Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-648/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi X1, barəsində inzibati qaydada icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlunun barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 31.01.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində «Hyundai Avante» markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobili narkotik vasitədən istifadə etməklə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs oğlu törədilmiş inzibati xətada özünü təqsirli bilərək göstərmişdir ki, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmuş, lakin onun sürücülük vəsiqəsinin müddətinin 26 yanvar 2022-ci il tarixdə bitməsindən xəbəri olmamışdır. 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində «Hyundai Avante» markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən polis əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlanılmış və onun narkotik vasitədən istifadə etməsi ilə əlaqədar olaraq müayinədən keçiriləcəyi bildirilmişdir. O, müayinədən keçmiş və narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. O, məqsədli şəkildə narkotik vasitədən istifadə etməmiş, sadəcə olaraq, ona verilmiş siqaretdən istifadə nəticəsində narkotik vasitəni bilmədən qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, əməlindən səmimi peşman olmasını və himayəsində xəstə atasının olmasını bildirərək barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində «Hyundai Avante» markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobil polis əməkdaşları tərəfindən saxlanılaraq, həmin avtomobilin sürücüsü Şəxs sənədlərinin yoxlanılması zamanı sürücülük hüququnun müddətinin bitməsi müəyyən edilmişdir. Lakin həmin vaxt barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin narkotik vasitədən istifadə etməklə avtomobil idarə etməsinə əsaslı şübhələr yarandığından yoxlamadan keçirilmiş və onun narkotik vasitənin təsirində avtomobil idarə etməsi müəyyən edilmişdir. Bundan sonra həmin şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxsun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 tərəfindən verilmiş 31.01.2022-ci il tarixli, 1/471 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 31.01.2022-ci il tarixdə müayinə edilmiş 1992-ci il təvəllüdlü Şəxs narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan AB № 668758 saylı sürücülük vəsiqəsindən görünür ki, 1992-ci il təvəllüdlü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 26 yanvar 2022-ci il tarixdə bitmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi tərəflərin izahatı, Bakı şəhər Nəsimi rayon DYPŞ YPX-nin inspektoru X2 tərəfindən tərtib edilmiş 31.01.2022-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, tibbi müayinə aktı və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qeyd olunan Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-648/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-648/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver