Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-702/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Nəsimi RPİ-nin 20-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 20-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə ona yazılan MN ******* saylı protokolun ləğv olunmasını xahiş etmişdir. Belə ki, həmin tarixdə, saat 11:20 radələrində yaşayış binasının qarşısında açıq havada dayanmış vəziyyətdə ev sahibini gözləyən zaman telefonuna gələn mesaja səsli cavab vermək üçün üzündə olan maskanı aşağı çəkmiş, həmin vaxt ağ rəngli mülki maşın onu keçərək biraz qabaqda dayanmış, daha sonra o, səsli mesajını atıb maskası yuxarı qaldırmış, maşından düşən polis leytenantı ona yaxınlaşaraq onun maskadan düzgün istifadə etmədiyini, bunu onun telefonla səs atanda gördüyünü və buna görədə maşını saxladığını bildirmişdir. O, polis əməkdaşına hərəkət halında olmadığını, onun maşından düşüb ona yaxınlaşdıqda maskada olduğunu və düzgün istifadə etdiyini gördüyünü bildirmişdir. Həmçinin o, hərəkətdə olmadığını, ictimai nəqliyyatda və ya toplum içində olmadığını, ata anasının poçtalyon işlədiyini, kasın ailə olduqlarını, kirayədə qaldıqlarını, özünündə “xxxx” ASC-nin Bakı su kanal idarəsində fəhlə işlədiyini və alimnet ödəyicisi olduğunu bildirməsinə baxmayaraq polis əməkdaşı ondan israrla şəxsiyyət vəsiqəsini istəmiş, o məhlədə olduğu üçün şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdikdə polis əməkdaşı ondan ad və soyadını soruşub əlində olan vasitə ilə sistemə vurmuş, sistemdə onun şəkilini çıxdıqda o, doğum tarixini və FİN kodunu polisə demişdir. Həmin vaxt polis əməkdaşı ondan maskasını aşağı salmasını istəmiş və onun bu vəziyyətdə şəkilini çəkməyə çalışmışdır. Bundan sonra onun barəsində protokol tərtib edilmiş və polis əməkdaşı ondan protokola “maskadan düzgün istifadə etmirəm, çənəmə endirmişdim” sözlərini yazmağını istədikdə o, heç nə yazmayacağını deyərək imtina etmişdir. Bundan sonra cərimə olunubolunmamasını öyrənmək üçün DİN-nin 102 xidmətinə zəng etmiş və protokolun necə tərtib edilməsini qeyd etmiş, 102 xidmətinin əməkdaşı ona məhkəməyə şikayət vermək hüququnun olduğunu deyərək onu Nəsimi Rayon Məhkəməsinə yönəltmiş, həmin zaman onun telefon nömrəsinə “Asanpay”-dən sms cərimə olunduğu bildirilmişdir. Həmçinin 102 xidmətinin əməkdaşı protokolu əldə etməsə məhkəməyə şikayət verə bilməyəcəyini, 20-ci Polis Bölməsinə yaxınlaşıb protokolu almasını demişdir. O, 20-ci PB-yə yaxınlaşaraq cərimə edildiyini ama ona heç bir protokol verilmədiyini dedikdə protokolun ona ona təqdim edildiyini lakin onun almaqdan imtina etdiyi, daha sonra günün ikinci yarısı yaxınlaşmasını və cərimə yazan polisin ərazidə olduğu deyilmiş, o, deyilən vaxt PB-yə yaxınlaşdıqda həftənin 1-ci günü səhər 9-10 arası PB-yə yaxınlaşması və həmin zabitin orada olacağı ona bildirilmişdir. Bundan sonra o, 1-ci gün 20-ci PB-yə yaxınlaşdıqda qapının girişində həmin zabiti görmüş, salamlaşaraq hadisəni deyib özünü təqdim etmiş, polis əməkdaşı ona protokoldan imtina etdiyi üçün protokolun icraya verildiyini demişdir. Bu zaman digər polis əməkdaşı misal çəkərək “girib blokda cərimə yazdığım olub, o nə etdi ki sədnə edəsən?, get pul düzəlt cəriməni ödə” demiş, o daha sonra icra qurumu ilə əlaqə saxladıqda onun barəsində hər hansı sənədin icra qurumuna daxil olmadığı deyilmişdir (***-***-**-**). Bu məlumatı əldə etdikdən sonra xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək ona yazılan protokolun verilmədiyini, get-gələ salındığını, buna görə məhkəməyə müraciət edə bilmədiyini dedikdə onu yenidən 20-ci PB-yə yönəltmiş, o, PB-yə getmiş, orada ona cərimə yazan polisin mobil nömrəsi verilmiş, əlaqə saxladıqda ona ərazidə yerləşən polis məntəqəsinə gəlməsini xahiş etmiş, ona hansı tarixdə barəsində protokol tərtib edildiyini soruşmuş və o daha sonra həmin zabitinin olduğu otağa gedərək barəsində tərtob edilmiş protokolun stolun üzərində olması görmüşdür. Protokolda imtina etdi sözü yazılmış olsa da ona “telefonla səs atdığıma görə maskanı aşağı salmışdım” cümləsini yazdırıb protokolu verdi. Göstərilənləri nəzərə alaraq Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Nəsimi RPİ-nin 20-ci PB-yə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Nəsimi RPİ-nin 21-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan S.P.Mustafayevin barəsində Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, inzibati qaydada 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, S.P.Mustafayevin barəsində xx xxxxxx 2021-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və S.P.Mustafayevin xx xxxxxx 2021-ci il tarixdə, saat 11:20-də Qulu Quluyev küçəsində olan zaman epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərini pozması səbəbindən sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, S.P.Mustafayevin barəsində Nəsimi RPİ-nin 20-ci PB-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, qeyd edilən inzibati xəta haqqında protokol S.P.Mustafayevin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən sonuncunun tibbi maskadan istifadə etməsi nəzərə alınmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və S.P.Mustafayevin barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin 20-ci PB-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 20ci PB-nin tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN 10163223 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ-nin 20-ci PBnə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin xx xxxxxx 2021-ci il tarixli, MN 10163223 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-702/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-702/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver