Məhkəmə qərarları › İş №3(006)-666/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-666/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-666/2025 03.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2, zərər çəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 küçəsi, ev 127, inzibati bina ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” metrosu yaxınlığında X3 80 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək xırda talama inzibati xətasını törətmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X6 tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 21 yanvar 2025-ci il tarixdə saat saat 22 radələrində Nərimanov rayonu ərazisində yerləşən “X8”nin yaxınlığında bir nəfər müştəri X3 taksi kimi fəaliyyət göstərdiyi avtomobilinə əyləşib “20 Yanvar” metrosu yaxınlığına gedəcəyini demişdir. Yol boyu həmin şəxs özünü polis əməkdaşı kimi təqdim edib DYP və digər Polis Şöbəsində problemi olduqda köməklik edə biləcəyini demişdir. Həmin şəxs nağd pulu olmadığını və kartına gediş haqqını göndərə biləcəyini demiş, Eltun da özünə məxsus kartı ona dedikdən sonra həmin şəxs gediş haqqından əlavə ona nağd pul verməsini, kartına pulu gediş haqqı ilə birlikdə göndərməsini xahiş etmişdir. Eltun da həmin şəxsə 80 manat pul vermiş, ümumilikdə 85 manat pulu kartına göndərdiyini deyib getsə də Eltun Ellazov evə gedib mobil telefonunda olan bank proqramına daxil olduqda 85 manat pulun köçürülmədiyini aşkar etmiş və bu barədə DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə zəng edib məlumat vermişdir. Aparılmış araşdırma nəticəsində Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə X3 80 manat pulunu dələduzluq edərək ələ keçirmişdir. Etdiyi hərəkətin səhv olduğunu anlayır və əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş zərəri ödədiyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs X7 izahatında bildirmişdir ki, o, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Nəsimi rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən inzibati xəta nəticəsində zərər çəkmiş şəxs X4 dəymiş maddi zərər ödənilmiş və onunla barışmışdır, zərər çəkmiş şəxs X1 Əsəd Mirzəağa oğlunun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanılmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 53-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar