Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6333/2025 05.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Nümayəndə iştirakları ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən X2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən satış üzrə məsləhətçi vəzifəsi üzrə işlərin, xidmətlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Aşkar olunmuş pozuntu ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Nümayəndə izahatında qeyd etmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Belə ki, Şəxs MMC ilə X4 arasında ümumiyyətlə heç bir əmək münasibətləri mövcud olmamışdır. Nümayəndə bildirmişdir ki, o, Şəxs MMC dirketoru olmaqla yanaşı, fərdi sahibkar kimi fəaliyyət göstərir və “Grabstar” mağazasının sahibidir. X4 ilə onun arasında N.Kaltayevanın məhz “Grabstar” mağazasında satış üzrə məsləhətçi vəzifəsinə işə qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi imzalanmış və şəxs həmin vəzifə üzrə işə başlamışdır. xx.xx.2025-ci il tarixdə X4 öz istəyi ilə işdən azad olunması barədə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. Həmçinin inzibati xəta haqqında protokolda da əmək müqaviləsinin tarixi olaraq xx.xx.2025-ci il tarixi qeyd edilmişdir. İnzibati orqan bu halı texniki səhv olaraq qiymətləndirmişdir. Həmçinin həmim ərəfələrdə Şəxs MMC-nin bağlanması ilə əlaqədar olaraq həmin cəmiyyətdə işləyən işçilər məcburiyyətdən ixtisar edilirdilər. Bu səbəbdən həmin işçilər X6 Xidmətinə şikayət edirdilər. X6 Xidməti tərəfindən MMC-yə edilən müraciətlərə cavab verilərkən cəmiyyətin əməkdaşı Şəhriyar Əliyarlı texniki səhv edərək X2 da Şəxs MMC-də işlədiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X4 öz izahatında qeyd etmişdir ki, onunla Nümayəndə arasında xx.xx.2025-ci il tarixli əmək müqaviləsi imzalanmış və o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “Grabstar” mağazasında satış üzrə məsləhətçi vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə öz istəyi ilə işdən azad olunması barədə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Sadəcə olaraq həmin vaxtı o, sənəd işləri ilə bağlı Şəhriyar Əliyarlı ilə əlaqə saxlayırmış və həmin şəxsə məxsus “Whatcapp” sosial şəbəkəsinin profil şəklində Şəxs MMC-nin adı qeyd edilmişdir. Bu səbəbdən N.Kaltayeva elə hesab etmişdir ki, o, Şəxs MMC-də işə qəbul edilmişdir və buna görə X6 Xidmətində izahat verərkən həmin MMC-də işlədiyini qeyd etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X5 öz izahatında qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixədək Şəxs MMC-də “İnsan resursları üzrə şöbə müdiri” vəzifəsində işləmişdir. Həmçinin Nümayəndə sahibi olduğu “Grabstar” mağazasına işə götürülən X2 əmək müqaviləsinin hazırlanmasına köməklik göstərmişdir və texniki səhv olaraq həmin şəxsin əmək müqaviləsinə Şəxs MMC-nin möhürünü vurmuşdur. Eyni zamanda X2 müraciəti əsasında X6 Xidməti tərəfindən MMC-yə edilən müraciətə cavab verərkən səhv edərək X2 da Şəxs MMC-də işlədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “Grabstar” mağazasında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən satış üzrə məsləhətçi vəzifəsi üzrə işlərin, xidmətlərin görülməsinə cəlb edilmişdir. İş materiallarında olan Nümayəndə ilə X4 arasında bağlanmış 04 iyul 2025-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında N.Kaltayevanın “Grabstar” mağazasında satış üzrə məsləhətçi vəzifəsində işə götürülməsi barədə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MT-EO-064/25 saylı əmrin surətindən görünür ki, “Mağazalar şəbəkəsi” bölməsində satış üzrə məsləhətçi vəzifəsində işləyən X4 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürəntərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görəfiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatı və məhkəməyə təqdim edilmiş sənədlərlə hüquqi şəxsinin təqsirliliyi təkzib olunur. Göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, yalnız X2 şikayəti əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin hallarını tam və hərtərəfli araşdıraraq qeyd edir ki, inzibati xəta haqqında protokolda göstərilən X2 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən edilmir. Belə ki, iş üzrə tədqiq edilmiş sənədlərdən və tərəfin izahatından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru Nümayəndə eyni zamanada fərdi sahibkar kimi fəaliyyət göstərir və “Grabstar” mağazasının sahibidir. X4 ilə məhz Nümayəndə arasında N. Kaltayevanın “Grabstar” mağazasında satış üzrə məsləhətçi vəzifəsinə işə qəbul edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi imzalanmış və o, həmin vəzifə üzrə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə X4 öz istəyi ilə işdən azad olunması barədə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən onun müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs arasında heç bir əmək münasibətləri yaranmamışdır. Məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş orqan kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinə izah edir ki, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın vəzifəsidir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət vermədən, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, bununla da sonuncunun hüquqlarını pozmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-6333/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6333/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver