Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-63/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 dekabr 2021-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 727.849,93 Rusiya rublu məbləğində vəsaiti 19 noyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 727.849,93 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. İnzibati xəta 20 noyabr 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi G.A.Səfərova bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən 727.849,93 Rusiya rublu məbləğində pul 19 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürməyə əsasən satın alınmış mallar **********6274, **********6295, **********6403, **********6390, **********6317, **********6308, **********6376, **********6366 saylı gömrük bəyannaməsi ilə qanunla müəyyən edilmiş müddət ərzində Azərbaycan Respublikasına idxal edilmişdir. Bu halı təsdiq edən gömrük bəyannamələrini də məhkəməyə təqdim edir. Göründüyü kimi, Şəxs MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş **********6274 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 346542,40 Rusiya rublu məbləğində xarici valyuta vəsaitinin müqabilində 28 noyabr 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********6295 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 44520,00 Rusiya rublu məbləğində xarici valyuta vəsaitinin müqabilində 28 noyabr 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********6403 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 20784,80 Rusiya rublu məbləğində xarici valyuta vəsaitinin müqabilində 28 noyabr 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********6390 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 5.406,10 Rusiya rublu məbləğində xarici valyuta vəsaitinin müqabilində 28 noyabr 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********6317 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 21279,00 Rusiya rublu məbləğində xarici valyuta vəsaitinin müqabilində 28 noyabr 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********6308 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 165690,43 Rusiya rublu məbləğində xarici valyuta vəsaitinin müqabilində 28 noyabr 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********6376 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 16080,50 Rusiya rublu məbləğində xarici valyuta vəsaitinin müqabilində 28 noyabr 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********6366 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 107309,10 Rusiya rublu məbləğində xarici valyuta vəsaitinin müqabilində 28 noyabr 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 727.849,93 Rusiya rublu məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən bankda olan hesabından 19 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürməyə əsasən satın alınmış mallar **********6274, **********6295, **********6403, **********6390, **********6317, **********6308, **********6376, **********6366 saylı gömrük bəyannaməsi ilə 28 noyabr 2019-cu il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-63/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-63/2022
18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver