Məhkəmə qərarları › İş №3(006)-6706/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6706/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6706/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-4741/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli qərarına əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə geri qaytarılmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən ünvan 1 ünvanında yerləşən binanın (inv:3146), xx.xx.2025-ci il tarixdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılmadan dam örtüyünün yenilənməsi nəticəsində xarici görünüşünün dəyişdirilməsi faktı aşkar edilmişdir. Bu səbəbdən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 5 və 25-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, ünvan 1 ünvanında yerləşən binanın xx.xx.2025-ci il tarixdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılmadan dam örtüyünün yenilənməsi nəticəsində xarici görünüşünün dəyişdirilməsi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş rəydə təklif edilən yamaclı dam konstruksiyasının abidənin mövcud olmuş yastı dam örtüyünə uyğun olmaması qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə1 hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmədiyini qeyd edərək, bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 11 saylı tarixi binanın tavanı tamamilə çökmüş, binada uçma təhlükəsi yaranmışdır. Tarixi bina bərbad vəziyyətdə olsa da, X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi onun qeydinə qalmamış, qorumamış, təmirbərpa işləri aparmamış, binanın çöküşünə şərait yaratmış, nəzarətsiz saxlamışdır. Məhkəməyə təqdim etdikləri layihələrdə olan fotoşəkillərdə tarixi binanın açınacaqlı vəziyyəti Bakı Regional İdarəsinin tarixə münasibətinin əksini tapır. Şəxs MMC olaraq bu təşəbbüsü üzərinə götürərək, şəxsi vəsaiti hesabına lisenziyası və icazəsi, bu sahədə təcrübəsi olan tanınmış və peşəkar şirkət vasitəsi ilə bərpa işlərini görmək qərarına gəlmişdir. Bərpa işlərinin görülməsinə 300000 manat məbləğində bank köçürmələri edilmişdir, tarixi binanın ilkinliyinin qorunması üçün layihəyə uyğun xüsusi materiallardan istifadə etməklə, binanın tikildiyi ildə olduğu vəziyyətə gətirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə edilmiş müraciətlərlə əlaqədar xx.xx.2024 tarixli, 3-24-1/2-02-270/2024 saylı cavabda qeyd edilmişdir ki, “MMC tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış layihəyə uyğun möhkəmləndirmə işlərinin müəllifin və Dövlət Xidmətinin mütəxəssislərinin nəzarəti altında aparılmasına və qabaqlayıcı tədbirlər görülməklə MMC-yə məxsus ərazidə tikinti işlərinin başlanılmasına etiraz edilmir.” X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin icazəsindən dərhal sonra, 2024-cü ilin mart ayında ünvan 2 ünvanında təmir-bərpa işlərinə başlanılmışdır. Yalnız 2025-ci ilin iyul ayında onlara məlum olmuşdur ki, xidmət onlar barəsində protokol tərtib etmiş, hətta mövqeləri də öyrənilməmişdir. Halbuki təmir və bərpa işləri X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin icazəsi və təsdiq etdiyi layihə əsasında aparımışdır, bu halda hər hansı bir məsuliyyətdən söhbət gedə bilməz. X1 Məcəlləsinin 38-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilmə müddəti keçmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış 11 mart 2024-cü il tarixli məktubunun surətindən görünür ki, MMC tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış layihəyə uyğun möhkəmləndirmə işlərinin müəllifin və Dövlət Xidmətinin mütəxəssislərinin nəzarəti altında aparılmasına və qabaqlayıcı tədbirlər görülməklə MMC-yə məxsus ərazidə tikinti işlərinin başlanılmasına etiraz edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı 12 sentyabr 2025-ci il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Əliyev 13 ünvanında yerləşən binanın (3431 inventar nömrəli) qeyd olunan sahəsində (5-ci mərtəbənin texniki pasportunda göstərilən otaqda) cari təmir işləri üçün hazırlanmış layihə sənədlərinin təsdiq edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət daxil olmuşdur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinə əsasən abidədə aparılacaq işlərin layihəsinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildiyini nəzərə alaraq, sözügedən layihəni və müvafiq sənədləri razılaşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ünvanladığı 22 sentyabr 2025-ci il tarixli məktub-rəyinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən binanın (3146 inventar nömrəli) yeni dam konstruksiyası hissəsində təmir işləri ilə bağlı təqdim olunmuş layihə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq abidələrinin qorunması və bərpa problemləri” şöbəsində müzakirə olunmuş və müsbət rəy verilməsi məqsədə uyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X2, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ünvanladığı 30 sentyabr 2025-ci il tarixli məktub-rəyinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən binanın (3146 inventar nömrəli) yeni dam konstruksiyası hissəsində təmir işləri ilə bağlı təqdim olunmuş layihə sənədlərinə münasibətdə təklif edilən yamaclı dam konstruksiyası abidənin tarixən mövcud olmuş yastı dam örtüyünə uyğun olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə məsuliyyət nəzərdə tutur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat abidələrin aşkar olunması, tədqiqi işini, aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının mühafizəsini təşkil edir, yeni tikinti zonalarında operativ tədqiqat işləri aparır, abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında iştirak edir, zəruri hallarda arxeoloji qazıntılar zamanı aşkar olunmuş daşınar maddi-mədəniyyət qalıqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında konservasiya və bərpa işləri görür, abidələrin təbliğini təşkil edir, onların qorunması, tədqiqi, bərpa və konservasiyası üçün metodik vəsaitlər hazırlayır, elmipraktiki məsləhətlər verir, abidələrin tədqiqi üçün beynəlxalq protokollar və sazişlər imzalayır və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir. Abidələrin üzərində aparılacaq işlərin layihəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir. Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir. Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravyuralara əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır. Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər. Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır. Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC tərəfindən ünvan 1 ünvanında yerləşən binanın (inv:3146), xx.xx.2025-ci il tarixdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq razılaşdırılmadan dam örtüyünün yenilənməsi nəticəsində xarici görünüşünün dəyişdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar