Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-685/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X8 Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri X6 və X1 iştirakı ilə, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi üzrə tərtib olunmuş 09.02.2022-ci il tarixli, EP ******* (00100-0286/22) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 09.02.2022-ci il tarixli, EP ******* (00100-0286/22) saylı protokola əsasən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 1 ədəd qara metaldan bobinlərin sarınması üçün dayaqlar yükü **********0529 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti idxal müddətinin bitməsinə baxmayaraq "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 1 ədəd qara metaldan bobinlərin sarınması üçün dayaqlar yükünün müvəqqəti idxal müddəti bitməmişdən Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmamış və yaxud digər gömrük proseduru ilə rəsmiləşdirilməmişdir. Araşdırma ilə bağlı “Veus Holding LLC” şirkətinin Azərbaycan Respublikasındakı filialının etibarnamə üzrə nümayəndəsi X7 izahatı alınmışdır. O izahatında şirkətin əsasən neft sənayesi servisi sahəsində fəaliyyət ilə məşğul olduğunu, şirkət tərəfindən **********0529 sorğu nömrəli gömrük bəyannaməsi ilə 1 ədəd qara metaldan bobinlərin sarınması üçün dayaqlar yükünün X3 “BP Eksploreyşn (Şəfəq- Asiman) LTD-nin layihəsi üzrə istifadə edilməsi məqsədilə 01.02.2022-ci il tarixədək müvəqqəti idxal edildiyini, həmin yükü “Veus Holding LLC” şirkətinin AR-dakı filialı idxal gömrük prosuduruna keçirmək niyyətində oldularını, lakin daha sonra şirkətin müvəqqəti idxal müddətini uzatmaq qərarına gəldiyini və 01.02.2022-ci il tarixdə bu məzmunlu ərizə ilə mail vasitəsilə Bakı Bas Gömrük idarəsinə müraciət etdiklərini, mail-də yaranmış problemlə əlaqədar olaraq məktubun çatmadığını, 02.02.2022-ci il tarixdə şirkət tərəfindən yenidən müddətin uzadılması məqsədilə BBGİ-və müraciət edildiyini bildirmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ’’Veus Holding LLC” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********0529 sorğu nömrəli gömrük bəyannaməsi ilə müəvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş 1 ədəd qara metaldan bobinlərin sarınması üçün dayaqlar yükünün müvəqqəti idxal müddəti 01.02.2022-ci il tarixində bitmiş, bitdikdən 1 gün sonra 02.02.2022-ci il tarixdə 24/24/002323 nömrəli ərizə ilə müvəqqəti idxal gömrük proseduru altında qalma müddətinin uzadılması barədə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndələri X9 və X2 tərtib olunmuş protokola etiraz etmədiklərini bildirmişlər. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olm Belə ki, iş materiallarına əlavə edilmiş Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən **********0529 sorğu nömrəli GB ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin bu müddət ərzində yükün digər prosedur altında yerləşdirilməsi üçün heç bir müraciət daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İXM-nin 499.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, qurum Azərbaycan Respublikası İXM-nin 499.1.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni 499.1.1. on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə -fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir; İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-685/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-685/2022
09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver