Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-640/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Azərbaycan Respublikası Ekologiya və protokolu tərtib etmiş şəxs: Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 125, mənzil 151; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi üzrə tərtib olunmuş 22 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “Kudo- Kudo” adlı iaşə obyektinin fəaliyyətdə olan zaman soyutma üçün istifadə olunan kondisionerlərin mühərriklərindən gələn səs-küyün səviyyəsi normadan artıq olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X2 izahatında bildirdi ki, “168 Qaynar xətti”nə ünvan 3 ünvanda yaşayan vətəndaş Faiq Məmmədov tərəfindən daxil olan xx.xx.2024-cü il tarixli “Binanın birinci mərtəbəsində kafedən gələn səs-küyün yaratdığı narahatlıq barədə müraciət şikayətçi Faiq Məmmədov, iaşə obyektinin nümayəndəsi Arzu Hüseynov və X3 Monitorinq İdarəsinin mütəxəssislərinin iştirakı ilə birgə yerində araşdırılmışdır. Monitorinq müddətində müəyyən olunmuşdur ki, binanın birinci mərtəbəsində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus “Kudo-Kudo” adlı iaşə obyektinin soyuducularının mühərrikləri binanın həyətində, giriş bloklarının üzərində quraşdırılmışdır. Monitorinq zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə soyuducular işlək vəziyyətdə olan zaman mühərriklərin ətraf ərazisində PCE-322A səyyar cihazı vasitəsilə ölçmə-analiz işləri aparılmış, nəticəyə əsasən səs-küy səviyyəsi 72-75 dBA (norma 70 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Şəxs MMCnin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Təxirə salınmış məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Monitorinq İdarəsinin xx.xx.2024-cü il tarixli, 002715 saylı aktına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətti”ndən daxil olan xx.xx.2024-cü il tarixli, ******* saylı vətəndaş Məmmədov Faiq tərəfindən ünvanlanmış “Binanın birinci mərtəbəsində kafe işləyir, ordan gələn vibrator səsləri bina sakinlərini narahat edir” məzmunlu müraciətə əsasən sözügedən ərazidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi, şikayətçi Faiq Məmmədov və kafenin nümayəndəsi Arzu Hüseynovla birgə monitorinq keçirilmişdir. Monitorinq zamanı müəyyən olunmuşdur ki, yaşayış binasının birinci mərtəbəsində “Kudo-Kudo” adlı iaşə obyekti fəaliyyət göstərir. İaşə obyektinin soyuducularının mühərrikləri yaşayış binasının həyətində, giriş blokların üzərində quraşdırılmışdır. Soyuducuların işlək vəziyyətdə olduğu zaman qeyd olunan mühərriklərin ətraf ərazidə səyyar cihaz PCE-322A vasitəsilə səs-küy səviyyəsinin ölçmə işləri aparılmışdır. Ölçmə nəticəsi 72- 75 dBA (norma 70 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd normasından artıq müəyyən olunmuşdur. Səs-küy səviyyəsinin ölçmə işləri zamanı Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 796 saylı Fərmanının cədvəl 1-in 13-cü bəndi əsas götürülmüşdür; • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 89060 nömrəli akta görə İdarənin xx.xx.2025-ci il tarixli, 0012 nömrəli sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Qaynar xətti”nə ünvan 3 ünvanda yaşayan vətəndaş Faiq Məmmədov tərəfindən daxil olan xx.xx.2024-cü il tarixli “Binanın birinci mərtəbəsində kafedən gələn səs-küyün yaratdığı narahatlıq barədəmüraciət şikayətçi Faiq Məmmədov, iaşə obyektinin nümayəndəsi Arzu Hüseynov və X3 Monitorinq İdarəsinin mütəxəssislərinin iştirakı ilə birgə yerində araşdırılmışdır. Monitorinq müddətində müəyyən olunmuşdur ki, binanın birinci mərtəbəsində fəaliyyət göstərən Kudo-Kudo (VÖEN: **********) adlı iaşə obyektinin soyuducularının mühərrikləri binanın həyətində, giriş bloklarının üzərində quraşdırılmışdır. Monitorinq zamanı ətraf mühitə yayılan səs-küy səviyyəsini təyin etmək məqsədilə soyuducular işlək vəziyyətdə olan zaman mühərriklərin ətraf ərazisində PCE-322A səyyar cihazı vasitəsilə ölçmə-analiz işləri aparılmış, nəticəyə əsasən səs-küy səviyyəsi 72-75 dBA (norma 70 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə məsuliyyət nəzərdə tutur. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 3-cü hissəsinə görə əhalinin sağlamlığın və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən atmosfer havasına zərərli fiziki təsir – antropogen mənşəli səsküy, vibrasiya, ionlaşdırıcı şüalar, elektromaqnit dalğaları, hərarət, radiasiya və digər fiziki amillərin insan sağlamlığına və ətraf mühitə zərərli olaraq atmosfer havasının fiziki xassələrini dəyişdirən təsiridir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə atılmanın (tullantının) yol verilən həddi – stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini aşmaması şərti ilə atmosfer havasını çirkləndirən hər bir mənbə üçün atılmanın texniki normativlərini və fon çirklənməsini nəzərə almaqla müəyyən edilən zərərli maddələrin alınmasının yol verilən həddidir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli, 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na əsasən “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”nı müəyyən edən 1-ci cədvəldə “Yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilər”də “LA.max dBA” səviyyə gündüz 70, gecə 60 müyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 8.000 (səkkiz min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-640/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-640/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver