Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-688/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00100-00134/23 (EP № 0078179) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs PHŞ-nin ünvanına Bolqarıstandan 41PF554/34HR3102 nömrə nişanlı yük avtomaşınında daxil olmuş “Cordarone” adlı dərman vasitələri yükü **********3776 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş gömrük xidmətinin “X1 sistemi” (VAİS) informasiya resursunda çıxarışlardan görünür ki, **********3776 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs PHŞ tərəfindən təmin edilməmişdir. Aparılan araşdırma zamanı Şəxs PHŞ tərəfindən **********3776 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin halhazırda Şəxs PHŞ-nin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev 21 ünvanında yerləşən anbarında olub-olmadığı, malların istofadə vəziyyəti, yerinin dəyişdirilib-dəyişdirilmədiyinin müəyyən olunması məqsədilə mobil gömrük şöbəsinə 34/013/031421 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq mobil gömrük şöbəsindən təhqiqat şöbəsinə daxil olmuş 34/015/000764 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs PHŞ xx.xx.2021-ci il tarixli, **********3776 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirdiyi malların xx.xx.2022-ci il tarixdə **********5204 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzindən inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında obyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Yuxarıda göstərilənlərə əsasən məlum olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş hüquqpozma uzanan hüquqpozmadır və həmin hüquqpozma faktı, yəni Şəxs PHŞ tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməməsi faktı xx.xx.2022-ci il tarixdə aşkar edilərək 34/012/024271 saylı raportla təhqiqat şöbəsinə müraciət edilmiş və aşkar edilməsinin üzərindən 01 (bir) il müddət keçməmişdir. Bununla da, Şəxs PHŞ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs PHŞ-nin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, PHŞ-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Səhiyyə sahəsində üzərinə düşən öhdəlikləri icra etmək, eləcə də əhalinin sağlamlığının qorunması məqsədilə TƏBİB-ə xarici ölkədən yük avtomobilində daxil olmuş “Cordarone” adlı dərman vasitələri yükü **********3776 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Ölkə ərazisində elan olunmuş sərtləşdirilmiş karantin dövrü ərzində COVİD-19pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində “Cordarone” adlı dərman vasitələri yükü ölkə ərazisinə gətirilmiş, qeyd edilən dərman vasitələri TƏBİB-dən asılı olmayan səbəblərdən dövlət qeydiyyatına alınmadığından, dərmanların gömrük rəsmiləşdirilməsi mümkün olmamışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli 0xx-xx-1798/20 nömrəli məktubundan göründüyü kimi “Cardorone 150 mg” adlı dərman vasitəsinin dövlət qeydiyyatına alınması üçün dərman vasitəsinin idxalına razılıq verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetindən xahiş olunmuşdur. Lakin aidiyyəti dövlət qurumu tərəfindən sözügedən məktuba hər hansı münasibət bildirilmədiyindən dərman vasitələrinin gömrük rəsmiləşdirilməsi mümkün olmamışdır. Onu da qeyd edək ki, Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli müvafiq sərəncamı əsasında artıq dərman vasitələrinin idxalına icazə verilmiş və malların gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş dərman vasitələrinin rəsmiləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişləri TƏBİB-in Bakı Baş Gömrük İdarəsində olan avans hesabına köçürülmüşdür. Bundan başqa, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən TƏBİB barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli protokoldan, eləcə də iş materialına əlavə edilmiş Gömrük Xidmətinin X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışlardan görünür ki, TƏBİB-in ünvanına 08AAF310/08AAE664 qeydiyyat nömrə nişanlı yük avtomobilində daxil olmuş “Cordarone 150 mg” adlı dərman vasitələri **********7486 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, gömrük bəyannaməsi əsasında ölkəyə idxal olunmuş dərman vasitələrinin müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edidiyindən, inzibati xəta hadisəsinin törədilmə tarixi xx.xx.2021-ci ildir. Törədilən inzibati xəta hadisəsinin üzərindən 01 (bir) ildən çox müddət keçmişdir. Lakin vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilərək məhkəməyə göndərilmişdir. AR İXM-nin 496.1-ci maddəsinin dispozisiyasında qeyd edilən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsindən inzibati xəta haqqında protokol tərtib edən dövlət orqanının xəbərsiz olması qeyri-mümkündür. Göründüyü kimi, TƏBİB barəsində AR İXMnin 496.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi gündən (xx.xx.2021-ci il) ən geci bir il keçənədək, yəni xx.xx.2022-ci il tarixə kimi tətbiq olunmalı olduğu halda, Bakı Baş Gömrük idarəsinin vəzifəli şəxsi AR İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra, xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bu səbəbdən məhkəmə tərəfindən vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməlidir. Bundan başqa, faktiki olaraq, alqısatqı malları müvafiq ödənişlər edilməklə, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması üçün ölkə ərazisinə idxal edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli qərarı ilə dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə, Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilmişdir. Həmin qərarın icrasının təmin edilməsi üçün TƏBİB koronavirus (COVİD- 19) pandemiyası ilə mübarizədə gərgin iş rejimində fəaliyyət göstərən dövlət qurumlarından biri olmuşdur. İşin düzgün həlli üçün faktiki hallardan biri də odur ki, Bolqarıstan Respublikasının “BİH Pharmaceuticals LTD” şirkəti ilə TƏBİB arasında “Cordarone 150 mg” adlı dərman vasitəsinin idxalına dair xx.xx.2020-ci il tarixli müqavilə üzrə alqı-satqı predmeti olan dərman vasitəsi koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması üçün ölkəyə idxal edilmişdir. Nəzərə alsaq ki, həmin dönəmlərdə bütün dövlət orqanları xüsusi rejimdə çalışdığından, xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosuduru altında yerləşdirmiş dərman vasitəsinin yuxarıda qeyd olunan üzürlü səbəblərdən 4 (dörd) ay ərzində gömrük rəsmiləşdirilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq TƏBİB barəsində Azərbaycan Respublikası İXMnin 496.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs PHŞ-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli raporta əsasən Şəxs PHŞ tərəfindən **********3776 və **********7486 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş malların öhdəlik müddəti bitmiş, lakin şirkət tərəfindən bu malların digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. İş materiallarında olan **********3776 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs PHŞ-yə məxsus “Cordarone inj.solution 6x3 ml/150 mg (315 ədəd)” dərman vasitəsi “Mazımçay” gömrük postu vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisinə gətirilmişdir. İş materiallarında olan gömrük xidmətinin “X1 sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********3776 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs PHŞ-nin ünvanına Bolqarıstandan 41PF554/34HR3102 nömrə nişanlı yük avtomaşınında daxil olmuş “Cordarone” adlı dərman vasitələri yükü **********3776 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş gömrük xidmətinin “X1 sistemi” (VAİS) informasiya resursunda çıxarışlardan görünür ki, **********3776 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin son tarixi xx.xx.2021-ci il müəyyən edilsə də, həmin müddətədək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs PHŞ tərəfindən təmin edilməmişdir. Aparılan araşdırma zamanı Şəxs PHŞ tərəfindən **********3776 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2021-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin halhazırda Şəxs PHŞ-nin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev 21 ünvanında yerləşən anbarında olub-olmadığı, malların istofadə vəziyyəti, yerinin dəyişdirilib-dəyişdirilmədiyinin müəyyən olunması məqsədilə mobil gömrük şöbəsinə 34/013/031421 saylı xx.xx.2022-ci il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq mobil gömrük şöbəsindən təhqiqat şöbəsinə daxil olmuş 34/015/000764 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs PHŞ xx.xx.2021-ci il tarixli, **********3776 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirdiyi malların xx.xx.2022-ci il tarixdə **********5204 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzindən inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında obyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Yuxarıda göstərilənlərə əsasən məlum olur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş hüquqpozma uzanan hüquqpozmadır və həmin hüquqpozma faktı, yəni Şəxs PHŞ tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların digər gömrük prosedurunda rəsmiləşdirilməməsi faktı xx.xx.2022-ci il tarixdə aşkar edilərək 34/012/024271 saylı raportla təhqiqat şöbəsinə müraciət edilmiş və aşkar edilməsinin üzərindən 01 (bir) il müddət keçməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Şəxs PHŞ tərəfindən inzibati xəta əməli xx.xx.2021ci il tarixdə (xx.xx.2021-ci il tarixdən 01 (bir) il 04 (dörd) ay hesablanmaqla) törədilmiş və bir illik inzibati məsuliyyətə cəlb etmə müddəti 21 avqust 2022-ci il tarixdə başa çatmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs PHŞ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-688/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-688/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver