Məhkəmə qərarları › İş №3(006)-6927/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6927/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6927/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokola əsasən X6 məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5042/2023 saylı, 22 may 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs və X1 qarşı müqavilələrin etibasızlığı tələbinə dair iddiası 17 avqust 2021-ci il tarixli, 2 otaqlı, 80 kv.m. sahəsi olan mənzillə bağlı müqavilənin etibarsız hesab olunması hissəsində rədd edilmiş, Zərərçəkmiş şəxs Şəxsnə qarşı müqavilənin ləğv edilməsinin qadağan edilməsi, mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması, razılaşdırılmış məbləğin və əldən çıxmış mənfəətin alınması tələbinə dair iddiası qismən təmin edilmiş və 17 avqust 2021-ci il tarixli müqavilələr üzrə mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması öhdəliyi Şəxs üzərinə qoyulması qət edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu Şəxs MMC-nin qanuni təmsilçisi X6 tərəfindən icra sənədi icra edilməmiş, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5042/2023 saylı, 22 may 2024cü il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs və X1 qarşı müqavilələrin etibasızlığı tələbinə dair iddiası 17 avqust 2021-ci il tarixli, 2 otaqlı, 80 kv.m. sahəsi olan mənzillə bağlı müqavilənin etibarsız hesab olunması hissəsində rədd edilmiş, Zərərçəkmiş şəxs Şəxsnə qarşı müqavilənin ləğv edilməsinin qadağan edilməsi, mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması, razılaşdırılmış məbləğin və əldən çıxmış mənfəətin alınması tələbinə dair iddiası qismən təmin edilmiş və 17 avqust 2021-ci il tarixli müqavilələr üzrə mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması öhdəliyi Şəxs üzərinə qoyulması qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası protokol tərtib olunanadək tam olaraq təmin edilməmişdir. Lakin hal-hazırda icra sənədi üzrə öhdəlik yerinə yetirilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə müvafiq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5042/2023 saylı, 22 may 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs və X1 qarşı müqavilələrin etibasızlığı tələbinə dair iddiası 17 avqust 2021-ci il tarixli, 2 otaqlı, 80 kv.m. sahəsi olan mənzillə bağlı müqavilənin etibarsız hesab olunması hissəsində rədd edilmiş, Zərərçəkmiş şəxs Şəxsnə qarşı müqavilənin ləğv edilməsinin qadağan edilməsi, mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması, razılaşdırılmış məbləğin və əldən çıxmış mənfəətin alınması tələbinə dair iddiası qismən təmin edilmiş və 17 avqust 2021-ci il tarixli müqavilələr üzrə mənzillərin hər birinə nömrə verilməklə mərtəbənin müəyyən olunması öhdəliyi Şəxs üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. X3 icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi və qərəzli olaraq yayınması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar