Məhkəmə qərarları › İş №3(006)-6529/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6529/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6529/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili Nümayəndə iştiraklarıı ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 108, mənzil 30; VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* (10000-00114/25) nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, EP ******* (10000-00114/25) nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına gələn xx.xx.2025-ci il tarixli **********9472 nömrəli və xx.xx.2025-ci il tarixli **********9481 nömrəli bəyannamələr üzrə bəyan edilmiş yer sayı 617 ədəd, ümumi çəkisi 827000 kq təşkil edən “kalsium karbonat” yükünün gömrük nəzarəti altında olan 102475 kq hissəsinin satışını həyata keçirməklə, 453985 kq hissəsi isə əraziyə tökülərək məhv edilməklə, yer sayı 433 ədəd, ümumi çəkisi 556460 kq hissəsi “Alfa Trading Limited" MMC tərəfindən gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilmiş və ya onlar üzərində sərəncam verilmişdir. Bununla da hüquqi şəxs “Alfa Trading Limited" MMC (VÖEN: **********) Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixli, **********9472 və **********9481 nömrəli gömrük bəyannamələri ilə idxal edilən “kalsium karbonat” adlı yükdən müvafiq olaraq 130 bağlama (netto çəkisi: 196140 kq) və 54 bağlama (netto çəkisi: 74400 kq) çıxıldıqdan sonra, xx.xx.2025-ci il tarixli, **********9472 nömrəli gömrük bəyannaməsi üzrə 328 bağlamanın (429610 kq), xx.xx.2025-cı il tarixli, **********9481 nömrəli gömrük bəyannaməsi üzrə isə 105 bağlamanın (126850 kq) ümumi gömrük dəyəri 137.584,40 (bir yüz otuz yeddi min beş yüz səksən dörd manat qırx qəpik) manat olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi vəsatətə uyğun çıxış edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 108, mənzil 30 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-yə 22 oktyabr 2025-ci il tarixli, № 10000-00114/25 nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq tərtib edilməməklə yanaşı, törədilən inzibati xətada Şirkətin əsaslı təqsirinin və məsuliyyətinin olmamasını nəzərə alaraq tərtib edilmiş protokolun Şirkətə münasibətdə həm qanunçuluq həm də ədalətlilik prinsiplərindən uzaq olduğu aşikardır. İlk öncə bildirir ki, Protokolun “Müəyyən etdim” hissəsinin 2-ci abzasında qeyd olunmuşdur ki: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına əsas və səbəb Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş 3-33/1-026378/2025 nömrəli material üzrə toplanmış sənədlərdə hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərinin mövcudluğunu göstərən kifayət qədər halların aşkar edilməsi olmuşdur.” Artıq şərhə və araşdırmaya ehtiyac yoxdur ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən 3 ay 20 gün sonra yəni xx.xx.2025-ci il tarixində protokol tərtib edilmişdir. Bu hal İXM-in 101 və 102-ci maddələrinin tələblərinin pozulması faktının birbaşa sübutudur. Belə ki, İXM-in 101.1-ci maddəsinə görə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin 101.3-cü maddəyə görə isə İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddədə göstərilir ki, İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Sadə riyazi hesablamalar sayəsində məlum olur ki, inzibati xəta haqqında protokol İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən və İnzibati araşdırma aparıldığı hallarda ən geci 2 ay müddətində tərtib edilməli idi. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38,145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il Qərarında qeyd olunmuşdur ki: “İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipindən bəhs edən 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Qanunçuluq prinsipinin əsasını hüquq prinsiplərini, ümuminsani dəyərləri, sosial inkişafın obyektiv tendensiyalarını müvafiq səkildə əks etdirən qanunvericilik təşkil edir. Bu prinsip inzibati icraatın bütün iştirakçılarının hərəkətlərinin müstəsna olaraq qanunvericiliyin maddi və prosessual normalarına müvafiq olmasını şərtləndirir." Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə, 71- ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, protokolun özündə də göstərildiyi inzibati xəta haqqında iş üzrə icraatın bağlanılmasına əsas və səbəb olan məktubun göndərildiyi xx.xx.2025-ci il tarixinin protokolun tərtib edilməsi tarixilə, yəni 22 oktyabr 2025-ci il tarixilə arasında blan fərq (3 ay 20 gün), protokolun İXM-in tələblərinə müvafiq tərtib edilmədiyinin və buna görə də Qanunçuluq prinsipinin əsas şərtlərindən biri olan qanunvericiliyin tələblərinə əməl olunmaması və İXM-in 6.1-ci maddəsində də göstərilən tələbin pozulması faktının açıq aşkar sübutudur. Həmçinin, bütün bunlarla yanaşı, protokolun “Müəyyən etdim” hissəsinin 3-cü abzasında da qeyd olunan və “Bakı Hovsan Beynəlxalq “Ticarət Dəniz Limanı” gömrük postunun xx.xx.2025-c il tarixli tərtib etdiyi aktdan məlum olur ki, Şirkət tərəfindən xx.xx.2025-ci il tarixində təqdim olunan 25/1002 və 25/003 nömrəli invoys sənədləri üzrə idxal edilən ümumi yer sayı 617 və ümumi çəkisi 827.000 kq təşkil edən “Kalsium karbonat” yükü 4 mart 2025- ci il tarixində İran İslam Respublikasına məxsus “TARAK3” gəmisi vasitəsilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və həmin tarixdə VAİS-də təyinat gömrük orqanına çatması təsdiq olunmuşdur və fiziki baxış zamanı 617 ədəd bağlamadan 184 ədəd bağlamanın liman ərazisində yerləşən anbarda mövcud olduğu müəyyən edilmişdir. Buradan aydın olur ki, 4 mart 2025-ci il tarixində gömrük orqanına çatan yükü təsdiqləyən akt yalnız 3 ay 19 gün sonra, yəni xx.xx.2025-ci il tarixində tərtib edilmişdir. Bu müddət ərzində gətirilən yükün yəni kalsium karbonatın özünəxas saxlanma şəraitində saxlanılması vacib idi. Özünəxas saxlanma şəraiti dedikdə isə, Merck İndex-ə (müxtəlif materiallar, birləşmələr və s. haqqında elmi məlumatları, o cümlədən onların formulu və quruluşunu, fiziki və material xüsusiyyətlərini (ərimə temperaturu, sıxlığı, həllolma qabiliyyəti və s.), təhlükəsizlik və saxlama qaydalarını, onların əldə edilməsi üsullarını və reaksiyalarını, eləcə də ədəbiyyat istinadlarım toplayan ensiklopedik lüğətdir.) əsasən kalsium karbonat quru, rütubətdən qorunan, yaxşı havalandırılan anbarlarda, qapalı qablarda (rütubət və çirklənmədən qorumaq üçün sıx bağlanan plastik və ya metal konteynerlərdə) və birbaşa günəş işığından uzaq saxlanılmalıdır. Protokol da da göstərildiyi kimi, 2025-ci ilin aprel avının əvvəllərində Şirkət nümayəndələrinin qeyd olunan gömrük orqanına getməsi nəticəsində aydın olmuşdur ki, ümumi çəkisi 827.000 kq təşkil edən kalsium karbonat yükünün 112.247,50 manat dəyərində 453.985 kq hissəsi gömrük orqanın və liman xidməti əməkdaşlarının laqeyd, səhlənkar və məsuliyyətsiz yanaşması və həmin dövrdə hava şəraitinin yağmurlu olmasına baxmayaraq, kalsium karbonat yükünün düzgün şəraitdə saxlamaması səbəbindən onun üzərinə yağış yağmışdır və buna görə də istifadəyə yararsız hala düşmüşdür. Həmin vaxt Bakı Hovsan Beynəlxalq Ticarət Dəniz Limanında Dövlət Gömrük Komitəsinə məxsus ərazi genişləndirildiyi üçün, yəni dənizin bir hissəsi daşlar və tullantılar tökülərək qurudulduğundan, yararsız hala düşmüş kalsium karbonat yükü ərazinin genişləndirilməsi üçün liman xidməti əməkdaşları tərəfindən həmin ərazinin qurudulmasına istifadə edilmişdir. Şübhə yoxdur ki, bu fakt inzibati araşdırma zamanı liman əməkdaşlarının təhqiqatçıya verdikləri izahatda öz əksini tapmışdır. Açıq-aşkardır ki, 2025-ci ilin aprel ayının əvvəllərində yararsız hala düşmüş kalsium karbonat yükünün 112.247,50 manat dəyərində 453.985 kq hissəsi Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında Dövlət Gömrük Komitəsinə məxsus ərazinin genişləndirilməsinə görə dənizin müəyyən hissəsinin qurudulmasına təmənnasız, yəni dəyəri ödənilmədən istifadə edilmiş və bununla da MMC-yə 112.247,50 manat dəyərində ziyan dəymişdir. Vəziyyətin belə olduğunun şahidi olan və artıq dəymiş 112.247,50 manat dəyərində ziyandan Şirkətə daha da artıq ziyanın dəyməsinin qarşısını almaq məqsədilə Şirkət yerdə qalan kalsium karbonat yükünün 25.336,90 manat dəyərində 102.475 kq hissəsini xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə satmışdır. Bu fakt protokolun “Müəyyən etdim” hissəsinin 6-cı abzasında da təhqiqatçı tərəfindən qeyd olunduğu kimi öz təsdiqini Şirkətin 01/08 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş elektron qaimə-fakturada tapmışdır. Tarixlərə diqqətlə nəzər salanda aydın görünür ki, 4 mart 2025-ci il tarixində gömrük orqanına çatan yükü təsdiqləyən akt, nə yük təyinat gömrük orqanına çatan zaman, nə aprel ayının əvvəlində yararsız hala düşmüş kalsium karbonat yükünün ərazinin genişləndirilməsi üçün liman xidməti əməkdaşları tərəfindən həmin əraziyə töküldüyü zaman, nə də ondan sonrakı 2 ay yarım müddətində tərtib olunmamışdır. Yəni, MMC-yə daha çox ziyan dəyməməsi üçün qalan malın bir hissəsi satıldıqdan sonra, xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Açıq-aşkar görünür ki, protokolun tərtib olunması üçün atılan addımlar Şirkətə qarşı ədalətsiz və qərəzli mövqe tutmuşdur. Protokolun “Müəyyən etdim” hissəsinin 8-inci abzasında “yer sayı 617 ədəd, ümumi çəkisi 827000 kq təşkil edən kalsium karbonat yükünün gömrük nəzarəti altında olan 102.475 kq hissəsinin satışını həyata keçirməklə, 453.985 kq hissəsi isə əraziyə tökülərək məhv edilməklə, yer sayı 433 ədəd, ümumi çəkisi 556.460 kq hissəsi Şəxs MMC tərəfindən gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilmiş və ya onlar üzərində sərəncam verilmişdir.” qeyd olunsa da, dəyəri 112.247,50 manat təşkil edən, gömrük orqanın və liman xidməti əməkdaşlarının laqeyd, səhlənkar və məsuliyyətsiz yanaşmasının nəticəsi olaraq düzgün şəraitdə saxlanılmadığından istifadəyə yararsız hala düşən 453.985 kq hissəsi Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanından çıxarılmadan elə oradaca Dövlət Gömrük Komitəsinə məxsus ərazinin genişləndirilməsi üçün, yəni dənizin bir hissəsinə daşlar və tullantılar tökülərək qurudulmasında istifadə edilmişdir. Deməli açıq-aşkardır ki, təhqiqatçının iddia etdiyi kimi deyil, yəni sərəncam kalsium karbonat yükünün ümumi dəyəri 137.584,40 manat təşkil edən və ümumi çəkisi 556.460 kq olan hissəsi üzərində deyil, yalnız satışı həyata keçirilmiş, dəyəri 25.336,90 manat təşkil edən və çəkisi 102.475 kq olan hissəsi üzərində verilmişdir. Beləliklə, adi anlamdan müəyyən edilir ki, əvəzi ödənilmədən Dövlət Gömrük Komitəsinə məxsus ərazinin genişləndirilməsi üçün verilən və istifadəyə yararsız hala düşən 453.985 kq kalsium karbonat yükünün Şirkətə vurduğu 112.247,50 manat ziyanla yanaşı, tərtib olunmuş protokolda cərimələnmə üçün əsas götürülərək bir o qədər məbləğdə də yenidən ziyan vurmasının nəzərdə tutulması heç də ədalətli yanaşma deyildir. İXM-in 9.1-ci maddəsində və 31.3-cü maddəsində də qeyd olunduğu kimi: İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır və eyni zamanda hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Protokol tərtib olunan zaman bu maddələrin tələblərinin pozulması, yəni inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyətinin nəzərə alınmaması və hətta dəymiş ziyanın daha da artmasına səbəb olan inzibati tənbehin tətbiq edilməsi İXM-in əsas prinsiplərindən biri olan Ədalətlilik prinsipinin çox kobud və qərəzli şəkildə pozulmasının bariz nümunəsidir. Nəticə olaraq hesab edirlər ki, şirkətə qarşı başlanılan inzibati xəta haqqında iş üzrə icraat, İXM-in 48-ci maddəsində nəzərdə tutulan, şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaq, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq kimi inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrini düzgün şəkildə tətbiq etməmişdir. Çünki açıq-aşkar görünür ki, tərtib olunan protokol vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmadan, şirkətin nə hüquq və azadlıqlarını, nə də onun qanuni mənafelərini qorumadan həyata keçirilmiş bir inzibati xəta haqqında iş üzrə icraatın gəldiyi ədalətsiz nəticədir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən 22 oktyabr 2025-ci il tarixində tərtib edilmiş, № 10000-00114/25 nömrəli inzibati xəta haqqında protokolu ləğv edərək inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, iş materiallarında olan “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” gömrük postundan daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-33-3200/024/003117 nömrəli raportdan görünür ki, postda Şəxs MMC tərəfindən idxal edilən mallara fiziki baxış zamanı ümumi 617 bağlamadan **********9472 nömrəli və **********9481 nömrəli gömrük bəyannamələri üzrə müvafiq olaraq yalnız 130 ədəd və 54 ədəd olmaqla cəmi 184 ədəd bağlamanın liman ərazisində yerləşən anbarda mövcud olduğu aşkar edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin 01/08 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş elektron qaimə-fakturadan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən 102475 kq kalsium karbonat "xxxx" MMC-yə satılmışdır. İş materiallarında olan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən istifadə edilməmiş və ya üzərində sərəncam verilməmiş, gömrük nəzarəti altında olan Şəxs MMC (VÖEN: **********) tərəfindən idxal edilən və sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsi üçün təqdim edilmiş **********9472 nömrəli, xx.xx.2025-ci il tarixli və **********9481 nömrəli, xx.xx.2025-ci il tarixli gömrük bəyannamələri üzrə müvafiq olaraq 130 ədəd və 54 ədəd olmaqla cəmi 184 ədəd bağlama “kalsium karbonat” yükünün ümumi çəkisi 270540 kq olmuşdur. İş materiallarında olan Daxilolmalara Nəzarət Baş idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli xidməti qeydə əlavə edilmiş cədvəldən görünür ki, Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2025-ci il tarixli, **********9472 və **********9481 nömrəli gömrük bəyannamələri ilə idxal edilən “kalsium karbonat” adlı yükdən müvafiq olaraq 130 bağlama (netto çəkisi: 196140 kq) və 54 bağlama (netto çəkisi: 74400 kq) çıxıldıqdan sonra, xx.xx.2025-ci il tarixli, **********9472 nömrəli gömrük bəyannaməsi üzrə 328 bağlamanın (429610 kq), xx.xx.2025-cı il tarixli, **********9481 nömrəli gömrük bəyannaməsi üzrə isə 105 bağlamanın (126850 kq) ümumi gömrük dəyəri 137.584,40 (bir yüz otuz yeddi min beş yüz səksən dörd manat qırx qəpik) manat olmuşdur. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs “Alfa Trading Limited" MMC tərəfindən idxal edilən yer sayı 617 ədəd, ümumi çəkisi 827000 kq təşkil edən “kalsium karbonat” yükünün gömrük nəzarəti altında olan 102475 kq hissəsinin satışı həyata keçirilməklə, 453985 kq hissəsi isə əraziyə tökülərək məhv edilməklə, yer sayı 433 ədəd, ümumi çəkisi 556460 kq, ümumi gömrük dəyəri 137.584,40 manat olan hissəsi qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla istifadə edilmiş və ya onlar üzərində sərəncam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyərinin otuz faizi həcmində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan valyuta dəyəri 137.584,40 (bir yüz otuz yeddi min beş yüz səksən dörd manat qırx qəpik) manat məbləğinin 30 (otuz) faizi, yəni 41275,32 (qırx bir min iki yüz yetmiş beş manat, otuz iki qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar