Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-672/2022 17.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 30 noyabr 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə daxil olmuş, və həmin Məhkəmənin 24 dekabr 2021-ci il tarixli, 3(006)-3989/2021 saylı qərarı ilə (Hakim E.M.Hüseynov) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə həmin qərardan 05 yanvar 2022-ci il tarixdə apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 3(103)-218/2022 saylı qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 3(006)-3989/2021 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(005)-3340/2018 saylı icra sənədi üzrə borclu Şəxs 11.622 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (Yusifovaya) ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru V.İ.Hüseynov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(005)-3340/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 29 oktyabr 2014-cü il təvəllüdlü X1 və 10 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs (Yusifovaya) verilməlidir. İcra sənədi üzrə icraata 07 dekabr 2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, borclunun daşınmaz əmlakının üzərinə həbs qoyulmasına dair Nəsimi Rayon Məhkəməsinə təqdimatlar verilmiş, həmin Məhkəmənin 16 oktyabr 2019-cu il və 09 yanvar 2020-ci il tarixli qərarı ilə Şəxs daşınmaz əmlakının üzərinə həbs qoyulmuş, daha sonra icra məmurunun 10 noyabr 2021-ci il tarixli qərarı ilə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin məhkəmənin 24 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığı nəticəsinə gəlinmiş və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra həmin qərardan Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Göründüyü kimi, 2018-ci ildən bəridir ki Şəxs aliment öhdəliyi vardır və bu müddət ərzində o, alimenti ödəməkdən mütəmadi olaraq yayınır. Nəticədə, Şəxs bugünədək ümumilikdə ödənilməmiş 8.846 manat aliment borcu yığılmışdır. Lakin Şəxs aliment borcunun ödənilməsi istiqamətində heç bir real addım atmır və yalnız məhkəməyə protokol verilərkən dərhal qismən ödənişlər edir. Digər tərəfdən, Zərərçəkmiş şəxs (Yusifova) da vəziyyəti olduqca ağırdır və maddi vəziyyəti olduqca acınacaqlıdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun icra sənədindən məlumatı vardır və barəsində Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 3(006)-3989/2021 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra 24 yanvar 2022-ci il tarixdə 100 manat, 27 yanvar 2022-ci il tarixdə 200 manat, 18 fevral 2022-ci il tarixdə 200 manat, 16 mart 2022-ci il tarixdə 200 manat və 17 mart 2022-ci il tarixdə 1000 manat (cəmi olaraq 1700 manat) ödəmiş və hazırda 8.846 manat aliment borcu qalmışdır. Qalan borcunu yalnız hissə-hissə ödəyə bilər. Hazırda onun borcunu tam ödəməyə imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(005)-3340/2018 saylı icra sənədindən görünür ki, Şəxs 29 oktyabr 2014-cü il təvəllüdlü T.Şəxs və 10 yanvar 2017-ci il təvəllüdlü A.Şəxs yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs (Yusifovaya) verilməlidir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin 07 dekabr 2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(005)-3340/2018 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ünvanladığı 07 dekabr 2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün sonuncuya xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmiş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Həmin bildiriş borclu tərəfindən 20.12.2018-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qərardadından görünür ki, borclu Şəxs mülkiyyətində olan “CHYSLER STRATUS” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs mülkiyyətində olan “CHYSLER STRATUS” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş həbs götürülmüş, borclu Şəxs mülkiyyətində olan “VAZ 21099” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı və “BMW 528” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan borclunun axtarışı haqqında 10 noyabr 2021-ci il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 24 yanvar 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 100 manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs (Yusifova) hesabına ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 27 yanvar 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 200 manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs (Yusifova) hesabına ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 200 manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs (Yusifova) hesabına ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 16 mart 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 200 manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs (Yusifova) hesabına ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş 17 mart 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 1.000 manat məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs (Yusifova) hesabına ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli, 2(005)-3340/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 29 oktyabr 2014-cü il təvəllüdlü T.Şəxs və 10 yanvar 2017-ci il təvəllüdlü A.Şəxs yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs (Yusifovaya) verilməlidir. İcra sənədi üzrə icraata 07 dekabr 2018-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmışdır. Bundan başqa, borclunun daşınmaz əmlakının üzərinə həbs qoyulmasına dair Nəsimi Rayon Məhkəməsinə təqdimatlar verilmiş, həmin Məhkəmənin 16 oktyabr 2019-cu il və 09 yanvar 2020-ci il tarixli qərarı ilə Şəxs daşınmaz əmlakının üzərinə həbs qoyulmuş, daha sonra icra məmurunun 10 noyabr 2021-ci il tarixli qərarı ilə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin məhkəmənin 24 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs əməlində inzibati xəta tərkibi olmadığı nəticəsinə gəlinmiş və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra həmin qərardan Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş və Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir Həmçinin müəyyən edilmişdir ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs (Yusifova) qarşı aliment öhdəliyi 2018-ci ildən bəridir ki davam edir. Bu müddət ərzində borclu Şəxs aliment ödəməkdən mütəmadi olaraq yayınması nəticəsində ümumilikdə ödənilməmiş 8846 manat aliment borcu yığılmışdır. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Nəsimi Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verildikdən sonra sonuncu dekabr-fevral ayları üzrə qətnaməyə əsasən 924 manat aliment pulu ödəməli olduğu halda, 24 yanvar 2022-ci il tarixdə 100 manat, 27 yanvar 2022-ci il tarixdə 200 manat və 18 fevral 2022-ci il tarixdə 200 manat cəmi olaraq 500 manat ödəmiş və iş məhkəmədə yenidən baxışa təyin olunduqdan sonra 16 mart 2022-ci il tarixdə 200 manat və 17 mart 2022-ci il tarixdə 1000 manat (cəmi olaraq 1700 manat) məbləğində pul ödəmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Şəxs 24 dekabr 2021-ci il tarixdə 2000 manat və 17 mart 2022-ci il tarixdə 1000 manat məhkəmə iclasları dövründə borcundan ödəməsi məhs onun ödəmə imkanının olmasını təsdiqləyir. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı borclu Şəxs mütəmadi olaraq alimenti ödəməkdən boyun qaçırması, bunun nəticəsi olaraq xeyli miqdarda aliment borcunun yığılması, buna baxmayaraq, həmin borcun ödənilməsi istiqamətində heç bir addım atmaması onun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 17 mart 2022-ci il tarixdən, saat 09:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 mart 2022-ci il tarixdən, saat 09:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Nəsimi Rayon İcra Şöbəsinə və Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-672/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-672/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver