Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-699/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin tərtib etmiş şəxs: Yol patrul xidməti baş inspektoru X5 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1987-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Füzuli rayonu, Dilağardə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1 və 333.3-cü maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 12 noyabr 2023-cü il tarixdə, saat 21:50-də etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etdiyi «VAZ 21150 MİNİK» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində hərəkətdə olarkən öndə olan «Opel Vectra» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsini törətmiş, nəticədə sonuncu avtomobilə zərər vurulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X10 izahatında göstərdi ki, Şəxs 12 noyabr 2023-cü il tarixdə, saat 21:50-də idarə etdiyi «VAZ 21150 MİNİK» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində hərəkətdə olarkən öndə olan «Opel Vectra» markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Məlum olmuşdur ki, Şəxs etibarnamə olmadan və avtomobili sərxoş halda idarə etmişdir. Hadisə nəticəsində «Opel Vectra» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, «VAZ 21150 MİNİK» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil atasına məxsus olmuş, lakin sonuncu xx.xx.2021-ci il tarixdə vafat etdiyindən bu avtomobil miras qaydasında qardaşı Hilal Süleymanova keçmişdir. O, etibarnaməsi olmadan sərxoş vəziyyətdə həmin avtomobillə 12 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində hərəkətdə olarkən öndə olan «Opel Vectra» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Maddi vəziyyəti yaxşı olmadığından həmin avtomobilə dəymiş zərəri yerində ödəyə bilməmişdir. Himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: • 12 noyabr 2023-cü il tarixli, 2/20578 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs aşkar olunan alkoqolun miqdarı 0,760 promil təşkil edir, o, sərxoş vəziyyətdədir; • BB 440633 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs “B1, B, C1, C” kateqoriyaları üzrə nəqliyyat vasitəsinin idarə etmək hüququ var; • Nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, «VAZ 21150 MİNİK» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r; • Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri arvadı X6 və oğlu Hilal Süleymanovun hər biri miras əmlakdan («VAZ 21150 MİNİK» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil) ½ hissədə irs almalıdır; • Notariat qaydasında təsdiq edilmiş 14 yanvar 2023-cü il tarixli ərizədə qeyd olunur ki, X6 «VAZ 21150 MİNİK» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin X3 adına yazılmasına, sənədləşməsinə və nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsini almasına razıdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törətməsi tam sübuta yetirilir və o, həmin maddə üzrə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh növü tətbiq olunmalıdır. Eyni zamanda inzibati xəta haqqında protokolda Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi məsələsinə baxılması daxili işlər orqanlarının səlahiyyətlərinə aid olduğundan, məhkəmə bu məsələyə hüquqi qiymətin verilməsini məqsədəuyğun hesab etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi məsələsinə hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq sənədlər aidiyyəti daxili işlər orqanına göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-699/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-699/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver