Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6606/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Şikayet vermiş şəxs X3, Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, uzun ilərdir şəxsi minik avtomobili ilə Bakı şəhərində hərəkət etməklə, hər növ minik avtomollərini peşəkar səviyyədə idarə etmək qabiliyyətinə malikdir. Avtomaşını idarə etdiyi zamanlarda həmişə diqqətli olmuş, çalışmışdır ki, adi bir xətaya belə yol verməsin. İllər keçdikcə həm təcrübəsi artmış, həm də illər boyu sürücülük mədəniyyəti kimi müsbət yönümlü vərdişləri onu yol hərəkəti qaydalarını pozmaqdan çəkindirmişdir. Ən əsasıda nəinki yol hərəkəti qaydalarına riayət olunmasında, eləcədə digər istiqamətlərdə də, Qanunların tələblərinə həmişə riayət etmişdir. Yol patrulu xidmətinin əməkdaşlarının göstərişlərinə həmişə yerindəcə əməl etməklə, digər vətəndaşlara da, nümunə olmuşdur. Hətta tamamilə nəzarətsiz yollarda belə qaydaları pozmaqdan çəkinmişdir. O, buna görə bu cür geniş giriş yazır ki, aşağıda qeyd edəcəyi barəsində tətbiq olunan cərimə və bal növündə inzibati tənbehin tamamilə qanunsuz olması ilə bağlı əvvəlcədən bir daxili inam formalaşmasına əsas yarana bilsin. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində, özünə məxsus “HYUNDAİ TUCSON” markalı minik avtomobili ilə, Bakı, şəhəri, Nəsimi rayonu, H.Seyidzadə C.Xan ünvandakı ərazidə şəhərarası avtomobil şossesi ilə hərəkət etdikdə, qarşıda yerləşmiş işıqforun yaşıl işıq işarəsinin tələbinə uyğun, yolun açıq olduğunu görüb saatda təxminən 40 km/saat sürətlə hərəkət etmişdir. Tam işıqfora çatıb, yolu keçmək anında işlqforun sarı işığı yanmış və o, həmin sürətlədə yolu keçmişdir. Yəni orada qəflətən əylənci basıb maşını durmaq vəziyyətinə gətirmək mümkün deyildi, hətta mümkün olsaydı belə intensiv hərəkət olduğu üçün arxadan gələn avtomaşınların qəza törətməsi qaçılmaz olacaqdı. Həmin vaxt onun avtomaşınını arxadan izləyən yol patrul xidməti onu saxlatmışdır. O, aşağı düşüb sonradan protokolda adın və vəzifəsin oxuduğu Bakı şəhər X14 İdarəsinin polis baş serjantı X4 ona bildirmişdir ki, o, qırmızı işıqda keçmişdir. Polis əməkdaşı tərəfindən onun üzünə qarşı birbaşa yalan deməsi onu çaşdırmışdır. O, da cavab olaraq bildirmişdir ki, video görüntünü təqdim etsin, o, baxsın görsün o, qırmızı işıqda necə kemişdir ki, digər avtomaşınlara mane olmamışdır. Həqiqətəndə o, əgər həmin işıqforda qırmızı işıqda keçmiş olsaydı, ya həmin vaxt orada dəhşətli və zəncirvari qəza olardı, ya da, dörd tərəfdən tıxac əmələ gələ bilərdi. Onun bu məntiqi mülahizəsindən sonra, Bakı şəhər X14 İdarəsinin polis baş serjantı X4 nə fərqi var sarı işıqda keçmişdir. Polis əməkdaşının məntiqindən belə məlum olmuşdur ki, sarı işıqda qırmızı işıq kimi qadağanedici göstərişlidir. O, görmüşdür ki, onun dediklərinin heç bir anlamı yoxdur, ona görədə demişdir ki, protokolu yaz, həmin protokoldan məhkəməyə şikayət edəcək. Protokolu alıb oxuyan zaman hansı maddə ilə təqsirləndirilməsi də qeyd olunmamışdır. Sonra telefon vasitəsilə gələn mesajdan məlum olmuşdur ki, qeyd olunan hadisə ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 327.2-ci maddəsi (Svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) ilə təqsirləndirilərək barəmdə cərimə növündə 100 manat cərimə və 3 bal inzibati tənbeh tətbiq olunmuşdur. Bundan sonra o, qanunlara, eləcə də inzibati xətalar məcəlləsində sarı işığın qadağanedici göstərişini görməmişdir. Bu terminlərin mənaların araşdırdıqda məlum oldu ki, sarı işıqların hərəkətdə olan avtomaşınlara aidiyyatı yoxdur. Sarı işıq qırmızı işıqda dayanıb gözləyən avtomaşın sürücülərinə aiddir ki, hazırlaşsınlar. Yəni sarı işıq birbaşa dayanıb yaşıl işıqda gözləyən avtomaşınların sürücülərinə aiddir. Qeyd etdiklərinin nəzərə alınaraq Bakı şəhər X14 İdarəsinin polis baş serjantı X4 tərəfindən tərtib edilmiş İXP ******* saylı protokolunu qanunsuz hesab etməklə, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə yazılmış 100 (yüz) manat cərimə və 3 (bal) növündə inzibati tənbehin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X14 İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuşdur və verilmiş şikayəti əsassız hesab edir. Belə ki, X2 Hərəkəti Haqqında Qanunun tələblərini kobud surətdə pozaraq inzibati xəta törətmişdir. X7 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Qeyd etdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “X10” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; Məhkəmə, şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-6606/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6606/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver