Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-6636/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X1 Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və səlahiyyətli orqanın nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin idarə heyətinin sədri məhkəməyə etiraz ünvanlayaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 02.10.25-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə 02.10.25-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş 02.10.25-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokol tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə 24.06.25-ci il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)- 4295/2025 saylı qərarı üzrə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-2459/2025 saylı qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-4295/2025 saylı qərarı qüvvədə saxlanılmışdır. xx.xx.2025-ci il tarixində 300 (üç yüz) manat cərimə məbləği Şəxs MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli, e194170/2025-5- 29 nömrəli qərarına əsasən dövlət büdcəsinə tam şəkildə ödənilmişdir. Qeyd edir ki, Şəxs MMC barəsində tərtib edilmiş İXP ******* və İXP ******* nömrəli inzibati xəta protokolları faktiki olaraq eyni inzibati hadisə ilə bağlıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan hər iki inzibati xəta xx.xx.2025-ci il tarixində, müvafiq olaraq saat 11:49:10 və 11:50:29-da qeydə alınmışdır. Qeyd olunan hallar arasında təxminən cəmi 1 (bir) dəqiqəlik vaxt fərqi mövcuddur və hadisələrin xarakteri, obyekti və subyekti eyni olmaqla bir inzibati xətanın tərkib hissələri kimi qiymətləndirilməlidir. Buna baxmayaraq, bir inzibati xətaya görə Şəxs MMC barəsində ikinci dəfə İnzibati xəta haqqında Protokol tərtib olunmuş və bununla da İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan ədalətlilik prinsipi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Yuxarıda qeyd olunan prinsipin mətnindən aydın olduğu kimi bir inzibati xətaya görə iki dəfə inzibati məsuliyyətə cəlb olunma halı qanunvericiliyin pozuntusudur. Bu baxımdan, Şəxs MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsi ilə baş vermiş hər iki inzibati xəta eyni istiqamətdə, eyni zaman intervalında və eyni hərəkətin davamı kimi baş vermişdir. Həmçinin qeyd edilməlidir ki, göstərilən inzibati xətalar fasiləsiz, eyni marşrut üzrə hərəkətin tərkib hissələri kimi qiymətləndirilməlidir. Bu səbəbdən onların ayrı-ayrılıqda inzibati xəta kimi rəsmiləşdirilməsi hüquqi baxımdan düzgün hesab edilə bilməz. Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən cərimə məbləğini ödəyərək inzibati məsuliyyətdən azad edildikdən sonra onun eyni bir əməllə, yəni İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə yenidən inzibati məsuliyyətə cəlb edilməsi həm beynəlxalq aktlarda, həm də milli qanunvericilikdə öz əksini tapmış “eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz” (non bis in idem) prinsipinə ziddir. Eyni zamanda, qeyd olunan inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı qanunvericiliyin normaları gözlənilməmiş, protokolda Şəxs MMC-yə əvvəlcədən bildirişin təqdim edilməsi göstərilsə də, həmin bildiriş Cəmiyyətə çatmadan və Cəmiyyət lazımi qaydada məlumatlandırılmadan protokol tərtib edilmişdir. Bu isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsi ilə nəzərdə tutulan hüquqlarının və qanunvericiliyin digər prosessual tələblərinin pozuntusudur. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Maddənin mətnindən aydın olduğu üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılması üçün protokol tərtib edən vəzifəli şəxs müəyyən etməli idi ki, bu barədə Şəxs MMC-yə məlumat təqdim edilib və Cəmiyyət təxirə salmaq haqqında vəsatət təqdim etməyib, yaxud belə vəsatət rədd edilib. Məlumatın vaxtında bildirilməsi dedikdə nə nəzərdə tutulur? AR İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Halbuki, hazırkı iş üzrə göstərilən inzibati xəta tərkibi sübuta yetirilməmişdir. Sözügedən maddə əsasında məsuliyyətin yaranması üçün, maddənin dispozisiyasında qeyd edilən inzibati xəta tərkibi - yəni sorğunun hüquqi şəxsə daxil olması faktı mövcud olmalıdır. Müvafiq maddənin dispozisiyasına nəzər yetirək: “Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə” Dispozisiyadan da göründüyü kimi, İXM-nin 347-ci maddəsi ilə məsuliyyətin yaranması üçün əsas sorğunun hüquqi şəxsə ünvanlanması deyil, onun hüquqi şəxsə daxil olmasıdır. Lakin müvafiq qurum tərəfindən sorğunun hüquqi şəxsə daxil olması faktı mötəbər sübutlar əsasında sübut edilməmişdir. Əlavə olaraq, sorğunun sifarişli məktubla göndərildiyi bildirilsə də, həmin sifarişin üzərində göndəricinin imzası müəyyən olunmur, yəni sorğunun həqiqətən Cəmiyyətə təqdim edilməsi və ya daxil olması barədə dəqiq, yoxlanıla bilən sübut mövcud deyil. Bunun üçün isə yalnız inzibati xəta haqqında protokola istinad edilməsi kifayət deyil. İnzibati məsuliyyətə cəlb olunma hüquqi cəhətdən yalnız o halda mümkün sayılır ki, inzibati xəta tərkibini təşkil edən hallar mötəbər və yoxlanıla bilən sübutlarla təsdiqlənsin. Halbuki hazırkı halda, inzibati icraatı aparan orqan tərəfindən təqdim olunan sənədlər bu halları dolğun şəkildə sübuta yetirmir. İddia olunan sorğunun hüquqi şəxsə daxil olması barədə hər hansı obyektiv sübut təqdim edilməmiş, yalnız formalaşdırılmış protokolun məzmununa əsaslanılmışdır. Bu isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə münasibətdə İXM-nin 8.1-ci maddəsinin pozuntusu deməkdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Göstərilənə əsasən, müvafiq sorğunun Cəmiyyətə daxil olması faktının sübut edilməsi öhdəliyi müvafiq quruma aiddir. Əks halda protokolun hüquqi əsası mövcud deyildir. Hazırki iş üzrə qeyd olunan fakt aydınlaşdırılmadığından əsassız olaraq barəsində inzibati xəta ilə bağlı iş üzrə icraat aparılan şəxsə protokol ilə qanunsuz cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəllənin qeyd olunan maddəsində inzibati xətanın mövcud olması üçün tələb olunan elementlər müəyyən edilmişdir. Şəxsin Məcəllənin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün bu elementlərin hər biri eyni anda mövcud olmalıdır. Nəzərə alınmalıdır ki, qanunvericilik inzibati xəta haqqında protokolu özlüyündə sübutlar sırasında qeyd etsə də, bu protokol o halda sübut qüvvəsinə malikdir ki, mötəbər olsun. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati xəta haqqında protokolda qeyd olunmalı məlumatların dairəsi İXM-nin 100.1-ci maddəsi ilə müəyyən edilmişdir. Maddədən aydın olduğu üzrə protokolda işin faktiki hallarını əsaslandıran sübutlara (İXM-nin 76-cı maddəsi ilə müəyyən olunub) istinad edilməlidir. Hazırki iş üzrə protokol isə İXM-də qeyd edilən protokola dair tələblərə cavab vermir və heç bir sübut qüvvəsi yoxdur. Qanunvericilik belə bir halda bütün şifahi mülahizələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməsini tələb edir. Azərbaycan Respublikası İXM-nin 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikasının İXM-nin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsaslar müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Eyni zamanda qanunvericilik imkan verir ki, əgər hüquqi şəxs tərəfindən müvafiq inzibati xətanın törədilməsi faktı aşkar edildikdə onun barəsində əlavə araşdırılması zərurəti yarandıqda inzibati xəta haqqında icraatın başlanması haqqında protokol dərhal deyil iki gün müddətində tərtib edilə bilər. Lakin hazırki işin hallarından müəyyən edilir ki, hazırkı “İnzibati xəta haqqında” protokolda inzibati xəta haqqında icraatın başlanmasının səbəbləri, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən məlumatların necə əldə edilməsi, əgər inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdirsə hansı prosessual və ya rəsmi sənədin tərtib edilməsi (raport, akt və s) barədə müvafiq qeydiyyat aparılmamış, iş materiallarına buna dair hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1- ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində olan xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir, protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən nümayəndəsi dəvət edilməmiş və hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Halbuki qanunvericilik inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlarının göstərilməsini imperativ norma kimi müəyyən etmişdir. İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Belə ki, İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad.106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-6636/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-6636/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver