Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6836/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 8:36 radələrində ona məxsus olan “Changan Qiyuan Q05 Plug-in hibrid” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində hərəkətdə olarkən DYP əməkdaşı onu saxlamış, qayda pozuntusuna yol verdiyini bildirərək barəsində 327.1 və 327.2-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar İXP ******* saylı protokol tərtib etmişdir. O polis əməkdaşına qanunsuz protokol tərtib etdiyinə görə qəti şəkildə öz etirazımı bildirsə də, yenə də qərəzli şəkildə onun barəsində İXM-nin hər iki maddəsi üzrə qərarlı protokol tərtib etmiş və həmin protokol əsasında inzibati təhbeh vermə qərarı qəbul etmişdir. Nəzərə çatdırır ki, polis əməkdaşı Yol hərəkəti haqqında Qanunun yol ayrıcı keçmə qaydasının tələblərini pozduğumu və yol nişanlarının tələblərinə riayət etmədiyimi iddia etmişdir. O isə öz növbəsində iddia edilən qayda pozuntusu ilə razılaşmadığını bildirmişdir. Belə ki, o orada heç bir hərəkət nişanının tələblərini pozmamışdır. Məsələ ilə bağlı e-polis mobil tətbiqi vasitəsilə DİN BDYPİ-nə məlumat vermiş, müraciətinə baxılıb hələ də cavab verilməmişdir. Qərar ona rəsmi göndərilmədiyi üçün özü Bakı şəhəri Baş Yol Polisi İdarəsinə yaxınlaşaraq qərarı əldə etmişdir. Həmçinin, idarədə olarkən polis əməkdaşının qərarı təsdiq edərkən araşdırmadan, görüntülərə baxmadan təsdiq etdiyinin şahidi olmuşdur. Bildirir ki, baş vermiş hadisədə yol polisi əməkdaşı heç bir faktiki, əsaslı sübut olmadan qərəzli şəkildə İXM haqqında protokol tərtib etmişdir. Qeyd olunan İXM haqqında protokol qeyri qanunidir, onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Hesab edir ki protokol qanunsuzdur, belə ki, İXM-nin 8-ci maddəsinə əsasən subut etmə vəzifəsi tərtib etmiş orqanin vəzifəsi olduğundan polis əməkdaşına qayda pozuntusunun ona sübut edilməsi və izah edilməsini xahiş etsə də, polis əməkdaşı protokol tərtib etmiş subutu isə idarədə olacağını bildirmişdir. Əlavə olaraq bildirir ki, inzibati tənbeh etmə haqqında qərar ona xx.xx.2025-ci il tarixdə çatmışdır. Hesab edir ki, göstərilən inzibati xəta barədə iş üzrə qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin və Yol Patrul Xidməti haqqında təlimatın 13.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Belə ki, bunun üçün isə protokolu tərtib etmiş DYP əməkdaşının istifadə etdiyi patrul avtomobilində qayda pozuntusunun qeydə alındığı video kameranın materiallarına baxmaq lazımdır. Ümumiyyətlə, İXM-in 8.2-ci maddəsinə əsasən aydın olur ki, inzibati xətanın törədilmiş olmasını və həmin xətanın məhz bu sürücü tərəfindən törədildiyini sübut etmək DYP əməkdaşının vəzifəsidir. Ona görə də DYP əməkdaşının tərtib etdiyi protokol və ona əlavə olan digər materiallar (əgər varsa) əsasında qayda pozuntusu və bu pozuntuda sürücünün təqsirini sübut etmək mümkün deyildirsə, iş üzrə icraata xitam verilməlidir, hətta qayda pozuntusunun törədilmiş olmasına şübhələr olarsa, həmin şübhələr də sürücünün xeyrinə həll edilməlidir (İXM-in 8.3-cü maddəsi), yəni sürücünün təqsiri və müvafiq xətanı törətmiş olması aydın və əsaslandırılmış şəkildə sübut edildikdə, inzibati tənbeh (o cümlədən cərimə) tətbiqi barədə qərar çıxardılmalıdır. Qununvericiliyin sadalanan tələblərindən göründüyü kimi, Baş Dövlət Yol Polisi İdarəsi yuxarıda qeyd olunan İXM-nin 8-ci maddəsinin tələblərini pozmaqla idarə etdiyi və ona məxsus “Changan Qiyuan Q05 Plug-in hibrid” markalı, **-FD-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobil üzrə tərtib edilmiş İXP ******* saylı protokol üzrə ona hər hansı sübut təqdim etmədən barəsində xx.xx.2025-ci il tarixində inzibati xəta haqqında iş üzrə qanunsuz TP ******* saylı qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.3 və 135.1.6-cı maddələrində hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslarıdır. Eyni zamanda AR MPM-nin 77.2-ci maddəsinə əsasən “Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. AR İXM-nin 129.1.3-cü maddəsində göstərilir ki, “səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;” Həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq, inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 129.5-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, barəsində çıxarılmış TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Kamran Bağırov şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 08:36-da Bakı şəhəri, Süleyman Rüstəm küçəsində “Changan Qiyuan Q05 Plug-in hibrid” minik markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının keçmə qaydalarını pozmuş və yol nişanlarının tələblərinə riayət etməmişdir. Bu səbəbdən də, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş hadisənin video görüntülərini özündə əks etdirən diskə baxış zamanı inzibati tənbeh vermə haqqında qərardan qeyd olunanlar bir daha təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ-cü hissəsinin 1.18-ci bəndinə əsasən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Həmin Qanunun 83-cü maddəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 41-ci bəndinin tələbinə görə yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edəbiləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 75-ci maddəsinin İİ hisssinin tələbinə görə əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar elektron qərarda göstərilir (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın qanunsuz olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-6836/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6836/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver