Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6549/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 22 oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlər əsasən vətəndaş X4 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-76735/2025 nömrəli məktub göndərilərək 7 iş günü ərzində sənədlərin təqdim edilməsi tələb edilsə də, poçt izlənməsinə baxış zamanı məktubun çatdığı, lakin tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X2 protokolun məzmununa uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında protokol "Azerfloat' QSC-nin nümayədəsinin iştirakı olmadan tərtib edilmiş, belə ki, qeyd olunan protokolun müzakirəsinin xx.xx.2025-cil il tarixə təyin edilmiş və həmin məsələ ilə bağlı X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "Azerfloat' QSC ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-5/2-9235/2025 saylı məktub xx.xx.2025-ci il tarixdə poçt tərəfindən onlara təqdim edilmişdir. Buna görə də, Şəxs QSC barəsində tərtib olunmuş protokol qanunsuz va əsasız olmasının birinci dəlilidir. Bundan başqa X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "Azerfloat” QSC ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-5/2-76735/2025 saylı müraciəti qeyd edilmişdir ki, vətəndaş X4 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı müraciətinə X7 Xidmətinin Bakı Şəhər İdarəsində baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X4 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 5 müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), iş vaxtının uçotu cədvəlləri və əlavə iş saatlarına cəlb edilməsilə bağlı müvafiq sənədlərin surəti, gecə saatlarında və zərərli əmək şəraitində işləməsilə bağlı sənədlərin surəti, əmək haqqının hesablanması cədvəllərinin surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu tələb edilmişdir. X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-76735/2025 saylı müraciəti xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə Şəxs QSC-yə daxil olmuşdur. Daxil olmuş müraciətdə göstərilən sənədlərlə birlikdə sorğuya cavab tərəflərindən xx.xx.2025-ci il tarixdə 25 vərəq qoşma ilə birlikdə 55 saylı məktub X7 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. 23 oktyabr 2025-ci il tarixli 3-17-5/2-98019/2025 №li məktuba cavab olaraq bildirmək istərdi ki, 10 oktyabr 2025-ci il tarixli 3-175/2-92353/2025 nömrəli məktub 22 oktyabr tarixində qəbul edilmişdir (Qoşma №1). Məktubda qeyd olunan məsələyə dair İnsan Resursları rəhbəri Orxan Mehdizadə tərəfindən 22 oktyabr 2025-ci il tarixində Əmək Müfəttişliyinin əməkdaşına e-mail ünvanlanmışdır (Qoşma №2). 23 oktyabr 2025-ci il tarixində ƏMAS platforması üzərindən də Əmək Müfəttişliyinə müraciət ünvanlanmışdır (Qoşma №3). Bununla belə X7 Xidmətinin Bakı şəhər İdarəsi Şəxs QSC tərəfindən sənədlərin sorğuya uyğun olmamasını əsas gətirərək sənədlərin natamam olması ilə bağlı protokol tərtib etmişdir. İlk öncə Şəxs QSC tərəfindən müraciətə cavab ilə birlikdə göndərilən qoşmalarında əlavə etdikləri səndlərin olduğu konvert açılan zaman sənədlərin siyahısı ilə bağlı akt tərtib edilməmiş və konkret olaraq hansı sənədlərin natamam olması ilə bağlı nə onlara ünvanlanan məktublarda nə də ki, tərtib edilmiş protokolda bu haqqında məlumat verilməmişdir. Burdan da, belə qənaətə gəlmək olar ki, X7 Xidmətinin Bakı şəhər İdarəsi qərəzli mövqe tutaraq qanunsuz olaraq onların iqtisadi mənafeyinə zərər dəyməsi üçün onlara hər hansı bir məbləğdə cərimə tətbiq edilməsini istəyir. Dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi ilə əlaqə saxlanılmış, lakin idarədən onlara sənədlərin natamam olması barədə hər hansı irad bildirilməmiş, sənədlərin tam olduğu bildirilmişdir. xx.xx.2025-ci il tarixli, 3-17-5/2-76735/2025 nömrəli məktubda tələb olunan bütün sənədləri tam formada təqdim etmişlər. Bütün bu qeyd edilən xüsusatlar onu deməyə əsas verir ki, "Azerfloat” QSC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud deyil. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses işirakçılarını dinləyərək, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2- 76735/2025 nömrəli məktubundan görünür ki, vətəndaş X4 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı müraciətinə X7 Xidmətinin Bakı Şəhər İdarəsində baxılır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X4 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X7 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ1114 ünvan 7hkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək inzibati işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-76735/2025 nömrəli məktub xx.xx.2025-ci il tarixdə Şəxs QSC-yə daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək inzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 27 avqust 2025-cı il tarixli 3-17-5/2-76735/2025 №li məktuba cavab olaraq bildirilmişdir ki, Azerfloat QSC-də "Qalay vannası və şüşə soyutma üzrə operator" vəzifəsində çalışan əməkdaş X6 növbəli iş qrafiki üzrə, illik cəmlənmiş uçot əsasında işə qəbul olunmuşdur. İllik cəmlənmiş uçotun tətbiqinə uyğun olaraq əməkdaşın faktiki işlədiyi saatların uçotu dəqiq şəkildə aparılmış və qeydiyyat sənədlərdə öz əksini tapmışdır (Qoşma 1) Müraciət edən şəxs yalnız istehsalat normasına uyğun deyil, hətta illik normadan az iş saatı ilə fəaliyyət göstərmişdir. 2023-2024-cü illər üzrə illik istehsalat normasından artıq işləyən əməkdaşlara ödənişlərin həyata keçirilməsi haqqında əmr nümunəsi ilə də tanış ola bilərlər (Qoşma 2 və 3). Əmək haqqının hesablanması cədvəlindən göründüyü kimi, işçinin gecə növbələrinə görə əlavələr, eləcə də 8 avqust 2023-cü il tarixli attestasiya nəticələrinə əsasən, zərərli iş şəraiti üçün 1,08 əmsalı ilə əlavə ödəniş tətbiq olunmuşdur (Qoşma 4). "xxxx" QSC qeyri-neft sektorunda fəaliyyət göstərdiyindən, əməkdaşın müharibə veteranı statusuna baxmayaraq, qanunvericiliklə nəzərdə tutulan vergi azadolmaları və məcburi dövlət tutulmaları istisna olmaqla, ələvə tutulmalar həyata keçirilmir. Məsələnin mahiyyətinə gəldikdə isə, əməkdaş əmək haqqının artırılması üçün müraciət etmiş, əsas səbəb kimi müharibə veteranı statusunu göstərmişdir. Lakin əmək fəaliyyəti zamanı yol verilmiş ciddi nöqsanlara baxmayaraq, rəhbərlik tərəfindən Vətən Müharibəsində iştirak etmiş vətəndaşlara göstərilən diqqət və qayğının bir nümunəsi olaraq, əməkdaşla məsuliyyətinin artırılması ilə bağlı danışıqlar aparmışlar. Məsələ ilə bağlı tələb olunan sənədlərin surəti məktuba əlavə olunur və tərəflərindən əmək qanunvericiliyinə tam riayət olunduğunu bir daha vurğulamışlar. Qarşı tərəfin müraciətinə obyektiv yanaşılmış, məsələyə hüquqi və faktiki əsaslar çərçivəsində tam şəkildə aydınlıq gətirilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli 3-17-5/2-76735/2025 nömrəli məktubda tələb olunan sənədlər zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə göndərilmişdir. 722723 nömrəli bildirişdən görünür ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktub xx.xx.2025-ci il tarixdə Abdullayeva soyadlı şəxs tərəfindən təhvil alınmışdır. Şəxs QSC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 23 oktyabr 2025-ci il tarixli 3-17-5/2-98019/2025 Nəli məktubunuza cavab olaraq bildirmişdir ki, 10 oktyabr 2025-ci il tarixli 3-17-5/2-92353/2025 nömrəli məktub 22 oktyabr tarixində qəbul edilmişdir (Qoşma №1). Məktubda qeyd olunan məsələyə dair İnsan Resursları rəhbəri Orxan Mehdizadə tərəfindən 22 oktyabr 2025-ci il tarixində Əmək Müfəttişliyinin əməkdaşına e-mail ünvanlanmışdır (Qoşma №2). 23 oktyabr 2025-ci il tarixində ƏMAS platforması üzərindən də Əmək Müfəttişliyinə müraciət ünvanlanmışdır (Qoşma №3). Həmçinin, 29 oktyabr 2025-ci il tarixində müvafiq məsələnin icrası ilə əlaqədar Əmək Müfəttişliyinin əməkdaşı ilə üzbəüz görüş keçirilmişdir (bu barədə daxili qeydiyyatımzda məlumat mövcuddur). Tərəflərindən, məktubda qeyd olunan natamam sənədlərin təqdim edilməsi və görüşə gəlməməkləri ilə bağlı tələb edilən məsələlər tam və dəqiq bir şəkildə əməkdaşları tərəfindən təmin edilmişdir. Şifahi şəkildə müzakirə olunan və tələb olunan bütün sənədlər barədə müzakirə zamanı əməkdaşa verilən suallara cavab olaraq məlumat veririrlər ki, şikayətçi X5 2023-cü ildə vəzifə-tarif maaşı 454,39 AZN (dörd yüz əlli dörd manat, 39 qəpik) olmuşdur. 2024-cü ilin yanvar ayında planlaşdırılmış 2002 iş saatlarından cəmi 1755 saat işləmişdir. Nəticə olaraq müqavilənin tələbinə uyğun olaraq illik cəmlənmiş uçotdan kənara çıxılmamışdır. Sizə təqdim olunan sənədlərdə əmək haqqı hesablama cədvəlinin şifahi müzakirəsinin nəticəsi olaraq həmin cədvəlin yazılı formada izahı Qoşma №4-də diqqətə çatdırılmışdır. Beləliklə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, protokol tərtib edilmiş, işin faktiki halları üzrə səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs QSC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla Şəxs QSC-nin təqsirliliyi təkzib olunur. Belə ki, X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə tərtib olunmuş 22 oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolda vətəndaş X4 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs QSC-yə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-76735/2025 nömrəli məktub göndərilərək 7 iş günü ərzində sənədlərin təqdim edilməsi tələb edilsə də, poçt izlənməsinə baxış zamanı məktubun çatdığı, lakin tələb olunan sənədlər xx.xx.2025-ci il tarixədək təqdim edilməməsi göstərilsə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-76735/2025 nömrəli məktub 19 sentyabr 2025-ci il tarixdə "xxxx" MMC-nin poçt ünvanına daxil olmuş, 3-17-5/2-76735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktuba xx.xx.2025-ci il tarixli məktubla cavab verilmiş, həmin məktub xx.xx.2025-c il tarixdə X7 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən təhvil alınmış, daha sonra Şəxs QSC tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlərdə hər hansı natamamlıq olub-olmaması barədə məktublar ünvanlanmış, lakin X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən sənədlərdə natamamlıq olması barədə Şəxs QSC-yə mlumat verilməsinə dair iş materiallarına hər hansı mötəbər sənəd əlavə edilməmişdir. Beləliklə də, 3-17-5/2-76735/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda tələb olunan sənədlər 7 iş günü ərzində X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın qanuniliyi və ədalətliliyi, ilk növbədə, məlumatlandırılma hüququnun təmin edilməsindən asılıdır. Sənədlərin rəsmi qaydada verilməsi sadəcə texniki bir prosedur deyil, bu hüquqi dövlət prinsipinin təzahürü, şəxsin özünü müdafiə hüququnun gerçəkləşməsi üçün ilkin və zəruri şərtdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.3-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir 57.2-ci maddəsinə əsasən, hüquqi şəxsə ünvanlanmış sənəd, həmin hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bu norma, sənədin təsadüfi bir şəxsə deyil, məhz hüquqi şəxsin adından hərəkət etmək səlahiyyəti olan və ya sənədləri qəbul etmək vəzifəsi daşıyan bir nümayəndəsinə təqdim edilməli olduğunu birmənalı şəkildə təsbit edir. "Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir". Bu tələb sənədi qəbul edən şəxsin hüquqi şəxslə olan əlaqəsinin eyniləşdirilməsinə, onun bu sənədi qəbul etmək üçün legitimliyinin müəyyən edilməsinə xidmət edir. Yuxarıda şərh edilmiş prinsiplər aspektindən məhkəmə, X7 Xidmətinin mövqeyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutlar toplusu, cəmiyyətin təqsirini "əsaslı şübhədən kənar" standartına uyğun olaraq təsdiq etmir, əksinə, çatdırılma prosedurunda yol verilmiş kobud pozuntuları və ziddiyyətləri aşkara çıxarır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, belə nəticəyə gəlir ki, Şəxs QSC barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 22 oktyabr 2025-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 22 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-6549/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6549/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver