Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-722/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X1 və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qazax rayonu, X4 Dairəsi, Qazaxbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi, Ə.Əliyev küçəsi, fərdi evdə kirayədə yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2021-ci il tarixdə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs məxsus “Samsung A 10” markalı telefonu ondan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 1 küçəsində yerləşən “Cənub” kafesində danışmaq adı ilə alıb uzaqlaşaraq xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər, Nərimanov rayonu, Keşlə qəsəbəsində yerləşən fərdi evdə yaşayan vətəndaş A.F.Fərhadov Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət etmiş və müraciətində xx.xx.2021-ci il tarixdə əvvəllər tanıdığı Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan 1 küçəsində yerləşən “Cənub” kafesində ondan danışmaq adı ilə “Samsung A 10” markalı telefonu götürdüyünü və hadisə yerindən uzaqlaşmasını bildirmişdir. Hadisənin cinayət hadisəsi olmadığı müəyyən edildiyindən, müvafiq olaraq xx xxxxxx 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Nəsimi RPİ-nin 19cu PŞ-nə göndərilmişdir. Bundan sonra, həmin inzibati xətanı törətmiş Şəxs inzibati qaydada tutulmuş və barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, Abdulla ilə birlikdə yemək yemək üçün Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Cənub” kafesinə getmiş, kafeyə daxil olaraq masa arxasında əyləşmiş və yemək sifariş vermişlər. Daha sonra Abdulla ondan 200 manat borc istəmiş və o, Abdullaya borc pul vermək üçün tanışı ilə əlaqə saxlamışdır ki, ondan pul götürüb Abdullaya borc pul versin. Kafedə olan zaman o, özünə məxsus mobil telefonla ona pul gətirməli olan adama zəng etmək istədikdə mobil telefonunun enerjisi bitmiş və o, Abdullanın mobil telefonu götürərək həmin adama zəng etmişdir. Daha sonra isə həmin adam ona yenidən zəng etdikdə o, Abdullanın mobil telefonu ilə kafedən bayıra çıxmışdır. Kafedən çıxanda isə o, Abdullaya yarım saata gələcəyini bildirmiş, Abdulla isə heç nə deməmişdir. O, Abdullanın mobil telefonunu götürürək getmiş, daha sonra isə Abdullanın yanına qayıda bilməmiş və maddi cəhətdən problemləri olduğundan həmin telefonu 20 Yanvarda metrostansiyasının yanında olan mobil telefon dükanlarının birinə 95 manat satmışdır. Pulunu isə borcu olduğu üçün borclu olduğu adama qaytarmışdır. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs tərəfindən vurulmuş zərər ödənilməmişdir və buna görə də, sonuncudan şikayətçidir. Göstərilənlərə əsasən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Nəsimi RPİ-nin 19-cu PŞ-nə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib onun barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 18:10-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-722/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-722/2021
01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver