Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-669/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhəri BPİ-nin X7 İdarəsinin 26 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ-nin X7 İdarəsinin 26 aprel 2021-ci il tarixli, EQ ******* saylı ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində elektron qərarın tərtib edildiyi tarixdə idarə etdiyi ** NC *** dövlət nömrə nişanlı avtomobili Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 86 ünvanında müvəqqəti saxladığı üçün X6 idarəsi əməkdaşları tərəfindən inzibatı Xətalar Məcəlləsinin 346.1-ci (dayanma və ya durma qaydalarını pozmağa görə) maddəsi əsas tutularaq barəsində protokol tərtib edilmiş və cərimə yazılmışdır. Bildirir ki, həmin ərazidə dayanma və ya durmanı qadağan edən nişan yoxdur. Həmin ərazidə 5.14 “Minik taksilərinin dayanacaq yeri' nişanı vardır ki, bu nişanın tələblərini pozmağa görə inzibati Xətalar Məcəlləsində cərimə məbləği nəzərdə tutulmamışdır. Elektron qərara (26.04.2021-ci il tarixli EQ 6261280) etirazını dəfələrlə yazılı surətdə bildirmiş olduğuna baxmayaraq, Bakı şəhəri X6 idarəsi tərəfindən əsaslandırmamış və heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X4” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələblərini pozmaqla hər bir protokol üzrə ayrılıqda olmaqla 32 manat məbləğində cərimə edilməyi ilə bağlı qərarlar çıxarılmışdır. Eyni zamanda bildirir ki, qeyd edilən elektron qərarın ləğv edilməsinə dair əvvəllər etdiyi müraciətlərlə bağlı bir neçə dəfə elektron poçt vasitəsilə qanunvericiliyə zidd və əsaslandırılmamış cavab məktubu göndərilmişdir. Belə ki, Bakı şəhər X6 idarəsinin əməkdaşı məsələ ilə əlaqəsi olmadığı halda “X4" Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsini rəhbər tutaraq sözügedən elektron qərarların doğru tərtib edildiyini cavab məktubunda bildirmişdir. Bildirir ki, Qanunun həmin maddəsinin qeyd edilən hissəsi ilə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verildiyi əks olunur. Barəsində tərtib edilən protokollar isə Şəmsi Bədəlbəyli 86 ünvanında yolun sol tərəfində dayanma və ya durmanın qadağan edilmədiyi yerdə tərtib edilmişdir. Göründüyü kimi barəsində tərtib edilmiş elektron qərar qanunvericiliyə zidd olaraq tərtib edilmişdir. Hörmətli məhkəmə, haqqında çıxarılan elektron qərar barədə yalnız öz təşəbbüsü ilə din.gov.az saytından məlumat almış və elektron qərarı özü şəxsi təşəbbüsü ilə əldə etmişdir. Haqqında çıxarılan elektron qərarın ona təqdim edilməsi barədə Bakı şəhər X6 idarəsinə dəfələrlə yazılı və şifahi müraciət etməyinə baxmayaraq həmin qərar ünvanına rəsmi olaraq göndərilməmişdir və ona təqdim edilməmişdir. Elektron qərara dair (26.04.2021-cı il tarixli EQ 6261280) dəfələrlə yazdığı etiraz məktubuna isə Bakı şəhəri X6 idarəsi tərəfindən əsaslandırılmamış və heç bir qanuni istinad göstərməyən cavablar verilmişdir, lakin elektron qərarın surəti ona təqdim edilməmişdir. Hazırda onun etirazı haqqında çıxarılan elektron qərarların hüquqi əsaslarının olmamasıdır, inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin 53.1.1-ci bəndinə əsasən inzibatı xəta hadisəsi olmadıqda və 53.1.2-ci bəndinə əsasən isə inzibatı xəta tərkibi olmadıqda, inzibati X3 üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən inzibatı X3 üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Haqqında çıxarılan elektron qərar barədə müddət buraxılmış hesab edilməsin, elektron qərar X6 idarəsi tərəfindən ona təqdim edilmədiyindən elektron qərarı özü şəxsi təşəbbüsü ilə dünən əldə etdiyini nəzərə alaraq, qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi, Bakı şəhər X6 idarəsi tərəfindən tərtib edilmiş 26.04.2021-ci il tarixli EQ ******* nömrəli elektron qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xilam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Ç.H.Rəhimov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Bakı şəhəri BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan 26 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında tənbeh vermə haqqında görünür ki, Ç.H.Rəhimov həmin tarixdə, saat 14:14-də Şəmsi Bədəlbəyli 86 ünvanında “Mercedes Benz GL 550” minik markalı, **-NC-*** nömrəli avtomobili ilə dayanma-durma qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ç.H.Rəhimov barəsində 26 aprel 2021-ci il tarixli, EQ ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Ç.H.Rəhimovun 26.04.2021-ci il tarixdə “Mercedes Benz GL 550” minik markalı, **-NC-*** nömrəli avtomobili ilə dayanma-durma qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Ç.H.Rəhimovun barəsində Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Ç.H.Rəhimovun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xəta hadisəsinin necə baş verməsinin səbəbləri düzgün araşdırılmamış, baş vermiş hadisə ilə bağlı Bakı şəhəri BPİ-nin X7 İdarəsi tərəfindən videogörüntüləri məhkəmə iclasına təqdim edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati X3ə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati X3 üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati X3 üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati X3ə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri BPİ-nin X7 İdarəsinin 26 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul ediləkən yuxarıda qeyd edilən kobud prosessual qanun pozuntularına yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri BPİnin X7 İdarəsinin 26 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhəri BPİ-nin DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhəri BPİ-nin X7 İdarəsinin 26 aprel 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-669/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-669/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver