Məhkəmə qərarları › İş №3(006)-72/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-72/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-72/2024 08.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş 26 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Səhiyyə Nazirliyinin 3-28/2-9342/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna görə Şəxs MMC tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Səhiyyə Nazirliyinin 3-28/2-9342/2023 saylı, xx.xx.2023-cü il tarixli müşayiət məktubunda Azərbayсan Respublikası İXM-nin 215.1 və 215.4-cü maddələrinə əsasən Şəxs MMC barəsində tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qeyd edilmişdir. Lakin iş materiallarına Azərbayсan Respublikası İXM-nin 215.1-ci maddəsinə əsasən "xxxx" MMC barəsində tərtib edilmiş 26 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əlavə edilmişdir. Həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1bunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsidir. Göründüyü kimi, inzibati xəta hadisəsinin törədilmə yeri də Bakı şəhəri, Nəsimi rayonu ərazisi deyildir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad.106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (mad.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəlişəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: 26 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə geri qaytarılsın. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar