Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6741/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati icraat aparılan hüquq şəxs Şəxs ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X6 Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-in 339.1-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda qeyd olunmuşdur ki, Şəxs ASC-nin istifadəsində olan “VOLKSWAGEN PASSAT” minik markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı atomobilin sahibi və ya sürücüsü tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə müqaviləsi əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquq şəxs Şəxs ASC-nin nümayəndəsi X2 etiraz təqdim edərərək, həmçinin etiraza uyğun izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan İnvestisiya Holdinqin idarəetməsinə verilmiş Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi Şəxs Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı X4 QSC) barəsində Nəsimi RPİ DYPŞ tərəfindən tamamilə qanunsuz və əsassız olaraq inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2025-ci il tarixli Protokol tərtib edilmiş və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, əvvəlki adı “X4” QSC olan Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan “Volkswagen Passat” minik markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən fiziki şəxs barəsində Nəsimi RPİ DYPŞ tərəfindən məlumat verilməsi tələb edilməsinə baxmayaraq Şəxs QSC tərəfindən Qanunvericilikdə nəzərdə tutulan 5 iş günü müddətində cavab verilməmişdir. Bu səbəbdən də Şəxs QSC barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, inzibati protokolu əsassız tərtib etmiş qurum tərəfindən qeyd edilən məlumatlarla bağlı Şəxs QSC-ə daxil olmuş bütün məlumatlar Qanunla nəzərdə tutulan 5 iş günü müddətindən də tez cavablandırılaraq xüsusi fəaliyyət göstərən poçt kuryer xidmətindən istifadə edilməklə cavablandırılmışdır. İnzibati protokol tərtib edilməsi üçün əsas kimi göstərilən yuxarıda qeyd edilən avtomobillə bağlı Şəxs QSC-ə heç bir müraciət daxil olmamışdır. Bunu təsdiq edən hər hansısa sənəd-sübut inzibati Protokolu məhkəməyə təqdim etmiş qurum tərəfindən də ərizəyə əlavə edilməmişdir. İş materiallarında sorğunun göndərilmə və çatdırılma qəbzləri, eləcə də digər təsdiqedici sənədlər yoxdur. Nəsimi RPİ DYPŞ tərəfindən əsassız tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tənbeh edilməsi göstərilsə də inzibati tənbeh verilməsi üçün əsas göstərilən hal heç də mövcud deyil. Çatdırılma və ya sorgu ünvanlanan şəxs tərəfindən sorğunun qəbul edilməsi ilə bağlı qəbz olmadığı halda xx.xx.2025-ci il tarixdə inzibati xəta hadisəsi törətməsi qeyd edilən avtonəqliyyat vasitəsi ilə bağlı hadisə törədilməmişdən 3 il əvvəldən hazıradək qeyd edilən ** AD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin qanunsuz istismar edildiyi bildirilərək avtonəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi və s. xahiş edilir. Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi tərəfindən Şəxs QSC-ə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-13-16/2-5941/2024 saylı məktubla müraciətimizin icra edilərək tədbir görülməsi üçün Bakı şəhər BPİ DYPİ-ə göndərilməsi əks edilmişdir. (təsdiqedici sənəd əlavə edilir) Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin rəisi R.Piriyev tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli, 7/2-6065 saylı, xx.xx.2025-ci il tarixli, 44-7/2-41961 saylı, xx.xx.2025-ci il tarixli, 3-1316/2-162699/25 saylı və digər cavab məktublarında bildirilir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətindəki dövlət büdcəsinin vəsaiti hesabına alınmış “VOLKSWAGEN PASSAT” minik markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi saxlanılması vacib olan nəqliyyat vasitələrinin siyahısına daxil edilərək qısa müddətdə tapılması istiqamətində Bakı şəhər BPİ DYPİ-nin şəxsi heyəti təlimatlandırılmışdır. Bundan sonra Bakı şəhəri DYP-nin şəxsi heyətinin tam məlumatlı olduğu halda DYP əməkdaşlarının Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə körpüsü, Yasamal RPİ-nin qarşısı, Xutor Dairəsi ünvanında 28 avqust 2025-ci il tarixdə inzibati xəta törətmiş avtonəqliyyat vasitəsini saxlamamsı və müvafiq tədbir görməməsi həqiqətən də təəccüb və təəssüf hissi doğurur??? Heç bir inzibati xəta hadisəsi olmadığı halda Şəxs QSC barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməsi DYP-nin qərəzli münasibətinə bariz nümunədir (Qeyd edilən hüquqazidd hərəkət barəsində vəzifəli şəxsin hərəkətindən aidiyyatı üzrə yuxarı DİN orqanına Beynəlxalq Lizinq QSC tərəfindən şikayət hazırlanır) İnzibati xəta haqqında protokol ümumiyyətlə düzgün tərtib edilməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs QSC-nin reyestr məlumatları (qanuni təmsilçisi) və s. protokolda qeyd edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokolun QSC nümayəndəsi tərəfindən qəbul edilməsi ilə bağlı poçt göndərişinin verilməsi və çatdırılması haqqında xəbərnamə iş materiallarına əlavə edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi dəvət edilərək, inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə, protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə, əsassız olaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokolun məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Həmçinin, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış və ya belə qeydiyyatın aparılmamamasının səbəbləri göstərilməmişdir. İnzibati xəta haqqında protokol nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə şəxsən təqdim edilmiş, nə də ki, həmin hüquqi şəxsin ünvanına göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi şəxsin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Bütün bunlar isə ona dəlalət edir ki, əsassız tərtib edilmiş Protokol vəzifəli şəxsin öz fərziyyələri əsasında tərtib edilib. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, qeyd edilən Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Qanunun birmənalı tələbindən də görünür ki, inzibati xəta hansı əməllər hesab edilməlidir. Vəzifəli şəxsin öz fərziyyələri əsasında inzibati xəta haqqında protokolu tərtib etməsini mövcud Qanunvericilik də birmənalı olaraq rədd edir. Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinin tələbindən məlum olur ki, (Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar) əməldə inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Yuxarıda qeyd edilənlərə əsaslanaraq Nəsimi rayon məhkəməsinin icraatında olan 3(006)-6741/2025 saylı iş üzrə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (əvvəlki adı X4 QSC) barəsində tamamilə qanunsuz və əsassız olaraq başlanılmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə və ya əlavə sübutlarla təsdiq edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilən Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi olan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin xüsusi müikiyyətindəki dövlət büdcəsinin vəsaiti hesabına alınmış “VOLKSWAGEN PASSAT” minik markalı, 2012-ci il buraxılışlı, ağ rəngli, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən 2025-ci il tarixdə (xx.xx.2025-xx.xx.2025-ci il tarixlər aralığında) inzibati xəta törədilmişdirsə bu barədə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, «Volkswagen» markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasına köməklik göstərilməsi barədə müxtəlif dövlət orqanlarına ünvanladığınız müraciətə baxılmışdır. Bildirilmişdir ki, Baş DYP İdarəsinin müşahidə kameralarının yaddaş məlumatlarma baxış zamanı qeyd olunan avtomobilin idarə olunması halları müşahidə olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hüquqi və fiziki şəxslər arasında yaranmış mülki mübahisələrlə əlaqədar nəqliyyat vasitələrinin axtarışı (həbs) və ya saxlanılmasının məhkəmə orqanlarının müvafiq qəran (qərardadı) əsasmda həyata keçirilməsi nəzərə alınaraq, toxunulan məsələnin müsbət həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, «Volkswagen» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə Bakı Şəhər BPİ DYPİ-nin şəxsi heyəti təlimatlandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 01.012025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “VOLKSWAGEN” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi zamanı yol hərəkəti qayda pozuntularına yol verilməsinə görə Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin mərkəzi informasiya sistemində məlumatlar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunan Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün şəxs tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilmədən idarə edilməli və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirilməməli, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl edilməməli və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydaları pozulmalıdır. Hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün hər hansı əsas mövcud deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “VOLKSWAGEN PASSAT” minik markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı atomobil hazırda axtarışdadır. Bundan başqa Şəxs ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə və Bakı şəhəri Baş X5 İdarəsinə dəfələrlə müraciət olunaraq “VOLKSWAGEN PASSAT” minik markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı atomobilin tapılaraq Şəxs ASC-yə təhvil verilməsi, həmçinin qeyd olunan avtomobil ilə hər hansı inzibati xəta törədibilib-törədilməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-6741/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6741/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver