Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6555/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2025-ci il tarixdə saat 02:00-da Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsində “Nissan” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Mercedes” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində Zərərçəkmiş şəxs sol əlin l daraq-falanqa oynağı nahiyəsinin iri ölçülü kəsilmə xarakterili yarası, sol mil-bilək oynağı nahiyəsinin qançır-şişkinliyi ilə nəticələnən və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 02 radələrində ona məxsus olan ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə 2-ci zolaqla Dilarə Əliyeva küçəsi istiqamətində hərəkət edib avtomobili yolun sol kənarında dayanmaq üçün sola dönmə işığını yandırıb sol zolağa dönən zaman onunla eyni istiqamətdə hərəkətdə olan “Nissan” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ tərəfi ilə onun idarə etdiyi “Mercedes” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sol tərəfi toqquşmuş, nəticədə idarə etməni itirdiyi üçün avtomobil yol kənarında olan dəmir hissələrə dəyərək ziyan yetirmişdir. Hadisə baş verən zaman ayıq olmuş, hadisə onun sola dönmə manevri qaydalarını ehtiyatsızlıqdan pozması səbəbindən baş vermişdir. Hadisə zamanı o, heç bir nahiyəsindən xəsarət almamışdır. Hadisədən sonra zərərçəkmiş şəxsə hər hansı bir maddi yardım göstərməmişdir. Belə ki, zərərçəkmiş şəxsdə heç bir xəsarət olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025ci il tarixdə saat 02 radələrində ona məxsus olan ayıq vəziyyətdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Nissan” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə sol zolaqla Dilarə Əliyeva küçəsi istiqamətində hərəkət edən zaman onunla eyni istiqamətdə 2-ci zolaqla hərəkətdə olan “Mercedes” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü qəflətən sola dönmə manevrini həyata keçirmiş və bu zaman onun avtomobilinin qabaq sağ tərəfi ilə “Mercedes” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa sol tərəfi toqquşmuşdur. Hadisə “Mercedes” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sola dönmə manevri qaydalarını ehtiyatsızlığından pozması səbəbindən baş vermişdir. Hadisə nəticəsində o, əl nahiyəsindən xəsarət almışdır. Ona dəymiş maddi ziyan sığorta şirkəti tərəfindən ödənilmiş, Şəxs ona heç bir yardım göstərməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 xx.xx.2025-ci tarixli, 1243 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol əlin l daraq-falanqa oynağı nahiyəsinin iri ölçülü kəsilmə xarakterili yarası iti kənara malik əşyanın təsirindən, sol milbilək oynağı nahiyəsinin qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənə bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilmələri mümkündür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 2/24271 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə ayıq olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmə hüququ 06 (altı) ay müddətində məhdudlaşdırılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-6555/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6555/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver