Məhkəmə qərarları › İş №3(006)-643/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-643/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-643/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X8 (hüquqi ünvanı: ünvan 1sı İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X8 mülkiyyətində olan «Nissan Sunny» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 14:22-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər Nəsimi Rayon Dövlət X4 məktubu və müvafiq poçt qəbzinə əsasən «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X3 məxsus «Nissan Sunny» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə, saat 14:22-də inzibati xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2025-ci il tarixdə həmin şirkətə çatdırılmışdır; • «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X7 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, “X2 Sistemi” vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli məktublarla X5 balansında olan nəqliyyat vasitələri və onu idarə edən sürücülər (o cümlədən «Nissan Sunny» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil) haqqında məlumatlar təqdim edilərək 2024 və 2025-ci il ərzində həmin nəqliyyat vasitələrinin iştirakı ilə yol hərəkəti qaydalarının pozulması halı baş verdiyi halda cərimələrin sözügedən nəqliyyat vasitələrini idarəedən sürücülərə yönləndilməsi xahiş olunmuşdur. Beləliklə aydın olur ki, «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X5 mülkiyyətində olan «Nissan Sunny» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə daha öncədən təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: «İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi» X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar