Məhkəmə qərarları › İş №3(006)-6703/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-6703/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-6703/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallara baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin BŞİ-nin əmək müfəttişi X1 tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə protokol tərtib edilmişdir ona görə ki, X4 müraciəti əsasında AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən müəssisəyə sorğu məktubu göndərilərək 3-17-5/2-79603/2025 nömrəli xx.xx.2025-ci il tarixli sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb edilsə də, xx.xx.2025-ci il tarixinədək təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X7 yazılı vəsatət verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidmətinin əmək müfəttişi X1 tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair tərtib edilmiş 15 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş hazırda Nəsimi rayon məhkəməsinin icraatındadır. Hesab edirik ki, Filialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqınıda material baxılması üçün aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş vergi ödəyicisi barədə məlumatdan görünür ki, Filialın hüquqi ünvanı ünvan 1kı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Seyid Hüseyn 1 ünvanıdır. İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələlərini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Hesab edirik ki, Filialın ünvanı Yasamal Rayon Məhkəməsinin inzibati ərazi aidiyyətinə daxildir. Odur ki, hazırki işə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Həmçinin, nəzərə almaq lazımdır ki, işin hüquqi ünvan üzrə aidiyyətli orqanda baxılması Filialın müdafiə hüququnun daha effektiv həyata keçirilməsini, nümayəndənin icraatda iştirakını və digər prosessual hüquqlarının təminatını asanlaşdırır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,110,112 və 114-cü maddələrinin tələblərini nəzərə alaraq, vəsatət təmin edilməsini və Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş 15 oktyabr 2025-ci il tarixli, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş edirik. Məhkəmə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə toplanmış inzibati xəta haqqında materialları araşdıraraq, hüquqi şəxsin nümayəndəsini dinləyərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və inzibati xəta haqqında iş aidiyyətı üzrə baxılması üçün Bakı şəhər Yasamal rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Təqdim edilmiş materiallardan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanı ünvan 5talar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun Nəsimi rayon məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Yasamal rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə başlanlımış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Yasamal rayon məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar