Məhkəmə qərarları › İş №3(006)-673/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-673/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-673/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: ünvan 1 m.20, qanuni təmsilçisi: X6, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən X10 Bakı şəhəri, Nəsimi rayonu, Fizüli küçəsi, 49 saylı ünvanda yerləşən “Fizuli Residence” kompleksinin üçüncü mərtəbəsində 2019-cu ilin oktyabr ayından dekabr ayının 30-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(006)-673/2020 saylı qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(103)-1222/2020 saylı qərarına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(006)-673/2020 saylı qərarı ləğv edilmiş, inzibati işə yenidən baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışında Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, xidmət mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.Vətəndaş X10 Xidmətə ərizə ilə müraciət edərək, işəgötürən Şəxs MMC tərəfindən əmək hüquqlarının kobud şəkildə pozulduğunu, 2 ay 10 gün müddətində işə cəlb edildiyi halda, aldadılaraq əmək müqaviləsinin bağlanılmaması, işlədiyi müddətə görə əmək haqqının verilməməsi və heç bir əsas olmadan işdən azad edildiyini bildirmişdir. Qeyd olunanlara əssasən Xidmət tərəfindən araşdırma başlanılmış, araşdırma zamanı inzibati xətanın törədilməsi ilə bağlı kifayət qədər əsaslar olması nəzərə alınıb, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs MMC barəsində qanunamüvafiq qaydada protokol tərtib edilərək, həmin Məcəlləsinin 18.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir.Lakin, ilk məhkəmə baxışı zamanı iş üçün mühüm əhəmiyyət kəbs edən faktiki hallar düzgün araşdırılmadan və sübütlar düzgün qiymətləndirilmədən inzibati xətanı törətməkdə təqsirli olan Şəxs MMC barəsində inzibati icraata xitam verilmişdir. Tərəflərindən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(006)-673/2020 saylı qərarından apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)- 1222/2020 qərarına əsasən şikayət qismən təmin edilərək, qərar ləğv edilib yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mövqeyi bu olmuşdur ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır.Halhazırda məhkəmədən İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən faktiki məlumatlar olan zərəçəkmiş şəxsin izahatları, inzibati xəta haqqında protokol və iş materiallarına əlavə olunmuş fotoşəkillərin inzibati xəta haqqında iş üzrə sübütlar kimi qiymətləndirilərək, inzibati xətalar qanunvericiliyinin ədalətliliyin qorunması, digərlərinin qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunması vəzifələrinə və başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması kimi məqsəd və vəzifələrini rəhbər tutub, Nihadə Həsənovanın əmək hüquqlarını kobud şəkildə pozan və törətdiyi qanunsuz əməlləri gizlədərək, məsuliyyətdən yayınmağa çalışan Şəxs MMC tərəfindən inzibati xəta törədilməsinin müəyyən edilməsini və barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edirik.Müddətin keçməsi ilə bağlı bildirmək istəyirik ki, Konstitutsiya Məhkəməsinin İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati tənbehin tətbiq edilməsi üçün müəyyən edilmiş üç ay müddət prosessual qənaət prinsipinə əsaslanır və məhkəmə proseslərinin əsassız uzadılmasının qarşısının alınması məqsədi daşıyır.Hesab edirik ki, vətəndaş Nihadə Həsənovanın konstitutsion hüquqularından irəli gələn əmək hüquqlarının, qanunla qrounan mənafelərinin pozulması və inzibati xəta törətmiş Şəxs MMC-nin məsuliyyətə cəl edilməməsi insan və vətəndaş hüquq və azadlıqları, qanunçuluq və ədalətlilik prinsiplərinə, habelə İnzibati Xətalar Məcəlləsinin məqsəd və vəziflərinə ziddir. Odur ki, məhkəmədən inzibati xəta törətmiş Şəxs MMC-nin məsuliyyətdən boyun qaçırması nəticəsində ötürülmüş müddətə baxmayaraq, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edirlər. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, Şəxsn inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilsə də, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan X10 tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış, xx.xx.2020-ci il tarixli, 39/Ə nömrə ilə qeydiyyata alınmış ərizədə qeyd olunur ki, o, oktyabr ayından “Orion Corporation” adlı dərman şirkətinə işə dəvət olunmuş, orada 02 ay 14 gün tibbi nümayəndə kimi çalışmışdır. 5 günlük işdən sonra əmək müqaviləsi imzalamağı tələb etsə də, ona aldadıcı və yalan vəd və məlumatlar verilmiş, guya sənədlərinin Ukraynaya gedib oradan təsdiq olunmasını gözləyirlər. “Orion Corporation” şirkətinin rəhbəri Rumiyyə Kərimovadır, hər gün hesabatları ona göndərirdi. Şirkət Nəsimi rayonu, Fizüli küçəsi, 49 saylı ünvanda yerləşən “Fizuli Residence” kompleksinin üçüncü mərtəbəsində faliyyət göstərir. İş materiallarında olan X8 Nihadə Abbas qızı tərəfindən verilmiş izahatdan və onun tərəfindən təqdim edilmiş foto şəkillərdən görünür ki, o, işlədiyi dövrdə MMC-nin rəhbərliyi və işçiləri ilə birlikdə konfrans sonrası restoranda yemək zamanı kollektiv fotoşəkli çəkdirmişlər, o, Şəxs MMC-nin direktoru X2 işçisi olmuşdur və işəgötürən N.Həsənovanı əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən X10 Bakı şəhəri, Nəsimi rayonu, Fizüli küçəsi, 49 saylı ünvanda yerləşən “Fizuli Residence” kompleksinin üçüncü mərtəbəsində 2019-cu ilin oktyabr ayından dekabr ayının 30-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək müfəttişi X13 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, X10 tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış, xx.xx.2020-ci il tarixli ərizədən, izahatdan, fotoşəkildən və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, lakin hazırda həmin tarixdən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar