Məhkəmə qərarları › İş №3(006)-685/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-685/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-685/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxsn nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy, ev 170; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi üzrə tərtib olunmuş 19 yanvar 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs ünvanına Türkiyə Respublikasından 08AAF31Q/08AAE664 nömrə nişanlı yük avtomaşınında daxil olmuş “Teikopol 400 mg” adlı dərman vasitələri yükü **********7486 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2020-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, onun nümayəndəsi məhkəmədə iştirak etməmiş və məhkəmə inzibati işə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxsn nümayəndəsi Nümayəndə yazılı etiraz təqdim etmiş və ona uyğun izhatında göstərmişdir ki, Şəxs (bundan sonra - TƏBİB) barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli EP ******* nömrəli protokol Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı (vəzifəli şəxs) X3 tərəfindən tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli EP ******* nömrəli protokolda qeyd edilmişdir ki, TƏBİB-in ünvanına Türkiyə Respublikasından 08AAF310/08AAE664 nömrə nişanlı yük avtomobilində daxil olmuş “Teikopol 400 mg” adlı dərman vasitələri yükü **********7486 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, **********7486 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2020-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi təmin edilməmişdir. Nəticədə TƏBİB Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. İnzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Səhiyyə sahəsində üzərinə düşən öhdəlikləri icra etmək, eləcə də əhalinin sağlamlığının qorunması məqsədilə TƏBİB-ə Türkiyə Respublikasından 08AAF310/08AAE664 nömrə nişanlı yük avtomobilində daxil olmuş “Teikopol 400 mg” adlı dərman vasitələri yükü **********7486 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Ölkə ərazisində elan olunmuş sərtləşdirilmiş karantin dövrü ərzində “COVİD-19” pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində “Teikopol 400 mg” adlı dərman vasitələri yükü ölkə ərazisinə gətirilmiş, qeyd edilən dərman vasitələri TƏBİB-dən asılı olmayan səbəblərdən dövlət qeydiyyatına alınmadığından, dərmanların gömrük rəsmiləşdirilməsi mümkün olmamışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli 0xx-xx-1798/20 nömrəli məktubundan göründüyü kimi “Teikopol 400 mg” adlı dərman vasitəsinin dövlət qeydiyyatına alınması üçün dərman vasitəsinin idxalına razılıq verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetindən xahiş olunmuşdur. Lakin aidiyyəti dövlət qurumu tərəfindən sözügedən məktuba hər hansı münasibət bildirilmədiyindən dərman vasitələrinin gömrük rəsmiləşdirilməsi mümkün olmamışdır. Onu da qeyd edək ki, artıq “Teikopol 400 mg” adlı dərman vasitələri dövlət qeydiyyatına alınmışdır. Bundan sonra sözügedən dərman vasitələrinin idxalına icazə alınması məqsədilə “X2” nə müraciət edilmiş, müvafiq icazə sənədi alındıqdan sonra malların rəsmiləşdirilməsi həyata keçirilmişdir. Bundan əlavə, **********7486 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş dərman vasitələrinin rəsmiləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişləri TƏBİB-in Bakı Baş Gömrük İdarəsində olan avans hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən TƏBİB barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli EP ******* nömrəli protokoldan, eləcə də iş materialına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, TƏBİB-in ünvanına Türkiyə Respublikasından 08AAF310/08AAE664 qeydiyyat nömrə nişanlı yük avtomobilində daxil olmuş “Teikopol 400 mg” adlı dərman vasitələri **********7486 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2020-ci il müəyyən edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Gömrük bəyannaməsi əsasında ölkəyə idxal olunmuş dərman vasitələrinin müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2020-ci il müəyyən edidiyindən, inzibati xəta hadisəsinin törədilmə tarixi xx.xx.2020-ci ildir. Törədilən inzibati xəta hadisəsinin üzərindən 2 (iki) ildən çox müddət keçmişdir. Lakin vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir. İXM-nin 496.1-ci maddəsinin dispozisiyasında qeyd edilən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsindən inzibati xəta haqqında protokol tərtib edən dövlət orqanının xəbərsiz olması qeyri-mümkündür. Göründüyü kimi, TƏBİB barəsində İXM-nin 496.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi gündən (xx.xx.2020-ci il) ən geci bir il keçənədək, yəni xx.xx.2021-ci il tarixə kimi tətbiq olunmalı olduğu halda, Bakı Baş Gömrük İdarəsinin vəzifəli şəxsi İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra, inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bu səbəbdən məhkəmə tərəfindən vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməlidir. Faktiki olaraq, alqı-satqı malları müvafiq ödənişlər edilməklə, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması üçün ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə, Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir. Həmin qərarın icrasının təmin edilməsi üçün TƏBİB koronavirus (COVİD- 19) pandemiyası ilə mübarizədə gərgin iş rejimində fəaliyyət göstərən dövlət qurumlarından biri olmuşdur. İşin düzgün həlli üçün faktiki hallardan biri də odur ki, Bolqarıstan Respublikasının “BİH Pharmaceuticals LTD” şirkəti ilə TƏBİB arasında “Teikopol 400 mg” adlı dərman vasitəsinin idxalına dair xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə alqı-satqı predmeti olan dərman vasitəsi koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması üçün ölkəyə idxal edilmişdir. Nəzərə alsaq ki, həmin dönəmlərdə bütün dövlət orqanları xüsusi rejimdə çalışdığından, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2020-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosuduru altında yerləşdirmiş dərman vasitəsinin yuxarıda qeyd olunan üzürlü səbəblərdən 4 (dörd) ay ərzində gömrük rəsmiləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, yuxarıda şərh edilənləri nəzərə alaraq, TƏBİB barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsn Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsn Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası BBGİ-nin Əməliyyat və Təhqiqat idarəsinin, Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli, 00100-00133/23 saylı inzibati xəta haqqında protokolla, gömrük bəyannaməsi və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə görə saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 229 saylı Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na görə: Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir (2.1-ci bənd); Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır (3.2-ci bənd); Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir (3.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmçinin müəyyən edilmişdir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi 04 dekabr 2020-ci il tarixdə törədilsə də, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsi tətbiq edilməklə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar