Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6527/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) - Şəxs müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Xətai park yaşayış kompleksində yaşan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X5 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 28 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cəmi 40.962 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 xeyrinə ödənilməlidir. Hökm icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 tərtib olunmuş protokolun məzmununa uyğun çıxış edərək göstərdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cəmi 40.962 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025ci il tarixdə icraata daxil oluş və icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. İcra vərəqi borclu tərəfindən icra olunmamış, borclunun barəsində əmlak sorğuları verilmiş, borclunun adına hər hansı bir əmlak aşkar olunmamışdır. Borclu dəfələrlə şöbəyə dəvət edilərək icra sənədinin mahiyyəti izah edilmiş və borcun təmin edilməsi təmin edilmiş, lakin, borclu tərəfindən icra sənədi bugünədək icra edilməmişdir. Borclu icra şöbəsində izahat verərək iş üzrə kassasiya şikayəti verdiyini bildirərək icraatın dayandırılmasını xahiş etsə də, borcluya izah edilmişdir ki, icra vərəqəsi hökm üzrə verildiyindən kassasiya şikayətinin verilməsi, icra sənədi üzrə icraatın dayandırılması üçün əsası deyil. Borclu ona olunan çoxsaylı xəbərdarlıqlara baxmayaraq tələbi təmin etməkdən boyun qaçırmışdır. Bu səbəbdən borclu barəsində MN ******* saylı protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, hazırda hökm üzrə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəksə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün həm cəza hissəsindən, həm də mülki iddia hissəsindən kassasiya şikayəti vermişdir və şikayə ərizəsi icraata qəbul edilərək dekabr ayına təyin olunmuşdur. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X8 borclu ilə eyni məzmunlu izahat verərək, bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün həm cəza hissəsindən, həm də mülki iddia hissəsindən kassasiya şikayəti verilmişdir. Bundan başqa hökmdən kassasiya şikayəti verilsdə, Şəxs hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını hazırda icra edir. Bu hal özlüyündə onu göstərir ki, Şəxs qanunlara riayət edən şəxsdir. Sadəcə hökmdən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır və qeyd olunan hökm cəza hissəsində qanuni qüvvəsini almış olsa da, mülki iddia hissəsində qanuni qüvvəsini almamışdır. Belə ki, mülki iddia üzrə tələb cinayət işinə bağlı olsa da, hökmdə mülki iddia hissəsinə münasibət bildirilən zaman Mülki Məcəlləyə Mülki Prosessual Məcəlləyə əsaslanılmışdır. Beləliklə də, qanunverciliyin tələbinə əsasən hökmdə olan mülki iddianın qanuni qüvvəsini alması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun formada tənzimlənir. Buna görə,Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü mülki iddia hissəsində qanuni qüvvəsini almamışdır. Qeyd etdiklərinin nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 çıxış edərək bildirdi ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cəmi 40.962 Şəxs alınaraq onun xeyrinə ödənilməlidir. Lakin Şəxs müxtəlif bəhanələrlə icra vərəqəsinin icrasından yayınmışdır. Qeyd olunanlara əsasən icra vərəqəsinin tam icra olunmasını, əks halda X1 həbs edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra vərəqəsindən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, maddi ziyana görə 40.600 manat və ödənilmiş dövlət rüsumuna görə 362 manat, cəmi 40.962 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 xeyrinə ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmişdir. xx.xx.2016-cı il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-219/2025 saylı, xx.xx.2025-ci tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 1(005)-299/2024 saylı hökmü verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, həmin hökmə əsasən Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının dəyişdirilərək, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şəxs cinayət işi üzrə 12 dekabr 2023-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu 09 (doqquz) ay 20 (iyirmi) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 07 (yeddi) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması və ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-299/2024 saylı hökmü ilə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cinayət işi üzrə 12 dekabr 2023-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu 09 ay 20 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 il 07 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə Şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmiş, zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş mülki iddia qismən təmin edilərək, maddi ziyana görə 40.600 manat və ödənilmiş dövlət rüsumuna görə 362 manat, cəmi 40.962 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3 xeyrinə ödənilməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan təqsirləndirilən şəxs Şəxs müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-219/2025 saylı, xx.xx.2025-ci tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 1(005)-299/2024 saylı hökmü verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, həmin hökmə əsasən Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının dəyişdirilərək, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şəxs cinayət işi üzrə 12 dekabr 2023-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu 09 (doqquz) ay 20 (iyirmi) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 07 (yeddi) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması və ona təyin olunmuş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-219/2025 saylı, xx.xx.2025-ci tarixli qərarından kassasiya şikayət verilmiş və qeyd olunan kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına qəbul edilmiş və iş hazırda icraatdadır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355- 22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 393-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 419.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinin tələbi nəzərə alınmaqla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin (mülki iddiaya münasibətdə) qanuni qüvvəsini alıb-almaması məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə uyğun tənzimlənməlidir. Beləliklə də, qanunvericiliyin tələbinə əsasən də məhkəmə sənədi qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi (mülki iddiaya münasibətdə) qanuni qüvvəsini almadığından borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan Qərarına əsasən “İcra haqqında” Qanunda, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Beləliklə, məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin səlahiyyətli orqan tərəfindən sistematik olaraq göstərilmiş pozuntulara malik olan anoloji xarakterli inzibati xəta haqqında protokolların tərtib edilməsini nəzərə alaraq Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən hüquqi mövqeyinin məntiqi davamı kimi aşağıdakıları protokol tərtib etmiş orqanın diqqətinə çatdırmağı zəruri hesab edir: - Müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarı); - Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir («Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-299/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-6527/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6527/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver