Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-653/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 7A, mənzil 10; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC-nin mülkiyyətində olan «Khazar LX» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 07:42-də inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Eyni zamanda “elektron kabinet” vasitəsilə Şəxs MMC-nin direktoru məhkəməyə müraciət etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər Nəsimi Rayon Dövlət X2 məktubu və müvafiq poçt qəbzinə əsasən Şəxs MMC-yə məxsus «Khazar LX» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə, saat 07:42-də inzibati xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumatın verilməsi xahiş olunmuş və bu sorğu xx.xx.2025-ci il tarixdə həmin şirkətə çatdırılmışdır; • Şəxs MMC-nin direktoru tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd olur ki, Bakı şəhər Nəsimi Rayon Dövlət X4 xx.xx.2025-ci il tarixdə sürücü haqqında məlumat almaq üçün Şəxs MMC-yə göndərdiyi sorğu Şəxs MMC-yə xx.xx.2025-ci il tarixdə, saat 16:18-də çatdırılmışdır. Cəmiyyət sorğuya cavab məktubunu xx.xx.2025-ci il tarixdə, saat 11:35-də poçta təhvil vermiş (göndəriş № SS917522544AZ) və həmin məktub xx.xx.2025-ci il tarixdə, saat 10:13-də şöbəyə çatdırılmışdır. İXP ******* saylı protokol isə xx.xx.2025-ci il tarixdə, saat 14:07-də, yəni sorğunun cavabı artıq şöbədə olduğu zaman tərtib edilmişdir. Beləliklə aydın olur ki, Cəmiyyət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində qeyd olunan “daxil olduğu vaxtdan 05 gün müddətində verilməməsinə görə” tələb (müddət) pozulmamış, sorğuya cavab 02 gün ərzində verilmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsi xahiş olunur; • Poçt göndərişlərinin izlənilməsinə dair müvafiq portaldan olan çıxarışa əsasən SS917522544AZ saylı məktub xx.xx.2025-ci il tarixdə qəbul edilib və xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinə çatdırılıb. Beləliklə aydın olur ki, Şəxs MMC-nin mülkiyyətində olan «Khazar LX» minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat qanunla müəyyən olunmuş vaxtda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-653/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-653/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver