Məhkəmə qərarları › İş №3(006)-64/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-64/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-64/2025 08.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, X1 barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24635779 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, X2 barəsində inzibati tənbeh vermə haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilsə də, bu qərardan şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra mübahisələndirmiş, şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş olunmamış, bunun üçün üzrlü səbəblər göstərilməmişdir. Həmçinin şikayətin məzmunundan aydın olur ki, şikayətçinin bu qərardan 2024-cü ilin noyabr ayında məlumatı olmuş, o, bu barədə Bakı şəhər X4 İdarəsinə müraciət etmiş və müsbət cavab almadığından məhkəməyə müraciət etmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə edə bilər. Bu səbəbdən də X1 şikayətində mübahisələndirilən hazırki qərarla bağlı yuxarı orqana müraciət etməsi onun vaxtında məhkəməyə şikayət etməsinə maneə yaratmırdı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Bu Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X2 barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24635779 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar