Məhkəmə qərarları › İş №3(006)-7/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7/2021 29.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, Mir Cəlal küçəsi, ev 68, mənzil 28də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-5224/2016 saylı icra sənədinə əsasən xx xxxxxx 2004-cü il təvəllüdlü X1 və xx xxxxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxx 2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 117 manat olmaqla cəmi 234 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X5 verilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etmir, aliment ödəməkdən qəsdən yayınır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2616/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2072/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2616/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(006)-5224/2016 saylı icra sənədinə əsasən xx xxxxxx 2004-cü il təvəllüdlü X1 və xx xxxxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxx 2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 117 manat olmaqla cəmi 234 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X5 verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası tam təmin edilməmişdir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilsə də, onun adına tələbin yönəldilə biləcək heç bir əmlak növü aşkar edilməmişdir. Borclu yaranmış aliment borcunu ödəməkdən yayınır. Bununla bağlı Şəxs icra şöbəsinə dəvət edilmiş, məsələ ilə bağlı izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edildikən sonra isə 500 manat pul ödəmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2616/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2072/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2616/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, inzibati xəta haqqında protokol üzrə qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, bir müddət heç bir yerdə işləmədiyindən alimenti üzrə yaranmış borcu ödəməyə imkanı olmamışdır. İcra sənədi üzrə müxtəlif vaxtlarda cəmi 6.500 manat ödəniş etmiş, 2020-ci ildə təxirə salınan məhkəmə iclasından sonra isə 500 manat ödəmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2616/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və verilmiş apelyasiya şikayəti əsasında Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2072/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-2616/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında aliment borcu üzrə 1000 manat ödəniş etməsi ilə əlaqədar olaraq qəbzin surətini məhkəməyə təqdim edir və qeyd edir ki, onun icra məmurunun qanuni tələblərindən yayınmaq niyyəti olmamışdır. Qalan borcunu isə aylıq alimentlə yanaşı hissə-hissə ödəyərək qısa müddət ərzində bağlayacaqdır. Qeyd olunanların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə icranın təmin edilməsi məqsədilə hərəkətlər edilir və tələbkara aliment pulu ödənilir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-5224/2016 saylı icra sənədindən görünür ki, xx xxxxxx 2004-cü il təvəllüdlü X1 və xx xxxxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx xxx 2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 117 manat olmaqla cəmi 234 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx xxxxxx 2017-ci il tarixli qərardan, “könüllü icra barədə” xx xxxxxx 2017-ci il tarixli bildirişdən görünür ki, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx xxxxxx 2017-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və həmin qərar üzrə tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs tərəfindən müxtəlif vaxtlarda aliment borcu üzrə ödənişlər edilmişdir. Məhkəməyə təqdim edilmiş “xxxx” ASC tərəfindən verilmiş qəbzlərin surətindən görünür ki, Şəxs Hicran oğlu tərəfindən aliment borcu üzrə ümumilikdə 1050 manat məbləğində vəsait X4 müvafiq bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar