Məhkəmə qərarları › İş №3(006)-6400/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6400/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6400/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, subay, işləməyən, Türkiyə Respublikası, Qazientep şəhərində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən xx.xx.2025ci il tarixdə saat 02:15 radələrində X15 etibarnamə əsasında sürücülük hüququ əsasında idarə etdiyi “Ford Mustang” markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Mirqasımov küçəsi ilə hərəkətdə olan zaman, həmin küçədə yerləşən işıqforun qırmızı işığının tələblərini pozaraq, yəni qırmızı işıqda düzünə Nəsimi rayonu Azadlıq prospektinə daxil olan zaman, həmin vaxt Azadlıq prospekti ilə işıqforun yaşıl işığı ilə hərəkətdə olan X1 etibarnamə əsasında sürücülük hüququ olmaqla idarə etdiyi “X20’’ markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “X21’’ markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişinlər Zərərçəkmiş şəxs1 Vitalyeviç çənə nahiyəsinin əzilmiş-cırılmış yarası, baş beyin silkələnməsi xəsarəti almaqla, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər, Zərərçəkmiş şəxs2 isə sol əlin İ barmağının distal falanqasının qəlpəli yerdəyişmiş sınığı, sağ diz oynağı nahiyəsinin və sağ baldırın sıyrıqları xəsarəti almaqla, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi baş vermişdir. Bununla da, X17 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X15 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. X5 yol hərəkəti qaydalarını pozmasına görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X17 özünü təqsirli bilərək göstərmişdir ki, o, Türkiyə Respublikası vətəndaşı olsa da, Azərbaycan dilini səlis bilir, həmçinin yazmağı bacarır. Buna görə də, onun tərcüməçiyə ehtiyacı yoxdur. Rəsmi olaraq heç bir yerdə işləmir. 2015-ci ildən Azərbaycan Respublikasında yaşayır. Mütəmadi olaraq Azərbaycan Respublikası Bakı şəhərinə gəlir. Bakı şəhərində Memarlıq Universitetində təhsil almış, rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, “Ford Mustang” kabriolet markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı İdris Ağcaya məxsusdur. O, həmin avtomobili etibarnamə əsasında idarə edir. Həmçinin avtomobili idarə etmək üçün Azərbaycan Respublikası tərəfindən verilmiş B1, B kateqoriyalı sürücülük vəsiqəsi var. xx.xx.2025-ci il tarixdə saat təxminən 02:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ilə üzü Azadlıq prospekti istiqamətində hərəkətdə olmuş, bu vaxt avtomobilinin hərəkət sürəti təxminən 20-30 km/saat olmuş, həmin vaxt Azadlıq prospekti ilə Mirqasımov küçəsinin kəsişməsinə çatdıqda, Mirqasımov küçəsində yerləşən işıqforun qırmızı işığının yanmasını görməmişdir. Bu səbəbdən hərəkətimi davam etdirən zaman Azadlıq prospekti ilə hərəkətdə olan “Toyota Prius” markalı avtomobilin hərəkət zolağına çıxdığı üçün həmin avtomobil onun idarə etdiyi avtomobilin sağ yan hissəsinə dəyərək toqquşmuşdur. Bundan sonra o, avtomobili saxlamış və sürücüyə doğru getmişdir. Sürücü hər hansı bir xəsarət almadığını demişdir, bundan sonra “Toyota Prius" markalı avtomobilin içərisində olan sərnişinlər xəsarət aldıqları üçün təcili tibbi yardım vasitəsilə “Semoşko" adlanan xəstəxanaya getmişlər. Bundan sonra polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Hazırda o, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir, sonuncuların ona qarşı şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9iu izahatında göstərmişdir ki, rəsmi olaraq X11 sistem inzibatçısı vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 02:10 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Bilyard klub”dan tanışları Zərərçəkmiş şəxs1 və Şahin Qardaşlı ilə çıxıb yaşadığı evə gedirmiş, həmin vaxt “Bolt” proqramı vasitəsilə taksi sifariş etmiş, taksi isə “X21” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Avtomobilə onlar əyləşmişlər, o, arxa sağ hissədə, Zərərçəkmiş şəxs1 qabaq hissədə, Şahin isə onunla birlikdə arxa sərnişin oturacağında əyləşmişdir. Avtomobili adını bilmədiyi bir cavan oğlan idarə etmişdir. Onlar Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti ilə üzü 28 Mall istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxt Nəsimi rayonu Azadlıq prospekti ilə Mirqasımov küçəsinin kəsişməsində işıqforun yaşıl işığı ilə hərəkət edərkən onların əyləşdikləri avtomobilin sol istiqamətindən anidən işıqforun qırmızı işığı ilə hərəkətdə olan ağ rəngli markasını sonradan bildiyi “Ford Mustang” markalı avtomobilin onların olduqları hərəkət zolağına çıxdığını görmüşdür. Onlar qəzadan yayına bilmədikləri üçün əyləşdiyi avtomobil “Ford Mustang” markalı avtomobilin sağ hissəsindən dəyərək yol-nəqliyyat hadisəsi baş vermişdir. Dərhal onlar avtomobildən düşmüşlər və zərbənin təsirindən onun sol əlin barmağının sınığı xəsarəti aldığını hiss etmişdir. Dərhal təcili tibbi yardıma məlumat vermişlər, TTYS işçiləri gəldikdən sonra onlar həkimə müayinə üçün getmişdirlər. Hazırda ona dəymiş ziyan ödənilmiş və onun inzibati xətanı törədən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, rəsmi olaraq proqramçı kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə saat 02:10 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Bilyard klub”dan tanışları Emil Rəsulzadə və Şahin Qardaşlı ilə çıxıb yaşadığı evə gedirmiş, həmin vaxt “Bolt” proqram vasitəsilə taksi sifariş etmişlər. Taksi isə “X21” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Avtomobilə onlar əyləşmişlər. Emil Rəsulzadə arxa sağ hissədə, o, qabaq hissədə, Şahin isə Emillə birlikdə arxa sərnişin oturacağında əyləşmişdir. Avtomobili adını bilmədiyi bir cavan oğlan idarə edirmiş, onlar Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti ilə üzü 28 Mall istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxt Nəsimi rayonu Azadlıq prospekti ilə Mirqasımov küçəsinin kəsişməsində işıqforun yaşıl işığı ilə hərəkət edərkən onların əyləşdikləri avtomobilin sol istiqamətindən anidən işıqforun qırmızı işığı ilə hərəkətdə olan ağ rəngli markasını sonradan bildiyi “Ford Mustang” markalı avtomobilin onların olduqları hərəkət zolağına çıxdığını görmüşdür. Onlar qəzadan yayına bilmədikləri üçün əyləşdiyi avtomobil “Ford Mustang” markalı avtomobilin sağ hissəsindən dəyərək yol-nəqliyyat hadisəsi baş vermişdir. Dərhal onlar avtomobildən düşmüşlər və qəza zamanı zərbənin təsirindən o, alt çənədən və baş nahiyəsindən xəsarətlər almışdır. Dərhal təcili tibbi yardıma məlumat vermişlər, TTYS işçiləri gəldikdən sonra onlar həkimə müayinə üçün getmişdirlər. Hazırda ona dəymiş ziyan ödənilmiş və onun inzibati xətanı törədən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-n qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də, işə baxılmasının təxirə salınması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X17 barəsində cinayət işinin başlanması rədd edilmiş və toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 xx.xx.2025-ci il tarixli, 375 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol əlin İ barmağının distal falanqasının qəlpəli yerdəyişmiş sınığı, sağ diz oynağı nahiyəsinin və sağ baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X14 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağir zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X12 xx.xx.2025-ci il tarixli, 387 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - çənə nahiyəsinin əzilmiş-cırılmış yarası, baş beyin silkəllənməsi bərk küt əşyanın (əşyaiarın) təsirindən müayinədən 1 - 2 ay əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X18 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında X17 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X17 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə X17 yol nəqliyyat hadisəsi törətmiş, Bakı şəhəri Nəsimi RPİ Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən 08 may 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, 06 iyun 2025-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, hazırda X17 barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi gündən üç aydan artıq müddət keçdiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, hesab edirəm ki, X17 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X17 Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar