Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6607/2025 24.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr 156 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 11:02-də “Avto servis” adlı obyekt müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr 156 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 11:02-də “Avto servis” adlı obyekt müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Şəxs MMC ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən illik yayım haqqı 9277 manat olsa da, həmin məbləğ aylıq olaraq hissələrə bölünmüşdür. Şəxs MMC xx.xx.2025ci il tarixdə icazənin müddətinin uzadılması üçün ərizə ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə müraciət etmişdir. Həmin müddətdən sonra Şəxs MMC tərəfindən ödənişlər aparılmamışdır. Dəfələrlə göstəriş göndərilsə də, buna baxmayaraq Şəxs MMC tərəfindən ödənişlər icra edilməmişdir. Nəticədə hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X6 məhkəməyə etiraz təqdim edərək, eyni zamanda etiraza uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin böyük müfəttişi X7 tərəfindən ünvan 1 ünvanında xx.xx.2025-ci il tarixində saat 11:02-də "Avto Servis" obyektin üzərində tərəflərindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş olduğu müəyyən edilərək xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol əsassızdır və ona xitam verilməlidir. Belə ki, qeyd edilən icazəsiz yerləşdirilən reklam 2 ilə yaxın müddətdir oradadır və hər il müvafiq icazə alınaraq hər ay müntəzəm olaraq ödənişi həyata keçirilir. Bu il icazənin müddəti bitdiyinə görə xx.xx.2025-ci il tarixində tərəflərindən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ərizə ilə AR X4 Bakı Şəhəri Reklam İdarəsinə müraciət edilmişdir. Qarşı tərəf iddia edir ki, xx.xx.2025-ci il tarixdə 516.60 manat olan dövlət rüsumunun ödənişi üçün M**********0002 nömrəli bildiriş və 9.277,63 manat olan yayın haqqının ödənişi üçün M**********0002 nömrəli hesab-faktura göndərmişdir. Lakin, nə poçt vasitəsilə, nə də ki onlayn karguzarlıq vasitəsilə sözügedən sənədlər cəmiyyətə inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə çatdırılmamışdır və qarşı tərəf əksini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bundan başqa həm bildirişin, həm də hesab-fakturanın QR kodlarını oxutduqda heç biri açılmır və bu sənədlərin hansı tarixdə və kim tərəfindən tərtib edildiyini müəyyənləşdirmək mümkün olmur. Baxmayaraq ki, inzibati xəta haqqında protokolun tərtib edilib cəmiyyətə göndərilməsi barədə məktubun QR kodu oxunur və idarə rəisi tərəfindən xx.xx.2025-ci il tarixdə imzalanmağı öz təsdiqini tapır. Əlavə olaraq qarşı tərəf inzibati xəta haqqında protokolu tərtib etməmişdən öncə Şəxs MMC-yə poçt vasitəsilə qanun pozuntularının yəni, sözügedən reklamların aradan qaldırılması və ya ödənişin edilməsi üçün müəyyən möhlət verdiklərini xx.xx.2025-ci il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan yazılı göstəriş ilə bildirdiklərini iddia edir. Bu göstəriş Şəxs MMC-yə nə poçt yolu ilə, nə də onlayn kargüzarlıq vasitəsilə inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə çatdırılmamışdır. xx.xx.2025-ci il tarixli açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt, xx.xx.2025-ci il tarixli müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş, xx.xx.2025-ci il tarixdə 516.60 manat olan dövlət rüsumunun ödənişi üçün M**********0002 nömrəli bildiriş, 9.277,63 manat olan yayın haqqının ödənişi üçün M**********0002 nömrəli hesab-faktura və xx.xx.2025-ci il MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla birlikdə bir məktub kimi xx.xx.2025-ci il tarixdə müəssəsəmizin ümumi şöbəsinə daxil olmuşdur. Göstərişin Şəxs MMC-yə çatmasını təsdiq edən sübut kimi təqdim etdikləri imzalı poçt qaiməsi xx.xx.2025-ci il tarixinə aiddir ki, bu göstərişin tərtib edildiyi xx.xx.2025-ci il taxidən 3 ay öncəsinə aid qaimə olduğunu göstərir və bu göstərişin Şəxs MMC-yə inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə çatdırılmadığını sübut edir. İş materiallarının içində xx.xx.2025-ci il tarixli açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair aktda mövcuddur. Həmin aktın xx.xx.2025-ci il tarixdə saat 11:00-da yəni, həftənin dördüncü günü iş vaxtı tərtib edilməsinə baxmayaraq müəssisənin nümayəndəsinin imzası yoxdur və qarşı tərəfin nümayəndələri tərəfindən Şəxs MMC-nin nümayəndəsinin “iştirak etmədi” qeydi ilə imzası alınmamış, lakin həmin obyektin işçilərindən heç kim aktı imzalamaqdan imtina etməmiş və bu aktın tərtib olunması barədə orada işçilərə iştirak etmələri üçün müraciət olunmamış və ümumiyyətlə məlumatları yoxdur. Bundan başqa xx.xx.2025-ci il tarixinə aid təhlükəsizlik kameralarından olan görüntülərə baxdıqda aktın tərtib olunduğu saat 11-də obyektə yaxınlaşıb akt tərtib edən şəxslər görünmür. Bunu təsdiq edən video materiallar mövcuddur. xx.xx.2025-ci il tarixli 516.60 manat olan dövlət rüsumunun ödənişi üçün M**********0002 nömrəli bildiriş və 9.277,63 manat olan yayım haqqının ödənişi üçün M**********0002 nömrəli hesab-faktura xx.xx.2025- ci il tarixdə Şəxs MMC-yə çatdıqdan sonra hər ikisinin ödənişi xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir. 9.277,63 manat bir illik dövr üçün nəzərdə tutulmuş rüsum olduğuna görə həmin məbləğ 12 aya bölünərək sentyabr, oktyabr və noyabr ayları üçün olan üç aylıq məbləğ 1.965,60 manat olaraq bank hesabından köçürmə yolu ilə, 353,81 manat olaraq ƏDV sub-uçot hesabından köçürmə yolu ilə ödənilmişdir. Bundan başqa 516,60 manat olan dövlət rüsumu xx.xx.2025-ci il tarixdə bank hesabından köçürmə yolu ilə ödənilmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixində məktub müəssisəyə çatdırıldıqdan sonra dərhal zəruri tədbirlər görülərək həmin reklam tabloları sökülmüşdür və bu günə qədər orada heç bir reklam yerləşdirilməmişdir. Əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Reklam İdarəsi tərəfindən göndərilmiş göstərişlər işçinin səhlənkarlığına görə MMC-yə çatmamışdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının qanunlarını nəzərə alaraq xx.xx.2025-ci il MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” Aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr 156 ünvanında “Avto servis” adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. - xx.xx.2025-ci il tarixli “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan Göstəriş”dən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr 156 ünvanında yerləşən “Avto servis” adlı adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı ilə əlaqədar yol verilmiş qanun pozuntusunun 5 gün ərzində aradan qaldırılması Şəxs MMC-dən tələb edilmişdir. - xx.xx.2025-ci il tarixli “Müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan Göstəriş”dən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr 156 ünvanında yerləşən “Avto servis” adlı adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirilməsi faktı ilə əlaqədar yol verilmiş qanun pozuntusunun 5 gün ərzində aradan qaldırılması Şəxs MMC-dən tələb edilmişdir. - Fotoşəkillərlə Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr 156 ünvanında yerləşən “Avto servis” adlı obyektin üzərində reklam yerləşdirilməsi müəyyən olunur. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs MMC-nin direktoru X8 Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə ərizə ünvanlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr 156 ünvanında xx.xx.2025-ci il tarixdən 12 ay müddətinə reklam yerləşdirilməsi üçün icazə verilməsini xahiş etmişdir. yayım haqqının ödənişi üçün M**********0002 nömrəli hesab fakturadan görünür ki, Şəxs MMC üçün xx.xx.2025 – xx.xx.2026-cı ilədək yayım haqqı 9277.63 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin dövlət rüsumunun ödənişi üçün M**********0002 nömrəli bildirişdən görünür ki, Şəxs MMC üçün reklam yayımı üçün dövlət rüsumu 516.60 manat təşkil edir. - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli, 11-3-1/2-6950/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı ilə əlaqədar tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun surəti Şəxs MMC-yə göndərilmişdir. Köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinin hesabına 93.6 manat ödəniş aparılmışdır. Köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinin hesabına 353.81 manat ödəniş aparılmışdır. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə 516,60 manat dövlət büdcəsinə ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə 1965,60 manat Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinin hesabına ödənilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə 520 manat Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Həmin Qanunun 26.2-1-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin və reklama dair texniki şərtlər pasportunun formasını, icazə müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix- Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi tərəfindən verilmiş etirazda qeyd etdiklərinə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə dair “Reklam haqqında” qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-6607/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6607/2025
24.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver