Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-693/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında 21-ci polis bölməsinin sahə inspektoru protokolu tərtib etmiş şəxs: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., ev 43, mənzil 89-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 00:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X5 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 00:40 radələrində inzibati ərazidə xidmət apararkən “Toyota” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Ş.Bədəlbəyli küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydalırını pozduğundan yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman avtomobilin sürücüsü Şəxs törətdiyi inzaibati xəta haqqında məlumat verilərkən o, polis işçiləri ilə kobud şəkildə danışmağa başlayaraq 102 xidmətinə zəng edib onlar tərəfindən ona qarşı təzyiq və fiziki zorakılıq göstərilyinə dair təhrifedici məlumatlar verməyə başlamışdır. Bununla yanaşı Şəxs əvvəldən də ödənilməmiş cərimələri olduğundan avtomobilinin dayanacağa yerləşdiriləcəyi bildirildikdə o yenə də qanuni tələblərə tabe olmaqdan imtina etməyə davam etmişdir. Buna görə də hadisə yerinə post-patrul xidmətinin əməkdaşları çağırılmış, ancaq Şəxs yenidən 102 xidmətinə zəng edib böhtan xarakterli məlumatlarını çatdırmışdır. Bu şəxs bölməyə gətirildikdən sonra da polisləri hədələyərək, onların ünvanına nalayiq ifadələr işlədərək öz əməllərini davam etdirmiş, həmçinin oradan qaçmağa cəhd etdikdə yenidən post-patrul xidməti əməkdaşları tərəfindən geri qaytarılmışdır. Şəxs barəsində eyni zamanda yol verdiyi inzibati xətalara görə İnzibati Xətalar Məcəlləsinin 211.2, 327.1 və 322.0.2-ci maddələri üzrə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 12:15 radələrində “Qış parkı” adlanan ərazidə idarə etdiyi “Toyota” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq inzibati xətaya yol verdiyi bildirilmişdir. Bundan sonra ona adına ödənilməyən cərimələr olduğundan maşının cərimə meydançasına getməli olduğu, bunla kifayətlənməyərək daha sonra ona tibbi maska taxmayaraq karantin qaydasını pozduğu, “taksi” nişanı olmadan taksi sürücüsü olaraq fəaliyyət göstərdiyi deyilmiş, o da bu ittihamlardan sonra “102” xidmətinə zəng etmişdir. O, qanunsuz olaraq 21-ci polis bölməsinə aparıldıqda orada əsassız şəkildə saxlanılacağını və onunla kobud rəftar olunduğunu görüb getməyə cəhd etmiş, lakin alınmamışdır. Qeyd olunanları nəzərə alaraq qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X3 izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 00:40 radələrində M.Əliyev küçəsində “Qış parkı” adlanan ərazidə iş yoldaşı İlham Muradovla xidmətdə olarkən “Toyota” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ş.Bədəlbəyli küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydalırını pozduğunu müəyyən edərək ona tərəflərindən saxlama işarəsi verilmiş, yaxınlaşıb özlərini təqdim edərək inzibati xəta pozuntusuna yol verdiyini izah etmişlər. Lakin avtomobilin sürücüsü Şəxs onlara qarşı nalayiq ifadələr işlədərək kobud rəftara yol vermişdir. Eyni zamanda sürücüyə karantin qaydalarını pozması, “taksi” işarəsi olmadan taksi kimi fəaliyyət göstərməsinin qadağan olduğu və adına ödənilməyən başqa cərimələr olduğundan avtomobilin dayanacağa aparılacağı bildirildikdə daha da aqressiv reaksiyalar verməyə başlamışdır. Şəxs 102 xidmətinə zəng edib onları yalan məlumatlarla şikayət etməyə başlamışdır. Hadisə yerinə post-patrul xidmətinin əməkdaşları dəvət olunduqdan sonra isə Şəxs 21-ci polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X6 şahid X1 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-693/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-693/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver