Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-632/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə xx xxxx 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsi, ev 19C-də qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru X5tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-4185/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-632/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Sadıqov X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmiş və verilmiş apelyasiya şikayəti nəticəsində Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1035/2020 saylı, xx.xx.2020 tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-632/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-4185/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2013-cü il təvəlüdlü X4 anası – X2 himayəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən və icra işi materiallarından görünür ki, icra sənədinə əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra hərəkətlərinə başlanılmışdır. Qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar işin icraatı dayandırılmış və xx xxxxxx 2019-cu il tarixdə icra sənədi üzrə icraat təzələnmiş, həmin tarixdə akt tərtib edilərək azyaşlı Aylin Sadıqzadənin anası ilə yaxınlıq qurması, ünsiyyət çətinliyi olmaması, onun öz fikirlərini normal ifadə etməsi göstərilmişdir. Növbəti dəfə xx.xx.2020-ci il tarixdə icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, “icra məmurunun xidməti otağında görüş təyin edilmişdir. Lakin uşaq ana ilə görüşməyə qəti etiraz etdiyi üçün görüş baş tutmamışdır və görüşlə bağlı qısametrajlı videolar çəkilmişdir. İcra sənədinin aidiyyatı ilə bağlı icra işi Nəsimi Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, xx.xx.2020-ci il tarixdə İcra Şöbəsinin icra məmurunun dəvəti ilə icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi üçün Şəxs həmin şöbəyə dəvət edilmiş, icra məmurları, onun və tələbkarın iştirakı ilə akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki,“....borclu Şəxs uşaqla birlikdə xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon İcra və Probasiya şöbəsinin inzibati binasına dəvət edilmiş və göstərilən vaxtda uşaqla birlikdə gəlmişdir. X1 ilə söhbət aparılmış, ona anası ilə münasibətləri barədə sual verdikdə anasını istəmədiyini, atasının yanında qalmaq istədiyini bildirmiş, ona atasının iştirakı ilə anası ilə ünsiyyətdə olmaq təklif olunduqda yenidən etiraz etmişdir. Daha sonra atası Şəxs otağa qayıdaraq Aylin Sadıqovaya bu gün başqa işinin olduğunu, buna görə də bir günlük anasının yanında qalmasını təklif etmiş, bu zaman uşaq qışqıraraq getmək istədiyini bildirmiş və qaçaraq atasının ayağını qucaqlayaraq qucağına getmişdir...”. xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun dəvəti ilə Nəsimi İcra Hakimiyyətinin İctimai-Siyasi Humanitar məsələləri Şöbəsinin baş məsləhətçisi psixoloq X6 da iştirakı ilə yenidən tərəflər şöbəyə dəvət edilmiş və bununla bağlı yenə də, həmin tarixdə akt tərtib edilmişdir. Tərtib edilmiş həmin aktda göstərilmişdir ki, “....göstərilən vaxtda hər iki tərəf gəlmiş, lakin X1 avtomobildən enməyərək gəlmək istəmədiyini bildirmişdir. Mütəxəssislə birlikdə Aylinin əyləşdiyi avtomobilə yaxınlaşaraq onu bir daha inzibati binaya dəvət etdik. Lakin uşaq qışqıraraq etiraz etmiş, gəlmək istəmədiyini bildirərək orada anasının olduğunu və onu görmək istəmədiyini demişdir. Daha sonra mütəxəssislə birlikdə avtomobilə əyləşərək Aylin Sadıqova ilə əvvəlcə babasının iştirakı ilə, daha sonra isə təklikdə söhbət aparılmışdır. Aylin Sadıqova anası ilə görüşdüyü təqdirdə anasının onu qaçıracağını, atasına göstərməyəcəyini qeyd etmişdir. X3 atası və ya digər şəxslər tərəfindən hər hansı şəkildə anasının əleyhinə fikirlər səsləndirildiyi, anasının yanında qalmamalı olduğunun deyilib-deyilməməsi soruşulduqda heç bir şəxs tərəfindən ona qarşı təzyiq olmadığını, özünün şəxsi fikri ilə anasını görmək istəmədiyini bildirmişdir..”. xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun dəvəti ilə icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirilməsi üçün Şəxs qızı Aylin Sadıqzadə ilə Şöbəyə dəvət edilmiş və yenidən eyni məzmunlu hərəkətlərlə icra işinə başlanılmış və yekunda bununla bağlı tərtib edilmiş aktda göstərilmişdir ki,“....Göstərilən vaxtda hər iki tərəf gəlmiş, lakin X1 xidməti otağın qapısına yaxınlaşaraq anasını gördükdən sonra qışqıraraq geri qaçmışdır. Tərəfimizdən bir neçə dəfə uşağın otağa dəvət olunmasına cəhd olunsa da, uşaq tərəfindən qəti etiraz edilərək yenidən xidməti otaq qapısına çatdıqda geri qaçmışdır. İş üzrə tələbkar uşağın psixoloji təsirlərə məruz qalmaması üçün hələlik aparılmasına etiraz etməmişdir. Uşaq qaçaraq inzibati binanı tərk etmişdir...”. Növbəti dəfə borclu qızı ilə birlikdə xx.xx.2020-ci il tarixə icra şöbəsinə dəvət edilmiş, lakin Şəxs ərizə verərək qızının səhhətində olan problemlərə görə onun gəlməyinin qeyri mümkün olmasını bildirmişdir. İcra işindən göründüyü kimi, Nəsimi rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Yavər Allahverdiyevin 12 saylı Poliklinikaya sorğusuna cavab olaraq poliklinika rəhbərliyi xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, xx.xx.2013-ci il təvəllüdlü X7 xx.xx.2019-cu ildən poliklinikanın qeydiyyatındadır, xx.xx.2020-ci il tarixdə evə çağırış olmuş “kəskin respirator xəstəlik” diaqnozu ilə evdə ambulator müalicə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, Şəxs icra məmurunun çağırışlarına bir neçə dəfə gələrək Aylin Sadıqova ilə anası Turan Sadıqovanın görüşünün təşkil olunmasına heç bir maneə törətməsə də, Aylin Sadıqova anası Turan Sadıqova ilə görüşdən bir neçə dəfə imtina etmişdir. Həmçinin xx xxxx 2020-ci il tarixdə Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməməsi üzrlü səbəbdən, yəni Aylin Sadıqovanın xəstə olması səbəbindən baş verməsi müəyyən olunmuşdur. Şəxs icra hərəkətlərinin yerinə yetirilməsinə hər hansı maneə törətməməsi müəyyən olunmaqla onun icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsi mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-632/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-632/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver