Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-694/2023 13.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, şikayətçi X2, barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 20 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrinə əsasən barəsində xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli əsassız və qanunsuz protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, S.Kazımovun işlədiyi dövr ərzində iş günü hesab edilməyən bayram günləri qabağı iş gününün müddəti bir saat qısaldılmayıb, normal əmək və istirahət rejiminə əməl edilməmişdir. Prokolda əlavə olaraq göstərilmişdir ki, qeyd edilin hal cəmiyyət tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilir. Bundan başqa, protokolda araşdırmaya dəvət edilsə də, araşdırmada iştirak etmədiyi qeyd edilmişdir. Həmin protokola əsasən barəsində xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərara əsasən 700,0 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bir daha qeyd edir ki, həmin protokol və qərar qanunsuz və əsassızdır. Protokolda və qərarda qeyd edilən pozuntu halı baş verməmişdir. S.Kazımov yoxlamada iştirak etmişdir mi, izahatı alınmışdırmı? Direktoru olduğum müəssisəyə İdarə tərəfindən zəng olunaraq müəssisə barədə şikayət olunduğu bildirilmiş bir neçə sənəd şifahi şəkildə istənilmişdir. Mühasib səhv olaraq bir neçə sənədi e-mail vasitəsilə İdarəyə göndərmişdir. İdarə tərəfindən isə heç bir araşdırma aparılmadan, o, dəvət olunmadan, e-mail vasitəsi ilə göndərilmiş yalnış sənədlərə əsasən barəsində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Protokolda, qərarda və məktubda onun dəvət olunmağı qeyd edilsə də, ona heç bir məktub göndərilməmişdir. Əgər bu belədirsə, xahiş edir qarşı tərəf onun məktubları aldığını sübut etsin. İdarə tərəfindən heç bir obyektiv araşdırma aparılmadan barəsində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bu isə onu maddi cəhətdən böyük ziyana salmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddələrinin məzmununda qeyd olunur ki, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında is üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında is üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsinə əsasən Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Protokol tərtib edilərkən protokolda Məcəllədə nəzərdə tutulmuş hüquqlarım və vəzifələrim izah edilməmiş və protokol tərəfimdən imzalanmamışdır. Bundan başqa, protokolda mülahizələrimin qeyd olunmasına şərait yaradılmamış və protokolu niyə imzalamadığım yoxlama aparan əməkdaşlar tərəfindən qeyd olunmamışdır. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən hesab edir ki, səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsas götürülərək barəmdə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərarı xx.xx.2023-cü il tarixdə e-mail vasitəsi ilə əldə etmişdir. Buna görə də, qərardan şikayət verilmə müddətini ötürməmişdir. İdarənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, onun xx.xx.2022-ci il taixli müraciətinə əsasən ona qərar və digər sənədlər göndərilmişdir. Qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsədə, o, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bu bir daha onu sübut edir ki, İdarə tərəfindən ona heç bir sənəd göndərilməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X6 şikayətdə göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, onun barəsində şikayət etmiş şəxsə dəfələrlə kömək etmiş, lakin həmin şəxs müxtəlif vaxtlarda onun köşkündən oğurluq etmişdir. Bir müddət sonra həmin şəxs işi özbaşına tərk etmiş və özünə avtomobil almışdır. Sonradan həmin şəxslə əlaqə yaradılsa da, o, yeni iş tapdığını və işləmək istmədiyini bildirmişdir. Lakin həmin şəxs bir müddət sonra ondan şikayət edərək ona ödənilməli olan məbləğin verilməsini tələb etmiş, o isə həmin şəxsi dəvət edərək işdən azad olunması üçün ərizə yazmasını xahiş etmişdir. Lakin həmin şəxs nə ərizə yazmış, nə də onunla əlaqə saxlamaq mümkün olmuşdur. Sonradan əmək müfəttişliyinin əməkdaşı onlardan bir sıra sənədlər istəmiş, lakin mühasib riyazi səhvlər edərək sənədləri göndərmişdir. Lakin əmək müfəttişliyi əməkdaşı heç bir zəruri araşdırma aparmadan və onun iştirakını təmin etmədən qərar qəbul etmişdir. Qeyd olunanların nəzərə alınaraq, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X4 bildirmişdir ki, S.Kazımov X5nə müraciət edərək şikayət etmiş və araşdırma nəticəsində S.Kazımovun işlədiyi dövr ərzində iş günü hesab edilməyən bayram günləri qabağı iş gününün müddəti bir saat qısaldılmamış, normal əmək və istirahət rejiminə əməl edilməməsi müəyyən edilmişdir. Qeyd olunan araşdırma nəticəsində inzibati xəta haqqında protokol və qərar qəbul edilmişdir. X6 idarəyə dəvət edilmiş və bu barədə müvafiq telefonoqramlar tərtib edilmişdir. X8 idarəyə gəlməmiş və müvafiq araşdırmada şəxsən iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati xəta haqqında MN ******* nömrəli, 22 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, S.Kazımovun işlədiyi dövr ərzində iş günü hesab edilməyən bayram günləri qabağı iş gününün müddəti bir saat qısaldılmadığına, normal əmək və istirahət rejiminə əməl edilmədiyinə görə, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, X6 tərəfindən S.Kazımovun işlədiyi dövr ərzində iş günü hesab edilməyən bayram günləri qabağı iş gününün müddəti qısaldılmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması müəyyən edilərək X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X3 ünvanladığı bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, X5 Xidmətinin 12 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə işə baxılması 20 dekabr 2022-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılmasında iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Şikayətin dəlilləri məhkəmədə araşdırılarkən müəyyən olundu ki, səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs X2 iştirakı təmin edilməmiş, onun iştirakının təmin edilməsi üçün məlumat verilməsi bütün zəruri tədbirlər görülmədən işə baxılmışdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-694/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-694/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver