Məhkəmə qərarları › İş №3(006)-699/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-699/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-699/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X3 iştirakları ilə Şəxs barəsində Azərbaycan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən e t d i: Protokola əsasən Şəxs tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində tikinti işləri zamanı tullantıların qeyri-qanuni qalaqlanması və 01 ədəd Ayland ağacının zədələnməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili X4 inzibati xəta haqqında tərtib edilmiş protokola etiraz edərək verdiyi izahatında bildirmişdir ki, Şəxsnə xx xxxx 2021-ci il tarixdə daxil olmuş xx xxxxxx 2021-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 271-ci maddələrinin tələblərinin pozulmasına dair 3(006)-699/2021 saylı inzibati xəta haqqında iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Bundan başqa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən göndərilmiş məktuba əsasən guya Şəxs MMC tərəfindən ünvan 1 ünvanda MMC-yə məxsus binanın tikintisi zamanı 1 (bir) ədəd ayland ağacının zədələnməsi və yaranmış müxtəlif növ tullantıların ərazidə qeyri-qanuni şəkildə qalaqlanması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 271-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin baş məsləhətçisi, müfəttiş X1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli ******* saylı protokol qanunsuzdur, əsasssızdır və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar çıxanla bilməz. Tərtib edilmiş protokol, ona əlavə edilmiş akt və fotoşəkillərdən nələrisə anlamaq mümkün olmamışdır. Belə ki, həmin protokol və ona əlavə edilmiş aktlar, fotoşəkillər qərəzli şəkildə başqa ünvanda tərtib edilmişdir. Fotoşəkillərdə göstərilən ərazinin Şəxs MMC-yə məxsus tikinti işlərinin aparıldığı sahə olması həmin görüntülərlə sübut oluna bilməz. Çünki, həmin görüntülər müəyyən olunmamış digər bir tikintinin ərazisində çəkilmişdir. Fotoşəkillərdə konkret olaraq “Ayland” ağacının hansı olması, həmin ağacın hansı tərzdə zədələnməsi göstərilməmişdir. Belə ki, təqdim olunmuş şəkillərdə bir neçə ağacı görmək mümkündür. Lakin həmin ağaclardan hansının “Ayland” olması bilinməmişdir. Bundan başqa hər hansısa ağacın müəyyən növ ağaclar qrupuna aid olunması müvafiq rəy əsasında verilə bilər. Lakin iş materiallarında bu məzmunlu rəylər barəsində ümumiyyətlə sənədləşdirmə aparılmamışdır. ******* saylı protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, guya ərazisi Şəxs MMC-yə məxsus olan və tikinti işləri aparılan ərazidə müxtəlif növ qarışıq (məişət, tikinti və.s.) tullantıların atılaraq qalaqlandığı müəyyən edilmişdir. Bununla da, guya hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tələbləri pozulmuşdur. Lakin səlahiyyətli şəxs (vəzifəli şəxs) nəzərə almamışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin dispozisiyasında tək “qalaqlanma” nəzərdə tutulmamışdır. Həmin maddə bir-biri ilə bağlı olan 2 hərəkəti qalaqlanma və yandırılmanı nəzərdə tutmuşdur. Bundan başqa fotoşəkillərin bəzilərinin üzərində xx.xx.2021-ci il tarixi qeyd olunmuşdur. Bu o deməkdir ki, pozuntular səlahiyyətli orqan tərəfindən həmin vaxtı aşkar edilmişdir. Səlahiyyətli orqan həmin tarixdə akt və inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda hansısa qeyri-müəyyən səbəblərdən bunu xx.xx.2021-ci il tarixdə etmiş və həmin tarixdən 2 gün sonra xx.xx.2021ci il tarixdə protokola baxılması və qərar qəbul edilməsi üçün məhkəməyə göndərmişdir. Halbuki, həmin müddəti xx.xx.2021-ci il tarixdən hesablamış olduqda o zaman görəcəyik ki, səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsi pozulmuşdur. Həmin maddəyə əsasən inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə göndərilməlidir. İnzibati xəta haqqında protokol tərtib edilərkən onlara məlumat verilməmiş, izahatları alınmamış, protokolun surəti onlara təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Protokol onu tərtib etmiş şəxs və hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Qeyd olunanları nəzərə alaraq şirkət barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 verdiyi izahatında göstərmişdir ki, Şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində tikinti işləri aparılan zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yoxlama aparılmış, yoxlama nəticəsində 69039 nömrəli, xx xxxxxx 2021-ci il tarixli akt tərtib edilmiş və həmin tarixdə də MN № ******* saylı protokol tərtib edilərək protokolun surəti Şəxsnə göndərilmişdir. Həmin protokola əsasən Şəxs tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində tikinti işləri zamanı tullantıların qeyri-qanuni qalaqlanması və 01 ədəd Ayland ağacının zədələnməsi müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, Şəxs tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsində tikinti işləri aparılan zaman bir neçə dəfə təmizlik işlərinin aparılması barədə şifahi olaraq xəbərdarlıq edilmiş, lakin MMC tərəfindən xəbərdarlıqlara məhəl qoyulmamış və nəticədə, inzibati məsuliyyəti yaranmışdır. Tərtib edilmiş protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 69039 nömrəli, xx.xx.2021-ci il tarixli yoxlama aktından və fotoşəkillərdən görünür ki, Şəxs tərəfindən inşa edilən yeni çoxmərtəbəli yaşayış binasının arxasında müxtəlif növ qarışıq tullantıların atılaraq, qeyri-qanuni ərazidə qalaqlandığı və tikinti fəaliyyəti zamanı yuxarı mərtəbələrdən bərk tullantıların ətrafa atılması nəticəsində ayland ağacının zədələnməsi müəyyən olunmuşdur. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 253.5.1-ci maddəsinə əsasən meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, səlahiyyətli şəxs tərəfindən iş üzrə ətraflı araşdırılma aparılmamış, izahatlar alınmamış, həmin fotoşəkilləri çəkilmiş tullantıların olduğu ərazinin Şəxsnə aid olmasına dair hər hansı sənəd təqdim edilməmiş, qeyd olunan “Ayland” ağacının həqiqətən də zədələnməsi və bunun Şəxs tərəfindən həyata keçirilmiş tikinti işləri nəticəsində baş verməsi müəyyən olunmamış, yalnız Şəxs barəsində həyata keçirilmiş yoxlama aktı və fotoşəkillər əsas götürülərək inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinin tələblərinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinin tələblərinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Hazırki iş üzrə səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs tikinti işləri ilə məşğul olan şirkətdir. Həmin MMC-nin barəsində tərtib olunmuş akt Şəxsnə təqdim edilməmiş, protokol tərtib olunarkən MMC-nin nümayəndəsinə öz izahatını vermək və qeydlərini aparmaq şəraiti yaradılmamış, yalnız səthi aparılmış araşdırmalar nəticəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslər yaşıllıqların mühafizəsi ilə bağlı bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək, yaşıllıqların zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verməmək və yaşıllıqlarda yanğın təhlükəsizliyinə əməl etmək vəzifələrini həyata keçirməlidir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib olunan protokol əsassızdır və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 271ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.5.1 və 271-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar