Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6709/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Bakı Dövlət Sirkinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Bakı Dövlət Sirkinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, 00100-03182/25 (EP 0254537) nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/024832 saylı xx.xx.2025-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı Dövlət Sirki (VÖEN: **********) tərəfindən müvəqqəti idxal olunan mallar **********9901 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmişdir. Müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilən malların öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitsə də həmin müddət ərzində malların digər gömrük proseduru altında rəsmiləşdirilməsinə dair idxalatçı tərəfindən heç bir tədbir görülməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı Dövlət Sirki (VÖEN: **********) tərəfindən "müvəqqəti idxal olunan və **********9901 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilən malların” müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı idxalatçı tərəfindən Bakı Baş Gömrük idarəsinə 31 07 2025-ci il tarixində müraciət olunmuşdur. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********9901 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2025-ci il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin xx.xx.2025-ci il tarixində bitməsinə baxmayaraq **********9901 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş Bakı Dövlət Sirki (VÖEN: **********) tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, **********9901 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsində qeyd malların müvəqqəti idxal müddəti xx.xx.2025-ci il tarixində bitsə də, həmin malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı Bakı Dövlət Sirki (VÖEN: **********) tərəfindən müvəqqəti idxal müddəti bitdikdən 26 (iyirmi altı) gün sonra, yəni 31,07.2025-ci il tarixdə Bakı Baş Gömrük idarəsinə müraciət göndərilmişdir. Nəticədə Bakı Dövlət Sirki tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış hüquqi şəxs Bakı Dövlət Sirkinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 3-cü şöbəsinin 3-33- 1100/012/024832 saylı xx.xx.2025-ci il tarixli raportundan görünür ki, "Bakı Dövlət Sirki" (VÖEN: **********) tərəfindən **********9901 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində qeyd olunmuş və müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş “10 baş sirk itləri (Sirk iti, cins: Samoyed, ləqəb: PRİNTS, doğum ili: xx.xx.2015, cinsi: kişi (it), rəng: ağ, mikroçip **********86635 - 1baş; Sirk iti, cins: Samoyed, ləqəb CİM, doğum ili: xx.xx.2012, cinsi: kişi (it), rəng: ağ, mikroçip **********73682 - 1baş; Sirk iti, cins: Crossbreed, ləqəb: Zara, doğum ili: xx.xx.2024, cinsi: dişi, rəng: ağ-qara, mikroçip **********44860 - 1baş; Sirk iti, cins: Mestizo, ləqəb: Çak, doğum ili: xx.xx.2024, cinsi: kişi (it), rəng: ağ-qara, mikroçip **********44829 - 1baş; Sirk iti, cins: Metis, ləqəb: Force, doğum ili: xx.xx.2024, cins: kişi (kişi), rəng: ağ ilə boz, mikroçip **********46113 - 1baş; Sirk iti, cins: Mestizo, ləqəb: Koks, doğum ili: xx/xx/2024, cinsi: kişi (it), rəng: ağ ilə bej, mikroçip **********46082 - 1baş; Sirk iti, cins: Mestizo, ləqəb: Bella, doğum ili: xx.xx.2024, cinsi: dişi, rəng: qırmızı ağ, mikroçip **********46106 - 1baş; Sirk iti, cins: Mestizo, ləqəb: Cek, doğum ili: xx/xx/2024, cins: kişi (kişi), rəng: ağ-qara, mikroçip **********46093 - 1 baş; Sirk iti, cins: Metis, ləqəb: İrma, doğum ili: xx.xx.2024, cinsi: dişi, rəng: üçrəngli, mikroçip **********46125 - 1baş; Sirk iti, cins: Crossbreed, ləqəb: Mila, doğum ili xx/xx/2024, cinsi: dişi, rəng: ağ-qara, mikroçip **********46098 - 1baş)” yükünün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin "Bakı Dövlət Sirki" tərəfindən yükün digər gömrük proseduru altında rəsmiləşməsinə dair tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 499.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə Bakı Dövlət Sirkinin təqsiri sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Bakı Dövlət Sirkinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Bakı Dövlət Sirki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Dövlət Sirki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-6709/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6709/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver