Məhkəmə qərarları › İş №3(006)-674/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-674/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-674/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi T.V.Nəbiyev ərizəsini onunla əsaslandırmışdır ki, 27 iyul 2022-ci il tarixdə Tbilisi prospektində ona məxsus “Toyota” markalı avtomobil ilə hərəkət edərkən saat 20:24 radələrində YPX onu saxlamış və Bakı şəhəri DYPİ-nin inspektoru polis serjantı X4 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda “X6” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci bəndinin tələblərinin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə məsuliyyət qeyd edilmişdir. İnspektor tərəfindən qayda pozuntusu sübuta yetirilə bilmədiyinə və Qanunun 60-cı maddəsinin 4-cü bəndində göstərilən hal (Svetoforun sarı işığı yandıqda və ya nizamtayıcı qolunu yuxarı qaldırdıqda nəqliyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir) olduqda bu maddənin digər bəndlərini qüvvədən saldığını bildirməsinə baxmayaraq inspektor maddəni əsassız saymış və protokolu tərtib etmişdir. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 27 iyul 2022ci ildə BPİ-nin DYPİ-də öz fərziyyələrini hakim tutaraq bir tərəfli qaydada baxılmış, əsaslandırmama heç bir qanuni istinad göstərmədən, öz versiyalarını irəli sürmüş, qərar tərtib edilmişdir. Qərardan məhkəməyə şikayət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(006)-3803/2022 saylı qəranna əsasən BDYPİ-nin qəbul etdiyi inzibatı tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhəri X10 İdarəsinə geri qaytarılmışdır. Lakin BDYPİ tərəfindən yenidən barəsində xx.xx.2022-ci il tarixində TP ******* saylı İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı heç bir sübut və əsas olmasan inzibati tənbeh vermə haqqında təkrar qərar çıxarılmışdır. Bundan başqa, onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. İXM-nin 25.1-ci maddəsinə əsasan inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Həmin qərar ona rəsmi qaydada xx.xx.2022-ci il tarixində təqdim olunmuşdur. Göstərilənlərə əsasən, 27 iyul 2022-ci il tarixli, İXP ******* saylı protokola Bakı şəhəri BPİ DYPİ tərəfindən çıxanlmış xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərann ləğv edilməsi və inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi T.V.Nəbiyev şikayət ərizəsinin məzmununa uyğun çıxış etmiş və bildirmişdir ki, o, Tbilisi prospektində “Toyota Prius (Hibrid)” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sveteforun yaşıl işığından sonra sarı işığı yanıb-sönərkən və o, həmin vaxt yolu keçmişdir. Sveteforun sarı işığında keçməyinin səbəbi əyləci həmin an sıxa bilməməsi olmuşdur. “X6” Azərbaycan Respublikasının 60-cı maddəsinə əsasən saxlama ehtimalı olmadığından yolu keçmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, T.V.Nəbiyev xx.xx.2022-ci il tarixdə, saat 20:18-də sveteforun sarı işığı yanmasına baxmayaraq “Toyota Prius (Hibrid)” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına, DVD diskindəki videogörüntüyə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 27 iyul 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, T.V.Nəbiyev həmin tarixdə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirmiş və buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, T.V.Nəbiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, şikayət qismən təmin edilmiş və Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 08 avqust 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi E.M.Qanbayev tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, 27 iyul 2022ci il tarixdə, saat 18:55-də “Toyota Prius (Hibrid)” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü sveteforun sarı işığı yanıb-sönməsinə baxmayaraq hərəkətini davam etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, T.V.Nəbiyev 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Tbilisi prospektində idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilə svetoforun yaşıl işığından sonra sarı işığı yanıb-sönərkən keçmiş, bu hal Yol Patrul Xidmətinin əməkdaşlarının xidməti avtomobilinə quraşdırılmış “i-patrul” sistemi vasitəsilə aşkar edilərək qeydə alınmışdır. Bu səbəbdən də, T.V.Nəbiyevin barəsində 27 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul edilmiş 17 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş DVD diskindəki videogörüntüyə əsasən isə müəyyən edilmişdir ki, T.V.Nəbiyev idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-TY- *** dövlət qeydiyyat nişanlı avtomobillə şikayətdə iddia edildiyi kimi svetoforun yaşıl işığında deyil, məhz sarı işığı yanıb-sönərkən keçmişdir. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi T.V.Nəbiyevin 27 iyul 2022-ci il tarixdə “Toyota Prius (Hibrid)” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan T.V.Nəbiyevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar