Məhkəmə qərarları › İş №3(006)-704/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-704/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-704/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi, Nəsimi rayon prokurorunun köməkçisi X4, zərər çəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon prokurorunun köməkçisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilmişdir ona görə ki, o, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında X2 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı tərtib etmiş orqanın nümayəndəsi Nəsimi rayon prokurorunun köməkçisi X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, ünvan 1 ünvanında yaşadıqları evin həyətində aralarında yaranmış mübahisə zamanı bacısı qızı X2 qəsdən əl zərbələri ilə döyməsi nəticəsində sonuncuya çənə nahiyəsinin qançırları xəsarətini yetirmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 07 dekabr 2024-cü il tarixli, 1543 №-li rəyinə əsasən, X1 bədən səthində aşkar edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmamışdır. xx.xx.2024-cü il tarixdə iş üzrə toplanmış materialda cinayət tərkibi olmadığından “cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərar qəbul edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qəbul edilmiş qərar icra üçün ona göndərilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib olunmuş və toplanmış materialla birlikdə məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında bildirmişdir ki, ünvan 1 ünvanında dayısı Şəxs ilə eyni həyətdə ayrı evlərdə yaşayır və onlar arasında mütəmadi mübahisələr baş verir. xx.xx.2024-cü il tarixdə həyətdə hamam otağının qarşısında paltar yumaq istəyən zaman oraya gələn dayısı Ədalət ilə yenidən aralarında mübahisə yaranmış və dayısı əl zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, bacısı qızı X3 ilə ünvan 1 ünvanında bir həyətdə ayrı evlərdə yaşayırlar, müxtəlif səbəblərə görə tez-tez aralarında mübahisələr baş verir. xx.xx.2024-cü il tarixdə S.Flora həyətdə hamam otağının qarşısında paltar yuyan zaman o da yuyunmaq məqsədi ilə əlüzyuyana yaxınlaşmış, lakin Flora ona icazə verməmiş və onların arasında mübahisə baş vermişdir. O, Floranı döyməmişdir. Göstərilənlərə əsasən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2024-cü il tarixli, 1543 №-li rəyindən görünür ki, F.S.Süleymanovanın bədən səthində aşkar edilmiş xəsarət - çənə nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 1 neçə saat əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərə vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. F.S.Süleymanovanın bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olub-olmaması müəyyən edilməsi üçün toplanmış material Nəsimi rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs əməlini etiraf etməməsini özünü müdafiə və inzibati məsuliyyətdən yaxa qurtarmaq kimi qiymətləndirir. Məhkəmə 04 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi əməldə onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar