Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-684/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Fövqəladə Hallar tərtib etmiş: Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nümayəndəsi X3 Barəsində icraat aparılan hüquqi Şəxs MMC-nin nümayəndəsi şəxs: Vəkil iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi, ev 10, mənzil 11; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən «Spero Hospital» klinikasında xx.xx.2022ci il tarixdə keçirilmiş radiasiya təhlükəsizliyi yoxlaması zamanı ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət üçün xüsusi icazənin olmadığı aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli, Q-22/176 saylı yoxlama tədbirinin həyata keçirilməsi barədə qərara əsasən Şəxs MMC-də planlı yoxlama keçirilmiş və xx.xx.2022-ci il tarixl, P-22/176 saylı yoxlama aktı tərtib edilmişdir. Yoxlama zamanı Şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən «Spero Hospital» klinikasında ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazənin müddətinin bitdiyi aşkar edilmişdir. Belə ki, müəssisə 2017-ci il tarixdə 03 illik ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazə amış və bu müddət 2020-ci il tarixdə başa çatmışdır. Bundan əlavə, tənzimləyici orqanla razılaşdırılmış “Radioloji şaraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası”nın olmadığı da müəyyən olunmuşdur. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. İstehsalat nəzarətinin həyata keçirilməsi qaydası hər bir müəssisə və ya təşkilat üçün onun işinin xüsusiyyət və şəraiti nəzərə alınmaqla təyin edilir və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır. İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və təlimatlara əməl edilməsi tələblərini yerinə yetirməlidirlər. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil izahatında göstərdi ki, MMC tərəfindən 2017-ci il tarixdə 03 illik müddətinə ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazə alınmışdır. Lakin 2020-ci il tarixdə “Covid-19” pandemiyasının başlanması ilə əlaqədar mövcud xüsusi icazənin müddəti uzadılmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən də bu barədə heç bir xəbərdarlıq edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə məsuliyyət müəyyən edir. Müəssisədə iş zamanı bütün təhlükəsizlik təbirləri yerinə yetirilmiş, ionlaşdırıcı şüa mənbələri ilə isə hər hansı iş görülməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2022-ci il tarixli, KY221870405 saylı çıxarışa əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən tibb müəssisəsində plan üzrə (növbəti) 19.12-xx.xx.2022-ci il tarixlərdə yoxlamanın aparılmasına icazə verilir; • Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixl, P-22/176 saylı yoxlama aktında qeyd olunur ki, xx.xx.2022-ci il tarixli, Q-22/176 saylı yoxlama tədbirinin həyata keçirilməsi barədə qərara əsasən Şəxs MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək planlı yoxlama tədbiri həyata keçirilmişdir. Yoxlama zamanı ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazənin müddətinin bitdiyi və tənzimləyici orqanla razılaşdırılmış “Radioloji şaraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası”nın olmadığı müəyyən olunmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC-nin ünvan 2 ünvanda yerləşən «Spero Hospital» klinikasında ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar xüsusi icazə olmadığı üçün radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməsi təmin edilməmişdir. Bununla da Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə məsuliyyət nəzərdə tutur. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə görə ionlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisələr və təşkilatlar radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün müntəzəm istehsalat nəzarəti keçirirlər. İstehsalat nəzarətinin həyata keçirilməsi qaydası hər bir müəssisə və ya təşkilat üçün onun işinin xüsusiyyət və şəraiti nəzərə alınmaqla təyin edilir və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində pozuntular aşkar edildikdə istehsalat nəzarətini həyata keçirən səlahiyyətli şəxslər şüa mənbələri ilə aparılan işləri dayandırmalı və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar aşağıdakı tələbləri yerinə yetirməlidirlər: radiasiya təhlükəsizliyinin təmin edilməsinə aid bu Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə, normalara, qaydalara, normativlərə və təlimatlara əməl edilməsi; radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin planlaşdırılıb həyata keçirilməsi; ionlaşdırıcı şüa mənbələri hesab edilən yeni (modernləşdirilmiş) istehsalat, texnoloji proses, məhsul, material və maddələrə dair insan sağlamlığı üçün radiasiya təhlükəsizliyi baxımından əsaslandırma işlərinin aparılması; radioloji şərait üzrə müəssisə və təşkilatın ərazisində, otaqlarda və iş yerlərində, həmçinin radioaktiv maddələrin tullantıları üzərində radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar müntəzəm olaraq istehsalat nəzarətinin həyata keçirilməsi; işçilərin (personalın) fərdi şüalanma dozalarına nəzarət və onların uçotu; istehsalat nəzarəti xidməti mütəxəssislərinin, iş icraçılarının, daimi və ya müvəqqəti olaraq ionlaşdırıcı şüa mənbələri ilə işləyən digər şəxslərin attestasiyasının keçirilməsi; işçilərin ilkin (işə qəbul olunarkən) və dövri (müntəzəm) tibbi müayinələrdən keçirilməsi; işçilərin (personalın) iş yerində məruz qaldığı ionlaşdırıcı şüalanmanın səviyyəsi və onların aldıqları fərdi şüalanma dozaları haqqında onlara müntəzəm məlumat verilməsi; radiasiya təhlükəsizliyi sahəsində müvafiq icra hakimiyyəti orqanlarına radiasiya təhlükəsizliyi üçün qorxu yaradan qəza şəraiti və texnoloji reqlament pozuntuları haqqında vaxtında məlumat verilməsi; radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanlarının qərar və sərəncamlarının, onların səlahiyyətli nümayəndələrinin müvafiq göstərişlərinin yerinə yetirilməsi; radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əhalinin hüquqlarının həyata keçirilməsinin təmin edilməsi; radioaktiv şüa mənbələri ilə işləyən işçilərin vaxtaşırı radiasiya təhlükəsizlik texnikası qaydaları ilə tanış edilməsi. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 nömrəli Fərmanının 3-cü bəndinə görə həmin Qanunun 10-cu maddəsində göstərilən (ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işləri, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması, həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması, radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər) ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 12.000 (on iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-684/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-684/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver