Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-630/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərərcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Qaraağac Ərazi Dairəsi, Qaraağac kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14.30 radələrində icarə əsasında idarə etdiyi “Tufan 50S” markalı mopedlə Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski küçəsi ilə H.Ələsgərov küçəsinin kəsişməsinə çatdıqda yol kəsişməsində quraşdırılan «Stop» üstünlük nişanın tələbini pozaraq dayanmadan yolayrıcına daxil olub yol kəsişməsini düzünə keçərkən H.Ələsgərov küçəsi ilə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X1” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində Zərərçəkmiş şəxs maddi zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 14.30 radələrində icarə əsasında idarə etdiyi “Tufan 50S” markalı mopedlə Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski küçəsi ilə hərəkətdə olan vaxt X.Şuşinski küçəsi ilə H.Ələsgərov küçəsinin kəsişməsinə çatdıqda yolun boş olduğunu gördüyü üçün yol kəsişməsində quraşdırılan «Stop» nişanında dayanmadan yolayrıcına daxil olub yol kəsişməsini düzünə keçərkən ehtiyatsızlıq nəticəsində H.Ələsgərov küçəsi ilə düzünə hərəkətdə olan sonradan marka və dövlət qeydiyyat nişanını gördüyü “Toyota Camry” minik markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən o asfalt üzərinə yıxılmış və bir neçə dəqiqə özündə olmamışdır, Lakin, sonradan özünə gəlmiş və sürücü onu xəstəxanaya aparmaq təklifini etsə də, ciddi xəsarəti olmadığı üçün xəstəxanaya getməkdən imtina etmişdir. O, mopedi təxminən 30 km/saat surəti ilə idarə etmiş və hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermişdir. Onun hal-hazırda Toyota markalı avtomobilə dəymiş maddi ziyanı birdəfəik ödəmək imkanı yoxdur. Avtomobilə dəymiş maddi ziyanı hər ay üçün gəlirinə uyğun olaraq ödəyəcəyinə söz verir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə 14.30 radələrində o, idarə etdiyi özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Camry” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə üzü Tbilisi prospekti istiqamətində hərəkətdə olan vaxt X.Şuşinski küçəsinin kəsişməsini keçərkən sol tərəfdən X.Şuşinski küçəsi ilə hərəkətdə olan sonradan markasını gördüyü “Tufan 50S” markalı moped sürücüsü yol kəsişməsində quraşdırılan “Stop” nişanında dayanmadan yolayrıcına daxil olub idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində o xəsarət almamışdır. Lakin, hadisə nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Hadisəni törədən sürücü Şəxs ona dəymiş maddi ziyanı ödəməmişdir. O, Şəxs şikayətçidir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və toplanmış material Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nəsimi rayonu, X.Şuşinski küçəsi ilə H.Ələsgərov küçəsinin kəsişməsində baş vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “X1” minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 3090 manat dəyərində ziyan dəymişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-630/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-630/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver