Məhkəmə qərarları › İş №3(006)-673/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-673/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-673/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 yanvar 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3709/2020 saylı qərarına əsasən Şəxs 15.000 (on beş min) ABŞ dolları, 17.000 (on yeddi min) və 25 manat tutularaq S.Ə.Məmmədovaya ödənilməlidir. İcra sənədi üzrə bugünədək cəmi 7.250 manat ödəniş olunmuş qalıq borc 35.275 manat təşkil edir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru A.T.Hümbətov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 3706/2020 saylı icra vərəqəsinə əsasən 17.000 manat və 15.000 ABŞ dolları məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı S.Ə.Məmmədovaya ödənilməli, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 25 manatı Şəxs alınaraq S.Ə.Məmmədovaya ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, sonuncuya xəbərdarlıqlar edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lakin bugünədək borclu Şəxs ödənilməmiş 35.275 manat borcu ödənilməmiş qalmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru A.T.Hümbətov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbkar S.Ə.Məmmədova borcum tam ödənilməsində maraqlıdır. Borclu yaranmış borcunu tam ödəməsə də, hər ay vaxtlı-vaxtında 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 7.250 (yeddi min iki yüz əlli) manat məbləğində ödəniş etmişdir. Borclu, icra şöbəsinə çağırıldıqda vaxtlı-vaxtında gəlir və çağırışlardan yayınmır və barəsində indiyənədək icra şöbəsinə məcburi gətirmə və axtarış qərarları çıxarılmamışdır. Həmçinin, snuncunun adına hər hansı daşınar və daşınmaz əmlak yoxdur. Həmçinin, borcunu tam ödəyəcəyinə dair söz verir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra sənədindən məlumatı var. Onun borcunu tam ödəməyə imkanı yoxdur, buna görə də hissə-hissə ödənişlər edir və bugünədək 7.250 (yeddi min iki yüz əlli) məbləğində pul ödəmişdir. Hal-hazırda qalan 35.275 manatı tam ödəməyə imkanı çatmır, borcunu hissə-hissə ödəməyə söz verir. Göstərilənləri, maddi imkanının aşağı olmasını, adına hər hansı daşınar və ya daşınmaz əşyanın olmamasını, bugünədək hər ay mütəmadi şəkildə hissə-hissə ödənişlər etməsini və icra məmurunun çağırışlarına vaxtlı vaxtında gəlməsini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar S.Ə.Məmmədova öz izahatında göstərmişdir ki, hal-hazırda borcludan şikayətçidir və borcun tam şəkildə ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3709/2020 saylı icra vərəqəsindən görünür ki, 17.000 manat və 15.000 ABŞ dolları məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı S.Ə.Məmmədovaya ödənilməli, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 25 manatı Şəxs alınaraq S.Ə.Məmmədovaya ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3709/2020 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, borclu Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və borclu həmin bildirişi qəbul etmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin borclu Şəxs ünvanladığı 06.05 və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə cinayət məsuliyyəti yarandığı bildirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar S.Ə.Məmmədovaya həmin tarixdə 5.250 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar S.Ə.Məmmədovaya həmin tarixdə 1.000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar S.Ə.Məmmədovaya həmin tarixdə 1.000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar S.Ə.Məmmədovanın hesabına həmin tarixdə 251 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar S.Ə.Məmmədovanın hesabına həmin tarixdə 251 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar S.Ə.Məmmədovanın hesabına həmin tarixdə 252 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar S.Ə.Məmmədovanın hesabına həmin tarixdə 251 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs tərəfindən tələbkar S.Ə.Məmmədovanın hesabına həmin tarixdə 251 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3706/2020 saylı icra vərəqəsinə əsasən 17.000 manat və 15.000 ABŞ dolları məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçı S.Ə.Məmmədovaya ödənilməli, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 25 manatı Şəxs alınaraq S.Ə.Məmmədovaya ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, sonuncuya xəbərdarlıqlar edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lakin bugünədək borclu Şəxs ödənilməmiş borcu qaldığından xx.xx.2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə iclasında Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru A.T.Hümbətovun, borclunun izahatından və qəbzlərin surətindən müəyyən olunmuşdur ki, borclu Şəxs tərəfindən bugünədək 7.250 manat pul tələbkara hissə-hissə ödənilmişdir. Həmçinin borclu borcu hissə-hissə ödəyəcəyinə davam edəcəyini bildirir. Bu fakt məhkəmə iclasında iştirak edən bütün proses iştirakçıları tərəfindən də təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə borclu Şəxs tərəfindən borcunun hissə-hissə ödənilməsinə dair söz verdiyindən həmin icra sənədinin sonuncusu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs P.M.Əliyevanın əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar