Məhkəmə qərarları › İş №3(006)-6998/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-6998/2025

10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-6998/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postundan daxil olmuş 3-33- 1100/029/033677 nömrəli raportda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində Türkiyə Respublikasından "xxxx" MMC-nin ünvanına 60CB212/60ZA252 dövlət nömrə nişanlı avtomaşınla daxil olan ZRL202500000Q209 saylı xx.xx.2025-ci il tarixli invoys əsasında Bakı Baş Gömrük İdarəsində **********7123 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükə gömrük yoxlaması keçirilən zaman gömrük bəyannaməsində bəyan olunmayan 32 ədəd dekorativ işıqlı çərçivə aşkar olunmuşdur. Bununla da Şəxs MMC İXM-in 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və barəsində inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xətanın tərkibi var və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş “İpək yolu” gömrük postunun rəisi Kamran Əliyevin 15 oktyabr 2025-ci il tarixli raportundan görünür ki, 13 oktyabr 2025-ci il tarixində Türkiyə Respublikasından Şəxs MMC ünvanına 60CB212/60ZA252 dövlət nömrə nişanlı avtomaşınla daxil olan ZRL**********209 nömrəli xx.xx.2025-ci il tarixli invoys əsasında Bakı Baş Gömrük İdarəsində **********7123 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükə gömrük yoxlaması keçirilən zaman bəyan olunmayan 32 ədəd dekorativ işıqlı çərçivə yükü aşkar olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 31 oktyabr 2025-ci il tarixli 282 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 32 ədəd dekorativ işıqlı çərçivələrin ümumilikdə xx.xx.2025-ci il tarixə orta bazar qiyməti təxminən 5760,0 manat müəyyən edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146-cı maddəsinə əsasən Gömrük sərhədindən keçirilən bütün mallar və nəgliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəgliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8-ci bəndinə əsasən, xarici ölkədən Azərbaycana gətirilən malların və digər əşyaların dəyəri təqdim olunmuş qaimə- fakturalara və digər sənədlərə müvafiq olaraq onların həmin ölkədə alındığı qiymətlər əsasında müəyyən edilir. Bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəgliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haggında gərarın gəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraglı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük organları tərəfindən GM-də nəzərdə tutulmuş müvafig hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, İXM-in 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şəxs MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, 15 oktyabr 2025-ci il tarixli raport və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi olmaqla, yəni, 2304 (iki min üç yüz dörd) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar