Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-664/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Nəsimi rayon Polis İdarəsinin Dövlət X6 07.02.2022-ci il tarixli, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon Polis İdarəsinin Dövlət X6 07.02.2022-ci il tarixli, ******* saylı qərarının ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 24 noyabr 2022-ci il tarixdə avto qəza nəticəsində onun barəsində TP ******* saylı inzibati qərar verilmişdir. Nəsimi rayon Polis İdarəsinə və Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarına əsasən TP ******* saylı inzibati qərar ləğv edilmişdir. Lakin Nəsimi rayon Polis İdarəsinin X3 yenidən İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilib 07 fevral 2022-ci il tarixli qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş 07.02.2022-ci il tarixli ******* saylı qərarın ləğv edilməsini xahiş `etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayət ərizəsində göstərilənlərə əlavə olaraq bildirdi ki, onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, belə ki, o yaşadığı məhəllədən avtomobili ilə hərəkət edən zaman qarşıdan gələn avtomobil onun yoluna çıxmış və xətti tapdalayaraq, anidən onu vurmuşdur. Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəlmiş, lakin sonradan onun xəbəri olmadan barəsində qanunsuz və əsassız olaraq protokol tərtib olunmuş, onun hüquq və vəzifələri izah olunmamışdır. Hadisə nəticəsində ona ziyan dəyməsinə baxmayaraq, o təqsirli bilinmiş və 60 manat cərimə olunmuşdur. Bununla bağlı, dövlət yol polisinə şikayət etmiş, həmin qurumun vəzifəli şəxsi tərəfindən qəbul olunaraq, şikayəti araşdırılmış və onun günahının olmadığı ona bildirilmişdir. Lakin buna baxmayarq, onun barəsində qəbul olunmuş protokol və qərar ləğv olunmamışdır. Sonda barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis İdarəsinin Dövlət X6 07.02.2022-ci il tarixli, ******* saylı qərardan görünür ki, X2 tərəfindən 24.11.2021-ci il tarixdə idarə etdiyi “Hundai Avante” minik markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan sonrakı vəziyyətini əks etdirən fotoşəkillərdən görünür ki, “Hundai Avante” minik markalı **- OR-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən yolayrıcını keçmə qaydaları pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X2 tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xətaya dair inzibati tənbeh vermə haqqında qərarda X2 tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması barədə ciddi hesab ediləcək əsaslandırma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmasına dair Nəsimi rayon Polis İdarəsinin Dövlət X6 07.02.2022-ci il tarixli, ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmasına dair Nəsimi rayon Polis İdarəsinin Dövlət X6 07.02.2022-ci il tarixli, ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-664/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-664/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver