ci maddəsinin 1-ci bəndinin tələblərini pozaraq yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilməyən yerdən keçməyə cəhd edən piyada Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyyatsızlıqdan vuraraq piyadanın sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, təxminən saat 11:50 radələrində yaşadığı ünvandan çıxaraq 3-cü mikrorayona getmək üçün piyada Nəsimi rayonu, H.Seyidzadə küçəsində yolun Binəqədi rayonu tərəfində dayanmışdır. O, Salamzadə küçəsi ilə H.Seyidzadə küçəsinin birləşdiyi körpünün enişinin qurtaracağından təxminən 10 metr “Yeganə” şadlıq sarayı istiqamətdə yolun əks tərəfinə keçmək məqsədilə hərəkət etmiş, əvvəlcə körpünün yanı ilə gələn avtomobillərin birinci hərəkət zolağını keçmişdir. Daha sonra körpünün üzərindən gələn avtomobillərin hərəkət zolağına daxil olub həmin zolağı keçmək istədikdə körpünün üzəri ilə sürətlə ağ rəngli avtomobilin gəldiyini görmüşdür. Qəzanın baş verməməsi üçün geri, yəni gəldiyi tərəfə qaçmış, lakin buna baxmayaraq marka və qeydiyyat nişanını bilmədiyi həmin avtomobil yanından keçərkən avtomobilin sağ ön təkəri onun sol ayağına dəymiş və sol pəncəsinin üzərindən keçmiş, daha sonra avtomobil hadisə yerindən uzaqlaşmışdır. Həmin avtomobil hərəkətdə olarkən sağa-sola manevrlər etmiş və sürət həddi yüksək olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sol ayağının pəncə nahiyəsi əzilmişdir. Hal-hazırda Şəxs şikayətçidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 tərəfindən verilən 1019 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol ayağın sirkulyar hematoması və əzilmiş yarası hesabına hərəkət funksiyasının pozulması, sol sarğı nahiyəsinin dərialtı hematoması, hər iki dirsək oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən, müayinənin keçirildiyi xx.xx.2025-ci il tarixdə törənə bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Həmin xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri mümkündür. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Taryel Qaffarov tərəfindən qəbul edilmiş 16 sentyabr 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən yuxarıda qeyd edilmiş hadisə ilə bağlı toplanmış HK-1/909 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzabat xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi tərəflərin izahatı, Nəsimi rayon Polis İdarəsi DYPŞ-nin YNH üzrə baş inspektoru Rəşad Süleymanov tərəfindən tərtib edilmiş 01 oktyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Şəxs oğlunun törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-6286/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6286/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver