Məhkəmə qərarları › İş №3(006)-692/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-692/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-692/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təsisçisi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq şöbəsinin böyük məsləhətçisi X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən e t d i: ünvan 1 ünvanında xx xxxxxx 2021-ci il tarixdə saat 10:21-də X2 əmək müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təsisçisi X6 verdiyi izahatında bildirmişdir ki, Şəxs tikinti işləri ilə məşğul olan şirkətdir və həmin şirkət barəsində xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Belə ki, xx xxxxxx 2021-ci il tarixdə Şəxs tərəfindən müqavilə üzrə 29 nəfər işçinin işdən azad olunmasına dair siyahı tərtib olunaraq elektron hökumət portalında rəsmiləşdirilən zaman, texniki səbəbdən həmin Kooperativin işçisi olan X2 da həmin siyahıya əlavə olunmuş və onun işdən azad olunması barədə əmr imzalanmışdır. Qeyd olunan tarix sonuncu iş günü olduğundan həmin texniki səhvin aşkar edilməsi və zəruri tədbirlərin həyata keçirilməsi mümkün olmamışdır. Bundan iki gün sonra isə yəni, xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı qeyd olunan texniki səhv aşkar olunmuş və bu barədə artıq həmin MTK-nın vəzifəli şəxsi cərimə olunmuşdur. Artıq şirkətin vəzifəli şəxsi öz səhlənkarlığına görə inzibati məsuliyyətə cəlb olunduğundan hüquqi şəxsin əlavə olaraq məsuliyyətə cəlb olunmasına heç bir zərurət yoxdur. Qeyd olunanları nəzərə alaraq, şirkət barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq şöbəsinin böyük məsləhətçisi X8 verdiyi izahatında göstərmişdir ki, Şəxsndə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılmış və yoxlamanın nəticəsi barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilmiş və bununla bağlı müvafiq sənədlər göndərilmişdir. Bundan sonra göndərilən məlumatlar əsasında Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin aparılmış yoxlamanın səmərəliliyini artırmaq məqsədilə həmin yoxlama tədbiri videogörüntü vasitəsilə həyata keçirilmişdir. Tərtib edilmiş protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 00197 nömrəli, xx.xx.2021-ci il tarixli yoxlama aktından görünür ki, X2 ilə Şəxs arasında müqavilə bağlanmaması qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət X1 Monitorinqi Mərkəzinin Şəxs tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair arayışından görünür ki, X2 ilə Şəxs arasında müqavilə bağlanmaması qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev tərəfindən təsdiqlənmiş xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət X1 Monitorinqi Mərkəzi tərəfindən Şəxsndə plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs MTK-nın sədri X5 tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərova ünvanlanan izahatdan görünür ki, X2 Şəxsndə fəaliyyət göstərir. xx xxxxxx 2021-ci il tarixdə işdən çıxan işçilərin siyahısı tərtib olunarkən səhvən işçinin adı siyahıya daxil edilib və texniki səbəbdən elektron hökumət portalında əmək müqaviləsinə xitam verilib. Eyni zamanda, səhvən xitam verilsə də, işçinin son haqqhesabı icra edilməmiş, əmək kitabçasında da bu barədə qeydlər aparılmamışdır. Hümmətov M.B hal-hazırda da işini davam etdirir. Xahiş edirik texniki səbəbdən baş vermiş yanlışlığı nəzərə alasınız. İş materiallarında olan DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs nümayəndəsi və Məmməd Hümmətov sonuncunun işdən azad olunmasına dair məlumatı olmadıqlarını bildirmiş, yalnız araşdırmadan sonra Məmməd Hümmətovun texniki səhv nəticəsində işdən azad olunması qənaətinə gəlmişlər. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, yalnız Orxan Cəbiyevin izahatı, Şəxs barəsində həyata keçirilmiş yoxlama aktı əsas götürülərək inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələblərinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinin tələblərinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Hazırki iş üzrə səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs tikinti işləri ilə məşğul olan şirkətdir. Həmin MTK-nın işçisi Məmməd Hümmətovla əmək münasibətləri yoxlama baş verən gün də davam etdirilmiş, lakin 2 (iki) gün əvvəl yəni, xx xxxxxx 2021-ci il tarixdə texniki səhv nəticəsində işdən azad olunmuşdur. Əgər işçinin əmək müqaviləsinə xitam verilmiş olsaydı o halda işdən azad olunan şəxsin əmək qanunvericiliyinə əsasən son haqq-hesabları həyata keçirilməli və həmin işçiyə məlumat verilməli idi. Qeyd olunan xüsusatlar isə iş materiallarında öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 3 və 4-cü hissələrinə əsasən heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.2-ci maddəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar