Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-673/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu X1 tərtib etmiş şəxs: Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1996-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, Ağsu şəhəri, S.Rzayev küçəsi, ev 5-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 22.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 30.01.2022-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsi, 40 saylı evin birinci mərtəbəsində yerləşən mənzil 32-nin zirzəmisində quraşdırılmış 300 manat dəyərində dəmir qapını oğurlamışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru X2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 30.01.2022-ci il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsi, 40 saylı evin birinci mərtəbəsində yerləşən mənzil 32-nin zirzəmisində quraşdırılmış 300 manat dəyərində dəmir qapı oğurlamışdır. Əməldə cinayət tərkibi olmadığından 09.02.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, daha sonra xətanı törədən şəxs Şəxs müəyyən edilmişdir. Qeyd edir ki, Şəxs əvvəllər Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilmiş və hazırki işlə bağlı o, ötən günü başqa bir mənzilə açarseçmə üsulu ilə daxil olmaq istəyərkən saxlanılmışdır. Şəxs Bakı şəhərində daimi yaşayış yeri yoxdur, müxtəlif yerlərdə, o cümlədən binaların zirzəmilərində qalır. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsi, 40 saylı evin birinci mərtəbəsində yerləşən mənzil 32-də yaşayır. Mənzilin altında yerləşən zirzəmi onun istifadəsindədir. 30.01.2022-ci il tarixdə, gecə saat 05 radələrində zirzəminin qapısının kimsə tərəfindən təpiklə vurulduğunu eşitmiş, lakin qorxduğundan bayıra çıxıb səs salmamışdır. Səhər açılanda görmüşdür ki, 300 manat dəyərində olan zirzəminin qapısı oğurlanıb. Ona vurulmuş zərər ödənilməmiş, Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, onun Bakı şəhərində daimi yaşayış yeri yoxdur, bu səbəbdən müxtəlif ünvanlarda gecələyir. Daimi iş yeri olmadığı üçün oğurluq edir. 30.01.2022-ci il tarixdə, saat 05 radələrində metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən beş mərtəbəli yaşayış binasının zirzəmisinin giriş qapısını sökərək oğurlamış və küçədə dəmir yığan tanımadığı şəxslərə 10 manata satmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə məsuliyyət müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini səciyələndirən halları, əmlak vəziyyətini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21.02.2022-ci il tarixdə, saat 20:50-də tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 21.02.2022-ci il tarixdən, saat 20:50-dən hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-673/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-673/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver