Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-665/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri BPİ Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, Bakı şəhəri BPİ Dövlət Yol Polisi İdarəsinin YPX-nin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ Dövlət Yol Polisi İdarəsinin YPX-nin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhəri DYPİ-nin Yol patrul xidməti inspektoru X3 tərəfindən xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin pozulması nəticəsində inzibati xəta haqqında ******* saylı protokol tərtib olunmuşdur. Aşağıdakı səbəblərə görə hesab edir ki, Bakı şəhəri DYPİ-nin Yol patrul Xidmətinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında barəmdə tərtib edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı ləğv edilməlidir. Belə ki, protokolun tətbiq edilməsinə əsas ondan ibarət olmuşdur ki, guya onun tərəfindən ona məxsus “KİA Sportage” minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sərnişin düşürmü və körpünün altında isə svetefordan sonra onu saxlamışlar. Belə ki, sveteforda qadağanedici işarə verilərkən, yəni qırmızı işıq yanan zaman o, nəqliyyat vasitəsini dayandırmamış və qadağanedici nişan göstərildiyi halda ona məxsus nəqliyyat vasitəsini idarə etməkdə davam etmişdir. Lakin o, qırmızı işıqda keçməmiş və yol hərəkətləri qaydasınıda pozmamışdır. Həmin ərazidə olan kamera çəkilişləridə onun qaydalara əməl etdiyinə əyani sübut kimi çıxış edə bilər. Halbuki bu kimi hallar baş vermədiyi halda ona münasibətdə belə bir qərarın çıxarılması qanunsuzdur və hüquqlarının pozulmasının davamı kimi çıxış edir. Belə ki, hadisə 20 Yanvar dairəsi ərazisində baş vermişdir. Bu ərazidə isə inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarda öz əksini tapmış İXM-nin 327.2-ci maddəsinin pozulması halına rast gəlinə bilməz. Məhz bu əsasa görə barəsində tətbiq olunmuş sözü gedən qərar ləğv olunmalıdır. Beləliklə, pozulmuş hüquqlarımın bərpa edilməsi və qanunvericiliklə müəyyən olunmuş hüquqlarının realizəsi üçün, eyni zamanda işin tam, hərtərəfli və obyektiv qaydada araşdırılması və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi R.Ş.Şirinov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə yas mərasimində qayıdan zaman keçdiyi 20 Yanvar dairəsində iki işıqfor olmuş, o yaşıl işıqda keçən vaxt polis əməkdaşı ona saxla işarəsi vermiş və o da avtomobilin hərəkəti saxlamışdır. Daha sonra yoluna davam edərkən digər ikinci işıqforun qırmızı işığı yanmışdır. Həmin hal ondan asılı olmayan səbəbdən yarandığına görə şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi N.Ə.Abbasov şikayətin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı YPX-nin inspektoru X3 xx xxxxxx 2021-ci il tarixdə, saat 13:44-də 20 Yanvar dairəsinin ikinci işıqforunda nizamlayıcısını pozaraq qırmızı işıqda keçmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, R.Ş.Şirinov həmin tarixdə, saat 13:44-də 20 Yanvar dairəsində “Kia Sportage” minik markalı, **-AF-*** nömrəli nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş və nəticədə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, R.Ş.Şirinov xx xxxxxx 2021-ci il tarixdə 20 Yanvar dairəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirdiyi üçün barəsində həmin tarixdə, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ Dövlət Yol Polisi İdarəsinin YPXnin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərarı qanuni və əsaslı olduğundan R.Ş.Şirinovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri BPİ Dövlət Yol Polisi İdarəsinin YPX-nin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-665/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-665/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver