Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-7218/2025 01.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi DYNİ-nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərarla razı deyil. Məsələ ilə bağlı bildirir ki, Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi DYNİ-nin əməkdaşları xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 33 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan “Kontakt Home” mağazasında yoxlama həyata keçirmişlər. Bunun nəticəsində də YTQ 01-2001 9.3, 4.1-4.17, 10.4 bəndlərinin tələblərinin pozulduğu aşkar edilmiş və hüquqi şəxs “ABC-Telecom" MMC barəsində İXM-nin 518.1-ci maddəsi ilə protokol tərtib etmişlər, protokola Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmış və hüquqi şəxsə şərti olaraq cərimə tətbiq edilmişdir. Bundan sonra məhkəmənin qərarında göstərilən tələblər 1 ay ərzində aradan qaldırılmış və Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi DYNİ-nin əməkdaşlarına bu barədə məlumat verilmişdir. Səlahiyyətli əməkdaşlar 1 ay tamam olmamış müdiri olduğum mağazaya təkrar gələrək yanğın mühafizəsi ilə bağlı siqnalizasiyanın quraşdırıldığı, yanğınsöndürmə balonlarının mövcud olması aktla təsdiq edilmişdir. Lakin səlahiyyətli əməkdaşlar prinsipiallıq göstərərək qərəzli şəkildə tarixi binada yerləşən mağazanın otaqlarının arakəsmələrinin sökülməsini də tələb etmişlər. Bunun tarixi binalara müdaxilə edilməsinin yolverilməz olması barədə onlara izah edilsə də onlar tərəfindən inzibati xətanın aradan qaldırılması barədə qəsdən akt tərtib edilməmişdir. Lakin qeyd etdiyi kimi əsas yanğın mühafizəsi ilə bağlı siqnalizasiyanın quraşdırıldığı, yanğın əleyhinə xəbər vermə sisteminin quraşdırılmasını, yanğınsöndürmə balonların sayının artırılması həmin əməkdaşlar tərəfindən müəyyən edilmişdir. Buna baxmayaraq onlar səlahiyyətlərindən kənara çıxaraq tarixi binanın daxilində olan otaqların sökülərək genişləndirilməsini qanunsuz olaraq onlardan tələb etmişlər. Bununla bağlı səlahiyyətli orqan tərəfindən şirkətə hər hansı bir rəsmi tələb irəli sürülməmişdir. Daha sonra 2025-ci ilin oktyabr ayının sonlarında yenidən həmin Fövqəladə Hallar Nazirliyinin 2ci ərazi DYNİ-nin əməkdaşı mağazaya yaxınlaşaraq onun heç bir inzibati xəta subyekti olmadığı halda barəsində protokol tərtib edərək inzibati cərimə barədə qərar qəbul edəcəyini ona bildirmişdir. O, həmin əməkdaşa adıçəkilən mağazada müdir müavini olmağına baxmayaraq X2 üzrə səlahiyyət sahibi olmadığını, tarixi binanı söküb həmin əməkdaşın dediyi qaydada təmir etmək kimi bir əmək funksiyamın olmamasını ona izah etməyinə baxmayaraq onun etirazlarını dinləmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati tənbeh vermə haqqında qərarı, həmin qərar qəbul edildikdən sonra mağazada yanğın mühafizəsi ilə bağlı siqnalizasiyanın quraşdırıldığı, yanğın əleyhinə xəbər vermə sisteminin quraşdırılmasını, yanğınsöndürmə balonların sayının artırılmasını təsdiq edən fotoşəkillər qoşmada əlavə edilir. Qeyd edilən qərarın qanunsuz və əsassız olmasını təsdiq edən dəlillər: Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi DYNİ-nin əməkdaşı ondan digər qanunları pozmağı, yəni Tarixi binanın daxilində olan mağazanın otaqlarını sökməyini tələb etmişdir. Yəni səlahiyyətli şəxslər ondan və işlədiyi şirkətdən digər Qanunların tələblərini pozmağını tələb etmişlər. Əslində qərarın qəbul edilməsinə səbəb olan İXM-nin 536.1-ci maddəsinin tələbləri mövcud olmamışdır, bununla bağlı səlahiyyətli orqanın tələbi də qanunsuz olmuşdur. O, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 33 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan “Kontakt Home” mağazasında mağaza müdir müavini vəzifəsində işləyir, vəzifə təlimatlarına və əmək funksiyalarına yanğın mühafizə qaydaları ilə əlaqədar mağazada hər hansı tədbir görmək vəzifəsi aid edilməmişdir. Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə görə hüquqi şəxs АВС-Telecom MMC- yə cərimə yazılmasına və həmin qərar qüvvəyə minməsinə baxmayaraq qərəzli olaraq digər inzibati xəta tərkibi ilə inzibati xəta subyekti olmayan şəxsə yenidən cərimə yazılmışdır. Bu o deməkdir ki, eyni inzibati xətaya görə təkrar şirkətə cərimə yaza bilmədikləri üçün məcbur olaraq digər maddə ilə onun barəsində qanunsuz və əsassız qərar qəbul etmişlər. Bu özlüyündə ona deməyə əsas verir ki, səlahiyyətli orqan şirkətə və ona qarşı qərəz nümayiş etdirmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən heç bir sübut olmadan, eləcə də səlahiyyətli orqanın qanunsuz tələbləri yerinə yetirilmədiyi, eləcə də qanunvericiliyin tələbləri pozulmaqla, inzibati xəta suoyekti olmadığım halda barəsində əsassız inzibati xəta haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi DYNİ-nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı qanunun tələbləri pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi səlahiyyətli şəxsin qanunsuz tələbi icra edilmədiyi, həmçinin onun bu tələbinin nə dərəcədə düzgün olması barədə rəsmi xəbərdalıq şəklində hüquqi şəxsə təqdim edilmədiyi halda, həmçinin onun inzibati xəta subyekti olmadığı halda Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi DYNİ-nin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə onun barəsində əsassız maddi və prosessual tələblər pozulmaqla inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bununla da hesab edir ki, İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığı və inzibati xəta subyekti olmadığım üçün inzibati tənbeh vermə haqqında qərar və protokol tam əsassızdır. Bu səbəbdən də hesab edir ki, inzibati xəta hadisəsi olmadan qəbul edilmiş qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd etdiklərinin nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsinin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsinin nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 33 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan “Kontakt Home” mağazasında keçirilən planlı yanğın texniki müayinə zamanı YTQ 01-2001, 4.1-4.17 bəndinin tələblərinin pozulmasına görə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-5347/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilməsi, “ABC-TELECOM" MMC-yə bu cərimənin şərti olaraq tətbiq edilməsi və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə "xxxx" MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 536.1-ci maddəsinə əsasən Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə-fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-5347/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında göstərilən halların aradan qaldırıldığını, onun tərəfindən hər hansı inzibati xəta törədilmədiyini bildirmişdir. Qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmalı, ilk öncə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-5347/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında göstərilmiş hüquqpozma aradan qaldırılıb-qaldırılmaması, qaldırılmadığı halda həmin hüquqpozmanın konkret olaraq kim tərəfindən aradan qaldırılmalı olmasını, yəni törədilməsi ehtimal edilən inzibati xətanın subyekti müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən (hazırki məhkəmə qərarının təsviri - əsaslandırıcı hissəsində göstərilən hallar) araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-7218/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-7218/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver